Azərbaycanda dövlət qurumunda 26 idarə ləğv edildi
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin mərkəzi idarəetmə aparatında struktur dəyişikliyi olub.
Bu barədə BAKU.WS-ə qurumun mətbuat katibi Dilqəm Şərifov məlumat verib.
Onun sözlərinə görə, yeni sturuktura əsasən 7 şöbə, 3 sərbəst sektor və 11 tabeli sektor yaradılıb. Aparılan islahatlar kənd təsərrüfatı istehsalçılarının su tələbatının ödənilməsinə təkan verməklə yanaşı, idarəetmədə səmərəliliyin və şəffaflığın artırılması məqsədi daşıyır.
Bununla da mərkəzi idarəetmə aparatının strukturu dəyişilərək daha müasir, günün tələblərinə uyğun, işin peşəkarlılığın artırılması, işin təşkilinin daha müasir formada görülməsi üçün yeni şöbə və sektorlar yaradılıb.
Cəmiyyət idarəetmədə təcrübəli kadrların cəlb olunması istiqamətində də addımlar atıb. Bu istiqamətdə cəmiyyətin mərkəzi aparatının strukturunun daha çevik idarəetmə qabiliyyətinə malik formada yenidən təşkili və bu sahəyə xarici dövlətlərdə təhsil almış, müasir biliklərə malik təcrübəli gənc kadrlar cəlb edilib.
Bu ildə eyni zamanda müxtəlif ixtisaslı peşələrdə çalışan işçilərin ixtisas artırma kurslarına cəlb edilməsi nəzərdə tutulur.
"Ölkə rəhbərliyinin səhmdar cəmiyyəti qarşısında qoyduğu vəzifələrin icrası da sürətlə davam edir.
Belə ki, meliorasiya və su təsərrüfatı sahəsi üzrə artan tələbatın təmin olunması, suvarma suyundan səmərəli istifadə edilməklə kənd təsərrüfatı istehsalçılarının suya olan tələbatının ödənilməsi istiqamətində, o cümlədən şəffaflığın və idarəetmədə səmərəliliyin artırılması məqsədilə müvafiq islahat tədbirləri həyata keçirilib.
İslahat tədbirləri çərçivəsində büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi, istismar tədbirlərinin keyfiyyətlə yerinə yetirilməsi, pərakəndiliyin aradan qaldırılması, satınalmaların vahid mərkəzdən idarə olunması və şəffaflığın təmin edilməsi məqsədi ilə ötən il bir sıra rayonlarda struktur vahidləri üzrə müəyyən dəyişiklik aparılaraq, bir-birini təkrarlayan 26 idarə ləğv edilib və həmin rayonlarda fəaliyyət göstərən Suvarma Sistemləri və digər idarələrlə birləşdirilib.
Bu sahədə işlərin daha da təkmilləşdirilməsi üçün rayonlarda işlərin davam etdirilməsi nəzərdə tutulur", - deyə D.Şərifov əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2680 Tarix: 21 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMisli Premyer Liqasında qol "quraqlığı": Son 10 ilin antirekordu yeniləndi
Misli Premyer Liqasının II turu antirekordla əlamətdar olub. Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, baş tutan 6 qarşılaşmada cəmi 5 qol vurulub. Bununla da orta məhsuldarlıq göstəricisi 0.83-ə bərabər olub. "Qəbələ" - "Şamaxı" görüşü qolsuz başa çatıbsa, digər 5 qarşılaşmanı
02.09.2026 199 Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
Prezident İlham Əliyev "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin mətnini təqdim edir:
02.09.2026 186 11,1 milyard manat investisiya, cəmi 1,4 faiz artım: Sərmayələr niyə iqtisadiyyatı sürətləndirmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda investisiyaların həcmi artır, lakin iqtisadi artım bu dinamikanı tam əks etdirmir. 2026-cı ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatının əsas kapitalına 11,1 milyard manatdan çox vəsait yatırılıb. Sərmayələrin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz artsa da, ÜDM-də artı
02.09.2026 339 Odlu silahdan yaralanan çoban öldü
Hacıqabul sakini ov tüfəngindən açılan atəş nəticəsində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Udulu kəndində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü İxtiyar Səmədovun meyiti yaşadığı evdə aşkar edilib. İlkin məlumata görə, adıçəkilən şəxs ov tüfəngindən aldığı xəsarə
02.09.2026 225 Daşqına baxmayaraq su basan kilsədə evləndilər - Video
Filippində bir cütlük daşqınlardan sonra su basmış kilsədə toy edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "The Telegraph" yayıb. Məlumata görə, Leyan Leza Qalanq və Gilbert Çiko cütlüyü Manilanın şimalında yerləşən katolik kilsələrdən birində toy təşkil etmək qərarına gəlib
02.09.2026 280 "Təndir hamamı"nın məlumat lövhəsini söküblər?
Bakının Mərkəzi Parkında yerləşən və "Təndir hamamı" kimi tanınan XIX əsrə aid memarlıq abidəsinin, eləcə də yaxınlığındakı qədim su quyusunun məlumat lövhələrinin yoxa çıxdığı bildirilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bakı Gündəlyi" məlumat yayıb. Paylaşılan fotolarda
02.09.2026 245 "Çudo peçka"nın sahibi, Röyanın eks-qaynatası azadlığa çıxdı - 9 il sonra ..!
Xalq artisti Röyanın eks-qaynatası, məşhur "Çudo peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilov 9 il sonra azadlığa çıxıb. Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Ülviyyə Alovlu məlumat yayıb. Çingiz Cəlilov "Bank Standard"ın ovaxtkı İdarə Heyətinin sədri Səli
02.09.2026 429 Azərbaycanda qızıl bu qiymətə satılır
Azərbaycanda qızılın 2 sentyabr 2026-cı il tarixinə olan qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7 525,02 manat, 1 qram qızılın qiyməti isə 241,93 manat təşkil edir. 1 qram 99 əyarlı təmiz qızıl 241,93 manat, 750 əyarlı İtalyan qızılı 181,63 manat, 585 əyarl
02.09.2026 261 Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür
Xəbər verdiyimiz kimi, sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılıb. "Qafqazinfo"nun məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməs
02.09.2026 370