"N-brothers"in rəhbəri: "O müğənnilərin toyuna 1000 manat yazdırmışam"

"N-brothers"in rəhbəri: "O müğənnilərin toyuna 1000 manat yazdırmışam""N-brothers" qrupunun rəhbəri Namiq Qafarovun Qaynarinfo-ya müsahibəsi

- Namiq müəllim, pandemiyanın təsirləri şou-biznesdə daha qabarıq görünür, müğənnilərin yaradıcılığında yeniliklər gözə dəymir...

- Bütün işlərimiz ləngiyir, problemlər çoxalıb, demək olar, toy yoxdur. Azərbaycan şou-biznesində müğənni nə konsertdən, nə diskdən, nə klipdən, nə albomdan pul qazanır. Müğənnilərin qazanc yeri ancaq toydur. Toylar da ki, dəhşətli dərəcədə zəifdir. Demək olar, pandemiya toyları bitirdi. İnsanları başa düşmək olar, pandemiyadır, şərtlər elədir ki, toy sahibinə kənardan müğənni gətirmək sərf eləmir. Toylarını restoranlardakı musiqiçilərlə yola verirlər. Bu saat nəinki toylar, hətta çox şeylərdə vəziyyət pisdir. Pandemiya hər şeyə təsir edib. Gərək bir sahədə qazanc olsun ki, bu da başqa birinə ötürə bilsin. Bu, müvəqqəti çətinlikdir, yavaş-yavaş hər şey qaydasına düşəcək.

- Toyların zəifləməsi toy qiymətlərinə də təsir edib, yoxsa?..

- Bir başa təsir edib. Elə müğənnilər var ki, toyun qiymətlərini aşağı salıb, amma elələri də var, salmayıb. Şəxsən mən də toy qiymətimi aşağı salmışam. Bunun bir səbəbi də var. 150 nəfərlik toy eləmək olar? Toy sahibini də başa düşmək lazımdır, bir də baxırsan, 150 nəfərin 50-si toya gəlmir. İnsanları başa düşmək lazımdır, bəlkə maddi cəhətdən çətinlik çəkdiyinə görə dəvət olunanlar toya az gəlir. Toyların xərclərini başa-baş da ödəyə bilmirlər. Bəziləri isə toyunu etmir, gözləyir. Hara fırladırsan fırlat, yenə də bir ucu toydur, digər ucu da pul... Amma mən həmişə demişəm və bu gün də deyirəm, şou-biznes toydan ibarət deyil.

- Bəs, şou biznes nədən ibarətdir?

- Şou-biznes, mədəniyyət, incəsənət başqa şeydir. Müğənninin qazanc yeri ancaq toydur. Müğənni də insandır, qazanmaq istəyir ki, əlində az da olsa maddiyyat olsun. Dolansın ki, yaradıcılığında yeniliklər olsun, yeni mahnı alsın, aranjiman etdirsin, klip çəkdirsin, şəxsi problemlərini həll eləsin. Onlar maaş almırlar. Xarici ölkələrdə müğənnilərin qazanc yerləri çoxdur. Onlar böyük konsertlər keçirib, albom çıxarıb və oradan istədikləri qədər pul qazanırlar. Bizdə nə şou-biznes var, nə də ordan pul qazanmaq. Məsələn, rayonda 300 nəfərlik bir mədəniyyət evində kimsə konsert vermək istəyir. Orada biletin qiyməti 3-5 manat olacaq. Bundan baha qiymətə sata bilməyəcəksən. Çünki rayonda kim 20-25 manat verib konsertə gələr ki? Konsertdən pul qazanmaq çətin məsələdir. Bilmirsən kirayə haqqını verəsən, yoxsa ora apardığın avadanlığın pulunu. Ona görə də müğənnilərin böyük hissəsi Rusiyaya daşındı. Rusiyada vəziyyət bizdəki kimi deyil, toylara nə qədər istəyirsən, adam çağıra bilirsən, qayda-qanunlar başqa cürdür. Rusiyada qazanc da çoxdur. Müğənni baxdı ki, Bakıda toylarda qazana bilmir, ona görə də burdan getməyi seçdi. Nə olsun müğənnidir, baxırsan, maşını köhnədir, amma dəyişmək istəyir. Pul da yoxdur. Düşünür ki, çıxış yolu burdan getməkdir. Müğənni bir ilin 6 ayını işləyir, 6 ayını oturur evdə. Bəs, bu nə yesin, nə xərcləsin? Belə baxanda müğənni böyük pul qazanmır. Bir müğənni toya 5 minə gedir. Ayda 5 dəfə toyu olanda qazancı 25 min edir. Onu müğənni tək yemir axı, orada ansambl da var. Bəs ansambla pul vermir? Həm də az da olsa, yığım etməlidir, ömür boyu səsi olmayacaq ki. Dar günü üçün gün ağlamalıdır, ya yox? Pandemiya vaxtı müğənnilər düşdü qabağa, yardımlar etdilər, dəstək göstərdilər.

- Rusiyada keçirilən toy məclislərindən yayılan videogörüntülərdə sizi görmürük. Yoxsa həmin məclislərə dəvər almırsınız?

- Bir neçə dəfə dəvət aldım. Deyirlər, gəl otur burda, bilək ki, burdasan, ondan sonra sizi məclislərə dəvət edək. Mən qala bilmirəm. Azərbaycanı çox sevirəm, ondan kənarda qala bilmərəm. Ömrümün sonuna kimi Bakıda olacağam. Toya gedəndə gərək adına layiq pul yazdırasan. Durub 50 manat yazdırmayacağıq ki.

- Həmkarlarınızın toy məclislərinə nə qədər pul yazdırırsınız?

- Minimum 400-500 manat. Amma maksimim da olan vaxtlar olur. Bəzən elə müğənnilər var ki, toyuna 1000 manat yazdırmışam. İmkanım olsa, bir az da çox yazdıraram.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1721   Tarix: 23 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

10.11.2026 408
.

Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox

Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı

10.11.2026 209
.

Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq

İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi

10.11.2026 224
.

Yaşadığı evdən meyiti tapıldı

Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd

10.11.2026 155
.

Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi

Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üçün nəzərdə tutulan hərbi təlim missiyasının (European Union Military Assistance Mission for Ukraine -EUMAM Ukraine) müddətinin uzadılması qərarı fonunda ilk dəfə olaraq bu ölkədə rəsmi hərbi mövcudluğunu reallaşdıracağını bəyan edib. -ın TASS-a istinadən verdiy

10.11.2026 210
.

Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl

10.11.2026 238
.

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü başa çatdı

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqların ilk günü başa çatıb. Təqribən 40 dəqiqəlik fasilə nəzərə alınmaqla, görüş ümumilikdə 4 saat 30 dəqiqə davam edib. xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Üçtərəfli formatda olan danışıqlar proses

10.11.2026 210
.

Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü

Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs

10.11.2026 304
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 148
.