Qanla yazılmış qəhrəmanlıq yaddaşı – Xocalı
Tarixin müxtəlif dönəmlərində insanların kütləvi qətli ilə nəticələnən faciələr, soyqırımlar çox olub. Bu qətliamlar arasında erməni şovinizminin törətdiyi ağlasığmaz Xocalı soyqırımı dəhşətləri ilə fərqlənir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini başlamaqla etnik təmizləmə siyasətlərini davam etdirən ermənilər Xocalını 1991-ci il oktyabrın 30-da tam blokadaya saldılar və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə Xocalı yandırıldı, yerlə-yeksan edildi. Şəhəri tərk etməyə məcbur qalan, dağlara, meşələrə qaçan dinc sakinləri güllələyən ermənilər əvvəlcədən düzəltdikləri pusqularda rast gəldikləri xocalıları qətlə yetirib, bəzilərini girov götürdülər. Dəhşətli soyqırım nəticəsində 613 nəfər vəhşicəsinə öldürüldıü. Qəddarlığın ən son həddi isə 1275 nəfər dinc sakinin əsir götürülməsi oldu. O hadisələrdə əsir düşmüş 150 nəfərin taleyi hələ də bəlli deyil.
Azərbaycanın və bəşəriyyətin tarixinə ən dəhşətli faciə kimi yazılan Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirildi. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında"" qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı.
Faciənin dünya miqyasında tanıdılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən görülən işlər xüsusilə təqdirəlayiqdir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!"" beynəlxalq kampaniyası uğurla davam etdirilir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiqlənib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 24 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Qardaş Türkiyədə, ABŞ-da, Almaniyada, Avstriyada, Belçikada, Gürcüstanda, Hollandiyada və digər ölkələrdə keçirilən mitinqlər, anım tədbirləri, konfranslar, sərgilər, müsabiqələr ictimaiyyət arasında böyük əks-səda doğurub. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram olaraq 6 ölkədə abidə ucaldılıb.
Xocalı soyqırımı qurbanlarının ruhuna ən layiqli ehtiram Qarabağın işğaldan azad edilməsi, 44 gün davam edən İkinci Qarabağ müharibəsində Müzəffər Ordumuzun qazandığı Zəfər oldu. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Müzəffər Ordu Xocalı soyqırımı qurbanlarının qisasını aldı.
Metin Hüseynov - politoloq
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 853 Tarix: 22 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAktyor Aslan Fətullayev vəfat etdi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər
10.11.2026 408 Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox
Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı
10.11.2026 209 Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq
İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi
10.11.2026 224 Yaşadığı evdən meyiti tapıldı
Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd
10.11.2026 155 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi
Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üçün nəzərdə tutulan hərbi təlim missiyasının (European Union Military Assistance Mission for Ukraine -EUMAM Ukraine) müddətinin uzadılması qərarı fonunda ilk dəfə olaraq bu ölkədə rəsmi hərbi mövcudluğunu reallaşdıracağını bəyan edib. -ın TASS-a istinadən verdiy
10.11.2026 210 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl
10.11.2026 238 Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü başa çatdı
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqların ilk günü başa çatıb. Təqribən 40 dəqiqəlik fasilə nəzərə alınmaqla, görüş ümumilikdə 4 saat 30 dəqiqə davam edib. xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Üçtərəfli formatda olan danışıqlar proses
10.11.2026 210 Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü
Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs
10.11.2026 304 84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi
ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna
10.11.2026 148