Uşağına işgəncə verən ata və yeniyetmə qızla evlənən şəxs həbs edildi

Uşağına işgəncə verən ata və yeniyetmə qızla evlənən şəxs həbs edildiPaytaxtın Xəzər rayon sakini - 2017-ci il təvəllüdlü azyaşlıya atası tərəfindən əzab verilməsi, onun 2006-cı il təvəllüdlü bacısının qanunsuz nikaha daxil olması, ötən ilin dekabr ayının sonlarında uşaqların anasının üzərinə əri tərəfindən qaynar su tökülərək xəsarət yetirilməsi faktları ilə bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb.

Oxu.Az xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib:

"Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində azyaşlının atası, eləcə də on altı yaşına çatmayan qız ilə qanunsuz nikaha daxil olmuş şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. İstintaq orqanının vəsatəti əsasında prokuror tərəfindən məhkəməyə təqdimat verilib. Hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir".

K. Zeynalov onu da qeyd edib ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə edilmiş müraciət əsasında "Təmiz Dünya Qadınlara Yardım" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən sığınacağa yerləşdirilmiş uşaqların vəziyyəti normaldır, psixoloq və sosial işçilər tərəfindən işlər aparılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1131   Tarix: 22 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yazıçılar Birliyinə qəbul müvəqqəti dayandırıldı

"Azərbaycan Yazıçılar Birliyi (AYB) 2027-ci ilə qədər quruma üzv olmaq üçün edilən müraciətlərə baxılmayacaq". xəbər verir ki, bu barədə "Qaynarinfo"ya AYB-nin əməkdaşı Xəyal Rza məlumat verib. Onun sözlərinə görə, bu qərar birliyin qəbul komissiyası tərəfindən verilib. "5 i

18.06.2026 228
.

Smartfonlar məmurlara qadağan olundu: görsələr, sındıracaqlar

"Taliban" hərəkatı dövlət məmurlarının smartfonlardan istifadəsini tamamilə qadağan edib. Bəzi analitiklər hesab edirlər ki, bu addım gələcəkdə bütün əhali üçün daha geniş məhdudiyyətlərin tətbiqinin başlanğıcı ola bilər. "The Guardian"a istinadla bildirir ki, "Taliban"ı

18.06.2026 228
.

Almaniya gəmiləri Qırmızı dənizə yollandı: Hədəf Hörmüz boğazı

Almaniya Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmi Hörmüz boğazında mümkün missiyada iştirak üçün Qırmızı dənizə doğru irəliləyir. xəbər verir ki, bu barədə TASS Almaniyanın müdafiə naziri Boris Pistoriusun jurnalistlərə verdiyi açıqlamasına əsasən məlumat yayıb. "Yaxşı xəbərlə başlayım: mən burad

18.06.2026 223
.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2.54 ABŞ dolları və ya 3.07% azalaraq 80.06 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycan neftinin əvvəlki qiyməti 82.6 ABŞ dolları təşkil edib

10:15 1
.

Çoban fermerin 2000 baş heyvanını gizlicə satıb - 700 MİN MANATLIQ TALAMA

Azərbaycanda çoban fantastik məbləğdə yeyinti ittihamı ilə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Saatlı rayonunun Dədə Qorqud kəndində çobanlıq edən Nahid Təhməzov fermer Kamal Kərimova məxsus iki mindən çox xırdabuynuzlu heyvanı xəlvət sataraq pulunu şəxsi ehtiyaclarına xərcləyib

18.06.2026 280
.

İranın dövlət mediası bildirir ki, Hörmüz boğazında hərəkət hələ də İİKK-nın koordinasiyasını tələb edir

İran dövlət televiziyasının verdiyi məlumata görə, gəmilərin Hörmüz boğazından tranziti hələ də İslam İnqilabı Keşikçiləri Korpusunun donanması ilə əlaqələndirilməlidir. BİG.AZ Haaretz-ə istinadən xəbər verir ki, bu açıqlama Pakistanın Baş naziri Şehbaz Şərifin X-dəki paylaşımında razılaşmanın "dərha

18.06.2026 174
.

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir" V gənclər düşərgəsi başa çatıb

İyunun 12-14 də Gənclər və İdman Nazirliyi, "Regional İnkişaf" İctimai Birliyi, Qərbi Azərbaycan İcması, "ASAN Könüllüləri" Təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Göygöl rayonunda "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir" V gənclər düşərgəs

18.06.2026 182
.

Bakıda ginekoloq iş yerində qarət olundu - 7 minlik OĞURLUQ

Bakıda klinikada oğurluq hadisəsi olub. xəbər verir ki, hadisə Səbail rayonu ərazisində yerləşən klinikalardan birində qeydə alınıb. İttiham aktına görə, 58 yaşlı Bəsti Xudaverdiyeva (ad və soyad şərtidir) həkim-ginekoloq işləyən zərərçəkənin iş otağına girərək, ona məxsus çantadan içərisində 5440 mana

18.06.2026 322
.

Almaniya Ukraynaya hərbi dəstəyini artırır

Almaniya Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi məqsədilə yeni maliyyə dəstəyi paketi ayıracağını açıqlayıb. Almaniyanın müdafiə naziri Boris Pistorius Brüsseldə jurnalistlərə bildirib ki, Berlin ABŞ silahlarının və sursatlarının maliyyələşdirilməsini nəzərdə tutan PURL mexanizmi çərçivəsind

18.06.2026 181
.

TOP MP3