Dəhşətli qəzada bir ailə yox oldu - səbəb yol olub? - VİDEO
İki gün əvvəl Bakı-Quba yolunun Tağıyev qəsəbəsi ərazisində bir ailənin üzvü olan 3 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı xəbər vermişdik. Daha sonra qəza anının videosu da yayıldı. Yol polisinin açıqlamasında qeyd olundu ki, qəzanın yoldakı problem səbəbindən baş verdiyi ehtimal edilir. Bəs yolda olan nahamarlıq ucbatından baş vermiş qəzaya görə məsuliyyəti kim daşıyır? Ekspertlər bildirilər ki, vətəndaş yol təsərrüfatındakı qüsura görə dəymiş maddi və mənəvi zərəri həmin yola cavabdeh olan dövlət qurumundan tələb edə bilər. Məsələyə Avtomobil Yolları Dövlət Agentliyindən də münasibət öyrənmişik.
İki gün əvvəl üç nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsinin yoldakı çökmədən baş verdiyi iddia edilir.
Bakı-Quba yolunun Tağıyev qəsəbəsi ərazisində baş vermiş bu yol-nəqliyyat hadisəsinə münasibət birmənalı olmayıb. Yolun nahamar olması barədə iddialar var. Əgər həqiqətən də yolda yaranan çökməyə görə, qəza baş veribsə buna məsuliyəti kim daşıyır?. Qəza anının kadrlarını izləyən yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, qanunveicilikdə də var ki, hadisədən sonra qəzanın baş verməsinə səbəb olan amillər araşdırırlısın.
Məsələ ilə bağlı yola cavabdeh qurum olan Avtomobil Yolları Dövlət Agentliyindən ''Xəzər Xəbər''ə bildirdilər ki, sözügedən yol boyu sürət limiti saatda 90 km təyin edilib. Amma körpülərə yanaşma yollarında təmir işlərinin aparılmasına rəğmən zaman zaman bu kimi problemlər yarandığı üçün sürət həddi yolun yol ötürücüsü hissələrində saatda 60 km müəyyən edilib. O da bildirildi ki, artıq çökmə olan ərazidə təmir işləri aparılır.
Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi başlanıb. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, Namidan Piriyev bildirib ki, qəzaya əsas səbəb sürət həddinin yüksək olmasıdır. ''Düzdür, Bakı-Quba yolunun bəzi hissələrində nahamarlıqlar var. Məhz bu səbəbdən həmin yolda sürət həddi 110 km saatdan 90 km saata endirilib. Hətta bəzi yerlərdə daha aşağı sürət həddi müəyyən edilib. Məlumdur ki, yolda təmir işləri davam edir. Bu bir günə, bir aya həll olunası məsələ deyil. Lakin bu müddət ərzində sürücülər xüsusilə diqqətli olmalıdır. Qanunvericilikdə də göstərilir ki, sürücü yolun vəziyyətini, hərəkət şəraitini nəzərə alaraq ona uyğun sürət həddi seçməlidir''-deyə Namidan Piriyev qeyd edib.(xəzərxəbər)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1916 Tarix: 20 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq
İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi
10.11.2026 224 Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?
İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi
10.11.2026 204 İrəvanda Göy məscidin tarixinə qarşı növbəti saxtakarlıq: İran prosesə niyə qoşuldu?
Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Qeyd olunur ki, İrəvana işgüzar səfər edən İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi mərasimdə iştirak edərək şairin adının əks olunduğu lövhənin açılışını edib. Növbəti mərhələd
10.11.2026 234 Zelenski bugünkü görüşdən yazdı
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti
10.11.2026 151 Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"
"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü
10.11.2026 140 İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"
10.11.2026 162 Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10.11.2026 271 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Noyabrın 11-də Azərbaycanın magistral avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsini
10.11.2026 209 İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb
İspaniyanın Asturiya muxtar bölgəsinin Ovyedo şəhərində baş verən partlayış nəticəsində azı bir polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb. Bu barədə EFE agentliyi məlumat yayıb. Məlumata görə, yaşayış evlərindən birində atəş açılması barədə məlumat daxil olduqdan sonra polis əməkdaşları hadis
10.11.2026 200