Milli valyuta ilə "hesablaşmayan" əməliyyatlar

Milli valyuta ilə "hesablaşmayan" əməliyyatlarEkspertlər deyirlər ki, milli valyuta ilə əməliyyatlar aparmaq üçün həmin ölkələrin iqtisadiyyatları güclü, valyutaları sabit, daha az dəyişkən olmalıdır ki, biznes strukturları da bunu dəstəkləsin.

Bu barədə "Kaspi" qəzetinin hazırladığı məqalədə qeyd olunub.
Dünya iqtisadiyyatında milli valyuta ilə hesablaşmalar, hələ ki, mövcud deyil. Faktiki olaraq, maliyyə hesablaşmaları II Dünya müharibəsindən sonra ABŞ dolları və avro ilə aparılır. Əgər əvvəllər dollarla aparılan hesablaşmalarla bağlı problem olmurdusa, bir neçə il əvvəl dünyada yaranmış iqtisadi böhran yeni məsələni gündəmə gətirdi və dollardan imtina edilməsi ilə bağlı müxtəlif fikirlər, təkliflər səsləndirildi. Xüsusilə, Rusiya, Türkiyə, Çin bu məsələni daha qabarıq şəkildə dilə gətirdilər. Hətta bu məsələ bir neçə dəfə Azərbaycan rəsmiləri tərəfindən də vurğulanıb. Elə bu günlərdə məlumat yayıldı ki, Azərbaycan Mərkəzi Bankı Türkiyə Mərkəzi Bankı ilə 1 milyard avro dəyərində svop sazişi imzalayacaq. Mərkəzi bankın sədri Elman Rüstəmov məsələ ilə bağlı belə deyib: "Biz TMB ilə milli valyutada hesablaşma mexanizminin yaradılması ilə bağlı danışıqlar aparırıq, burada bəzi texniki problemləri aradan qaldırmağa çalışırıq".
Bəs görəsən neçə illərdir ölkələr hesablaşmaları milli valyuta ilə niyə aparmırdılar? Bu problemin həlli nə vaxt mümkün olacaq?

"Bu, daha çox siyasi çağırışlardır"

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirdi ki, bu məsələ hələ xeyli müddət reallaşmayacaq: "Çünki bu bəyanatlar iqtisadi yox, daha çox siyasi çağırışlardır. Yəni bu, bəzi dövlətlərin Qərbə, konkret olaraq ABŞ-a qarşı bir çağırışıdır. Amma etiraf etməliyik ki, bu gün dünyada iki əsas qlobal valyuta var - dollar və avro. Buna görə də heç bir dövlət indiki halda, yəni valyutaların qeyri-sabit dövründə buna getməyəcək. Onu qeyd edək ki, Türkiyə, Rusiya valyutaları qeyri-sabitdir. Misal üçün, Çin buna gedə bilər, yəni öz milli valyutası ilə hesablaşmalar aparar. Əvvəl-axır bu, baş tutsa, elə Çin valyutası ətrafında olacaq. Çünki Çin ABŞ iqtisadiyyatı ilə rəqabət apara bilən bir dövlətdir. Türkiyə və ya Rusiya Amerika iqtisadiyyatı ilə rəqabət apara bilməz. Buna görə də valyutaları zəifdir. Zəif olduğu üçün də onları qəbul etməkdə heç bir ölkə maraqlı deyil. Çünki öz iqtisadiyyatları üçün zərər ola bilər. Sabitlik yoxdur axı! Yeganə sabit valyuta dollar və avrodur. Ona görə də, fikrimcə, belə bəyanatlar daha çox siyasi xarakter daşıyır. Amma qeyd etdiyim kimi, bir neçə ildən sonra bu məsələdə Çin valyutası rol ala bilər".

"Dollar dünya pulu funksiyasını yerinə yetirir"

Bank məsələləri üzrə ekspert Xəyal Məmmədli bildirdi ki, ABŞ dolları uzun müddətdir dünya pulu funksiyasını yerinə yetirir: "Ümumiyyətlə, dünya pul ehtiyatlarının böyük hissəsi dolların payına düşür. Yəni rezervlərin bir hissəsi qızılla, bir hissəsi isə dollarla saxlanılır. Dünya ticarətinin 60 faizdən çoxu dollar, təxminən 20 faizi avro vasitəsilə aparılır. İndiki halda dollara tələbat həddindən çox yüksəkdir. Bunun da səbəbi ABŞ iqtisadiyyatının güclü, dayanıqlı olmasıdır. Eləcə də dünyanın hegemon dövləti və əsas güc mərkəzlərindən biri olmasıdır. İnsanlar və biznes də ABŞ dollarına güvənir, maliyyə əməliyyatlarını onun üzərindən həyata keçirirlər. Digər bir tərəfdən insanlar hesablaşmalarını dollarla aparmağa öyrəşib. Avro da, dollar qədər olmasa belə, arxasını kifayət qədər iqtisadi əsaslara söykəyən valyutadır. Yəni valyutanın mənsub olduğu ölkələrin və ya ölkələr qrupunun istehsal həcmi, ümumi daxili məhsulun həcmi nə qədər yüksəkdirsə, bu, o valyutanın gücündən xəbər verir".

"Şirkətlər milli valyuta ilə ödəmə aparmaq istəyirsə..."

Dollardan kənar hesablaşmalar aparmaq məsələsinə toxunan ekspert qeyd etdi ki, bu, asanlıqla baş verə bilməz: "Belə qərar verən ölkələr qəti qərar qəbul etməlidirlər. Bununla yanaşı, həmin ölkələr öz valyutalarını sabit saxlamalı, iqtisadiyyatı möhkəmləndirməlidirlər. Misal üçün, Türkiyə ilə Rusiya arasında əməliyyatların milli valyuta ilə aparılması məsələsinə toxunsaq, burada dövlətlər atılan addımı dəstəkləyir, amma bunu həm də özəl biznes strukturları da dəstəkləməlidir. Deyək ki, dövlətlər arasında ticarət əlaqələri var, lakin təkcə dövlət qurumları ticarət eləmir. Eyni zamanda özəl müəssisələr də bir-biri ilə ticarət əlaqələrinə sahibdirlər. Misal üçün, bir şirkət digər ölkənin hər hansı şirkətindən mal alır. Amma həmin malın pulunu ödəmək üçün riski az olmalıdır. Əgər hansısa bir şirkət milli valyuta ilə ödəmə aparmaq istəyirsə və bu zaman həmin valyutanın məzənnəsi tez-tez dəyişirsə, onda ticarət aparmaq mümkün olmur".

"Qısa dövrdə bunun olması inandırıcı deyil"

X.Məmmədlinin sözlərinə görə, ticarət sabit bir məzənnə üzərindən aparılır: "ABŞ dollarında bu fürsətlər var. Bu baxımdan biznes yenə də ona doğru qaçacaq. Əgər ölkələr öz aralarında milli valyuta ilə əməliyyat aparmaq istəsələr belə, yenə də hesablamanı dollar üzərindən aparacaqlar. Qeyd etdiyim kimi, həm buna öyrəşmə var, həm də dolların xüsusiyyətləri buna imkan verir. Milli valyuta ilə əməliyyat aparmaq üçün həmin ölkələrin iqtisadiyyatları güclü, valyutaları sabit, daha az dəyişkən olmalıdır ki, biznes strukturları bunu dəstəkləsin. Bu zaman həmin əməliyyatlar aparıla bilər. Amma bir qərarla, bir çıxışla bunun qısa müddətdə reallaşması inandırıcı deyil".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 745   Tarix: 20 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq

İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi

10.11.2026 224
.

Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?

İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi

10.11.2026 204
.

İrəvanda Göy məscidin tarixinə qarşı növbəti saxtakarlıq: İran prosesə niyə qoşuldu?

Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Qeyd olunur ki, İrəvana işgüzar səfər edən İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi mərasimdə iştirak edərək şairin adının əks olunduğu lövhənin açılışını edib. Növbəti mərhələd

10.11.2026 234
.

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti

10.11.2026 151
.

Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü

10.11.2026 140
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 162
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10.11.2026 271
.

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Noyabrın 11-də Azərbaycanın magistral avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsini

10.11.2026 209
.

İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb

İspaniyanın Asturiya muxtar bölgəsinin Ovyedo şəhərində baş verən partlayış nəticəsində azı bir polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb. Bu barədə EFE agentliyi məlumat yayıb. Məlumata görə, yaşayış evlərindən birində atəş açılması barədə məlumat daxil olduqdan sonra polis əməkdaşları hadis

10.11.2026 200
.