Ana və övladlarının qətlinin daha bir təfərrüatı: Qatilin apardığı pulla ev alacaqlarmış

Ana və övladlarının qətlinin daha bir təfərrüatı: Qatilin apardığı pulla ev alacaqlarmışFevralın 20-si Bakının Nizami rayonunda ana və iki övladının qətlə yetirilməsi ölkə gündəmini zəbt etdi.

Lent.az-ın məlumatına görə, mərhum Gülnar və iki azyaşlı övladı illərdir qeyd olunan mənzildə kirayədə qalırmış. Qonşular deyir ki, Qaraxanlı ailəsinin bütün üzvləri sakit və mehriban idilər.

Heç vaxt qonşularla aralarında problem yaşanmayıb. Bildirilib ki, hər üç məhrumun meyiti ailə başçısı Fəsahət Qaraxanlıya təhvil verilib və Sabirabada ata yurduna aparılıb. Məlumata əsasən, F. Qaraxanlı TIR sürücüsüdür.

Bundan əlavə, qətli törədən Əhəd Əliyevlə də bağlı bir sıra təfərrüatları üzə çıxıb. Onun həyat yoldaşından boşandığı deyilsə də, elə deyilmiş. Ə. Əliyevin həyat yoldaşı hazırda Sabirabad şəhərində şirniyyat sexi işlədir. Özü isə rayonun Narlıq kəndində biologiya müəllimidir. 43 yaşlı Əhəd Əliyev Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirib. O, bir müddət Sabirabad rayon 8 saylı məktəbdə müəllim işləyib, sonrada isə Saatlı rayon Novruzlu kənd məktəbinə direktor təyin edilib. O, direktor işlədiyi zaman külli miqdarda borca girib. Belə ki, bir neçə müəllimin adından kredit götürüb, lakin krediti bağlaya bilməyib. Qətldən 3 gün əvvəl Gülnar Qaraxanlı anasına zəng edərək, "evin pulunu hazırlamışıq" deyib. Məlumata əsasən, Gülnar və həyat yoldaşı Fəsahət ev almağa hazırlaşırlarmış. Ə. Əliyev də onlarda pul olduğunu bilib və məlum dəhşətli qətli törədib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1649   Tarix: 21 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Daşqına baxmayaraq su basan kilsədə evləndilər - Video

Filippində bir cütlük daşqınlardan sonra su basmış kilsədə toy edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "The Telegraph" yayıb. Məlumata görə, Leyan Leza Qalanq və Gilbert Çiko cütlüyü Manilanın şimalında yerləşən katolik kilsələrdən birində toy təşkil etmək qərarına gəlib

02.09.2026 280
.

45 yaşlı kriminal avtoritet İsraildə güllələnib

"Qafqaz mafiyası"nın başçısı İsraildə güllələnib. xəbər verir ki, bu barədə Telegram kanalı Mash məlumat yayıb. Məlumata görə, yaşlı kişi qiyafəsində olan şəxs Qeysəriyyə şəhərindəki "Ajenda" kafesinin yaxınlığında 45 yaşlı Yanis Yuşvayevə pusqu qurub. Bildirilib ki, hücum edən şəx

02.09.2026 241
.

Prezident qəbul keçirdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib. "Qafqazinfo" xəbər verir ki, Dmitri Şlapaçenko etimadnaməsini dövlət başçısına təqdim edib. Ölkəmizlə BMT arasında əlaqələr

02.09.2026 212
.

"İşçi qüvvəsinin ixracı" məşğulluq probleminin həllidir, yoxsa problemin ölkədən çıxarılması?

Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında Azərbaycan vətəndaşlarına Türkiyədə yaşlı və xəstə insanlara baxıcı, Sloveniyada isə fəhlə və digər işlər təklif olunur. Bu istiqamətdə həyata keçirilən layihənin "Azərbaycandan işçi qüvvəsinin ixracı" adlandırılması isə xüsusilə diqqət çəkir. Əlbəttə

02.09.2026 306
.

Sabah 32° isti olacaq

Sentyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-21 isti, gündü

02.09.2026 190
.

Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman

"Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları"ı təsdiqlənib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Qaydalar "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Qanunu

02.09.2026 262
.

Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür

Xəbər verdiyimiz kimi, sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılıb. "Qafqazinfo"nun məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməs

02.09.2026 370
.

Tramp: "İranın razılaşma imzalaması heç vecinə də deyil"

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Truth Social-da paylaşım edərək İranın razılaşma imzalamasına "əhəmiyyət vermədiyini" iddia edib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, o, paylaşımda bildirib ki, "Hörmüz boğazına demək olar ki, tam nəzarət etdiyimiz və iqtisadiyyatlarını

02.09.2026 257
.

Rumıniya açıqladı: Rusiyanın NATO-ya hücum etmək planı yoxdur

Rusiyanın NATO-ya hücum etmək planı yoxdur. xəbər verir ki, bunu Rumıniyanın müdafiə naziri vəzifəsini icra edən Radu Miruşa Digi24-ə müsahibəsində bildirib. Nazir qeyd edib ki, Rusiyanın NATO-ya üzv hər hansı ölkəyə hücum etmək niyyətində olduğuna inanmır. "Rusiyanın heç bir NATO ölkəsinə hücu

02.09.2026 169
.