Pənah Hüseyn canlı efirdəki davadan danışdı - VİDEO

Pənah Hüseyn canlı efirdəki davadan danışdı - VİDEOÖtən gün Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə siyasi analitik Tofiq Abbasov canlı efirdə əlbəyaxa olublar.

Davaya səbəb isə tərəflərin bir-birinə qarşı "gədə" "düdük" kimi qeyri-etik ifadələr işlətməsi olub.

Baş verənlər daha sonra sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Eks-baş nazir Pənah Hüseyn hadisədən bir neçə saat sonra canlı yayıma çıxaraq açıqlama verib.

"Əvvəla hövsələsizlik oldu və mən hesab etmirəm ki, haqlı idim. Hövsələmi saxlamadığıma görə", - deyə o bildirib.

Pənah Hüseyn qeyd edib ki, sonradan verilişdə onu nəyin hövsələdən çıxardığına bir də baxıb: "Mübahisə, Tofiq müəllimin (Tofiq Qasımov – Azərbaycanın sabiq xarici işlər naziri – red.) Türkiyəyə 32 dəfə, Moskvaya bir dəfə getməsi replikasından başladı, məncə. Bəlkə də, o demək istəyirdi ki, balans olmalı idi. Mən də bu məsələyə reaksiya verdim".

O həmçinin bildirib ki, hər kəsin öz fikrinə sahib olmaq, özünü ifadə etmək hüququ var: "Gərək verilişdə belə şeylər olmasın. Uşaqlıqdan belə şey olur. Yəni demirəm ki, xüsusi bir peşmanlıq var. Lakin hesab edirəm ki, gərək belə olmayaydı. Hər halda yaşımız da o yaş deyil".

Pənah Hüseyn politoloqla mübahisə zamanı işlətdiyi ifadəyə (gədə - red.) də münasibət bildirib: "Mən mübahisə zamanı bir ifadə işlətdim, onun qətiyyən valideynlərə aidiyyəti yoxdur. Bunu deməyi vacib bilirəm. Valideyn məsələsində çox həssasam. Nə öz valideynlərimin, nə də digər valideynlərin haqqında hər hansı bir həqarət işlətməyi doğru saymıram. Mən onu nəzərdə tutmurdum. Heç bir halda mən kiminsə valideyninə həqarət etmərəm".

Siyasi analitik Tofiq Abbasov isə "Qafqazinfo"ya açıqlamasında baş verənlərlə bağlı bunu deyib: "Mövqeyim orada olanlardır. Mən heç bir şey əlavə etmək istəmirəm. İnsidentdir oldu, çıxıb getdi. Məsələnin böyüməsində heç bir marağım yoxdur, buna lüzum görmürəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1548   Tarix: 23 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqları artırılır

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılır. APA-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov mətbuat konfransında deyib. O bildirib ki, əməkhaqqı islahatına uyğun olaraq yeni qaydala

02.09.2026 312
.

Peru İranın siyasətini pislədi - Əlaqələr kəsildi

Peru İranla diplomatik münasibətləri dayandırıb. xəbər verir ki, bu barədə Peru Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Peru hökuməti sülhə bağlılıq, beynəlxalq hüquqa hörmət və demokratiyanın müdafiəsi prinsiplərini əsas götürərək İranla diplomatik əlaqələrin kəsilməsi barədə qərar qəbu

02.09.2026 146
.

Maşını sığortaladı, qəza oldu, pulunu ala bilmədi - "Atəşgah"la müştəri arasında QALMAQAL

"Atəşgah" sığorta şirkəti ilə bağlı redaksiyamıza şikayət daxil olub. Şikayətçi, nəqliyyat eksperti Adil Nəbiyev Bizim.Media-ya müraciətində qeyd edib ki, avtomobilini sığortalayarkən onun xüsusi təyinatlı təlim avtomobili olduğunu sənədlərdə açıq şəkildə göstərib. Lakin qəza baş verdikdə

02.09.2026 152
.

Kolumbiya ordusunun xüsusi əməliyyatı: Onlarla silahlı qruplaşma üzvü öldürüldü

Kolumbiya ordusu ləğv edilmiş "Kolumbiya İnqilabçı Silahlı Qüvvələri" (FARC) təşkilatının keçmiş üzvləri tərəfindən yaradılan silahlı qruplaşmalardan birinin düşərgəsinə aviazərbələr endirib. xəbər verir ki, bu barədə ölkə Prezidenti Abelardo de la Esprielya sosial şəbəkə hesabında məluma

02.09.2026 142
.

Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman

"Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları"ı təsdiqlənib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Qaydalar "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Qanunu

02.09.2026 237
.

Bakıda 4-cü beynəlxalq minatəmizləmə konfransı öz işinə başlayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq minatəmizləmə konfransı öz işinə başlayıb. BİG.AZ xəbər verir ki, cari ilin 2-3 sentyabr tarixlərində Bakı şəhərində keçirilə

02.09.2026 175
.

Mobil telefonlar niyə bahalaşır? - İQTİSADÇIDAN AÇIQLAMA

Mobil telefon bazarında qiymət dəyişiklikləri alıcıların diqqətində olan əsas məsələlərdən birinə çevrilib. Yeni modellərin təqdim olunması ilə yanaşı, valyuta məzənnələri, logistika xərcləri, idxal şərtləri və istehsalçıların qiymət siyasəti də smartfonların son satış qiymətinə təsir göstərə bilir

02.09.2026 334
.

Estoniyada yeni prezident seçildi

Estoniya parlamentinin bu gün keçirilən növbədənkənar iclasında ədliyyə kansleri Yulle Madize ölkənin yeni prezidenti seçilib. TASS-a istinadən xəbər verir ki, 101 deputatdan 71-i onun lehinə səs verib. Qalib gəlmək üçün səslərin üçdəikisini toplamaq və ya minimum 68 parlament üzvünün dəstəyini qazanma

02.09.2026 130
.

Çində robotlar üçün "uşaq bağçası" açıldı

Çinin paytaxtı Pekində robotlar üçün "uşaq bağçası" açılıb. Burada tədqiqatçılar maşınların öyrədilməsinə alternativ yanaşmanı araşdıracaqlar. Qaynarinfo xəbər verir ki, bu barədə Çində nəşr olunan ingilisdilli "Global Times" qəzeti məlumat yayıb. Robotların təlimi üçün mərkəz Pekini

02.09.2026 109
.