"Votsapda qrup yazışmasına görə dubinka ilə döyüb, başını divara çırpıb"
Polis şöbəsində arvadını öldürən serjant İsmayıl Məmmədovun məhkəməsində şahidlər ifadə verib.
"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhumun qardaşı Asif Əliyevə söz verilib.
O, bacısınının İ.Məmmədov tərəfindən xidməti dubinka ilə döyüldüyünü bildirib:
"Bacım bir dəfə mənə zəng elədi ki, "gəl məni götür, özümü öldürəcəm, bu adamla yaşaya bilmərəm". Dubinka və təpiklə onu döymüşdü. Bu hadisə bir dəfə də təkrarlanmışdı. Qardaşı olsam da, ailə işinə qarışmaq istəmirdim. Təsəvvür etməzdim ki, o, iki uşağın qarşısında bacımı qətlə yetirər. Dəfndə və ya yasda onlar tərəfdən heç kimi görmədim. Dəfn xərclərini anam çəkib. Hazırda uşaqlar Qaxda atam və qardaşımın himayəsindədir. İsmayıla ömürlük həbs verilməsini xahiş edirəm".
Şahid qismində ifadə verən Gülxanım Yolçuyeva mərhumun bibisi olduğunu deyib. Onun sözlərinə görə, X.Məmmədova qətlə yetiriləndə hadisə yerində uşaqlarla olub:
"Həmin gün Xanım taksi sürücüsünə yalvarıb ki, onu bizə çatdırsın. Sürücü götürmək istəməyib. Deyib ki, məni bibimgilə çatdır, nə qədər pul desən, verəcəm. Həmin axşam mən də, Xanım da yatmadıq. İsmayılın onu nəyə görə döydüyünü mənə danışdı.
Votsapda adi bir qrup yazışmasına görə qızımızı dubinka ilə döyüb, başını divara çırpıb. Səhər bölmədə təhqiqatçının otağına girib hadisəni danışdıq və ekspertizaya getmək üçün sənədlər hazırlandı. İsmayıl içəri gəldi, uşaqları öpdü. İkisinin arasında heç bir dialoq olmadı. Sonra balamı qanına qəltan elədi".
Məhkəmə prosesi martın 1-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 30-da Nizami rayonundakı 24-cü polis şöbəsində baş verib. İ.Məmmədov azyaşlı övladlarının gözü qarşısında xidməti silahla 15 dəfə atəş açaraq həyat yoldaşını qəsdən öldürüb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2504 Tarix: 22 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMobil telefonlar niyə bahalaşır? - İQTİSADÇIDAN AÇIQLAMA
Mobil telefon bazarında qiymət dəyişiklikləri alıcıların diqqətində olan əsas məsələlərdən birinə çevrilib. Yeni modellərin təqdim olunması ilə yanaşı, valyuta məzənnələri, logistika xərcləri, idxal şərtləri və istehsalçıların qiymət siyasəti də smartfonların son satış qiymətinə təsir göstərə bilir
02.09.2026 390 Peru İranın siyasətini pislədi - Əlaqələr kəsildi
Peru İranla diplomatik münasibətləri dayandırıb. xəbər verir ki, bu barədə Peru Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Peru hökuməti sülhə bağlılıq, beynəlxalq hüquqa hörmət və demokratiyanın müdafiəsi prinsiplərini əsas götürərək İranla diplomatik əlaqələrin kəsilməsi barədə qərar qəbu
02.09.2026 200 Bakıda "cin çıxaran" qadın saxlanıldı - Cinayət işi açıldı
Paytaxt sakini polisə müraciət edərək sosial şəbəkələrin birində dələduzluqla üzləşdiyini bildirib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə özünü ekstrasens-parapsixoloq kimi təqdim edən şəxsin paylaşdığı elanı görərək ona müraciət edib. Elan sahibi zərərçəkəni övladındakı "cini çıxaracağı"
02.09.2026 266 YouTuber TIR-ın altında gizlənib ölkədən qaçmaq istədi
Türkiyədə barəsində ölkədən çıxış qadağası olan YouTuber Arif Kocabıyık qeyri-adi üsulla Bolqarıstana keçməyə çalışarkən saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kapıkule Sərhəd-Keçid Məntəqəsində baş verib. Gömrük əməkdaşları Bolqarıstana getmək üçün sərhədə gələn TIR-da yoxlama apararkə
02.09.2026 222 Sabah 32° isti olacaq
Sentyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-21 isti, gündü
02.09.2026 189 11,1 milyard manat investisiya, cəmi 1,4 faiz artım: Sərmayələr niyə iqtisadiyyatı sürətləndirmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda investisiyaların həcmi artır, lakin iqtisadi artım bu dinamikanı tam əks etdirmir. 2026-cı ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatının əsas kapitalına 11,1 milyard manatdan çox vəsait yatırılıb. Sərmayələrin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz artsa da, ÜDM-də artı
02.09.2026 337 Müharibədə gərginlik artır: "Tərəflər yeni strategiyaya keçirlər" - POLİTOLOQDAN AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində son günlər hava hücumlarının intensivliyi yenidən artıb. 2 sentyabrda Rusiya qüvvələrinin Kiyev və Odessa vilayətlərinə kütləvi raket və dron zərbələri endirdiyi, nəticədə enerji infrastrukturu və yaşayış binalarının zərər gördüyü bildirilir. Reuters-in məlumatına görə, Odessad
02.09.2026 435 Saxta Wi-Fi şəbəkələri: Telefonunuz təhlükə ilə üz-üzə qala bilər
"Parkda, kafedə və ya ticarət mərkəzində təklif olunan pulsuz Wi-Fi istifadəçilər üçün rahatlıq yaratsa da, təhlükəsizlik baxımından ev və ya ofis şəbəkəsi qədər etibarlı hesab edilmir. Bunun əsas səbəbi bu şəbəkələrin açıq mühitdə fəaliyyət göstərməsidir. Eyni anda onlarla, bəzən isə yüzlərlə insanı
02.09.2026 228 Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp noyabr ayında Çində keçiriləcək APEC sammitində görüşə bilərlər. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremldən bildirilib. Qeyd edək ki, Rusiya prezidenti və amerikalı həmkarı sonuncu dəfə 2025-ci ilin avqust ayında Alyaskanı
02.09.2026 198