Motivator və şəxşi inkişaf mütəxəssisi Rəna Əmirəliyeva ilə enerjinizi yüksəldərək daha xoşbəxt yaşayın - FOTOLAR
Enerjilər bizim həyatımıza necə təsir göstərir? Maraqlı sualdır elə deyilmi, sualın cavabı isə çox sadədir. Yaşamaq üçün bizim məhz bu enerjilərə ehtiyacımız var, "Yaşam Enerjisi" adlandırdığımız bu güc bizim içimizdədir və həyatımızı, duyğularımızı idarə etmək üçün bizim ən əhəmiyyətli vasitəmizdir. Hüzurlu, xoşbəxt, coşqulu bir həyat yaşamaq üçün enerjimizi düzgün istifadə etməyi öyrənməliyik. Bu sahənin yeni-yeni inkişaf etməsinə baxmayaraq Azərbaycanda bu sahə üzrə çox bacarıqlı, peşəkar mütəxəssis və motivator Rəna Əmirəliyeva öz məlumatları ilə insanlara olduqca faydalı məsləhətlər verərək həyatlarında böyük dəyişimlərə səbəb olur. Dünyaca məşhur Con Kexo, Joe Dispenza, Tony Robbinsin kimi mütəfəkkirlərin webinarlarına qoşularaq enerjilərin gücünü, insan həyatındakı təsirlərini dərindən öyrənmişdir. Rəna xanım özü çox pozitiv enerjiyə sahib bir qadındır. O, Bakıda xüsusi seminarlar, marafonlar təşkil edərək yeni bir sən yaratmaqda insanlara yardımçı olur. "Dəyişim öncə səndən başlayır" adlı marafon təşkil edən Rəna xanım bu marafonla içimizdəki gücü tapmağımızda, onu düzgün istifadə edərək hədəfə yönəlməyimizdə və arzularımızı düzgün istəməyi bacarmağımıza kömək edir. Bəzən həyat enerjimizi düşürən neqativ duyğulara hədinndən artıq fokuslanırıq, məsələn; əsəb, nifrət, çox danışmaq, söz israfı, neqatif düşünmək və s. bu kimi hisslərlə özümüzü yoraraq sadəcə özümüzü aşağı çəkirik. Məktəblərdə peşə təhsili ilə yanaşı "yaşamaq sənəti" öyrədilmiş olsa idi, həyatımızda görəcəyimiz işlərin keyfiyyətinin daha yüksək hala gəlməsi qaçınılmaz olardı. Bəli, bu vacib bir məsələdir, çünki həyat enerjisini düzgün istifadə etməyən insanlar yorğun, kefsiz və istəksiz olurlar. Ən sadə vəziyyətləri belə bu adamlar çətin, həll edilməz problem olaraq qəbul edirlər. Həyat enerjilərini istifadə edə bilməyən insanlar nəticə etibarı ilə depresiyaya meyilli olurlar. Depresiyanı isə günümüzün ən böyük bəlalarından olan intiharların başlanğıc mərhələsi hesab etmək olar. Bu halların qarşısını almaq üçün səylə çalışan Rəna xanım bunun üçün sosial şəbəkə hesablarından daim çağırışlar edir, təmənnasız şəkildə insanlara yardım etməyi təklif edir. Fəaliyyəti ilə insanların həyatına işıq olan Rəna Əmirəliyeva daim biliklərini artıraraq durmadan öyrənir, durmadan öyrədir və pozitivlik mənbəyi olmağa davam edir.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1321 Tarix: 23 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGürcüstan Prezidenti COP31-də iştirak edəcək
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Türkiyəyə yollanacaq. APA-nın yerli bürosu xəbər verir ki, o, Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edəcək. Mixeil Kavelaşvili noyabrın 11-də konfrans iştirakçıları və dünya liderləri qarşısında çıxış edəcək. Prezidentl
10.11.2026 194 Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"
"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü
10.11.2026 140 Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq
İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi
10.11.2026 224 İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb
İspaniyanın Asturiya muxtar bölgəsinin Ovyedo şəhərində baş verən partlayış nəticəsində azı bir polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb. Bu barədə EFE agentliyi məlumat yayıb. Məlumata görə, yaşayış evlərindən birində atəş açılması barədə məlumat daxil olduqdan sonra polis əməkdaşları hadis
10.11.2026 200 Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu
Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c
10.11.2026 216 İrana hücum üçün hər gün Trampa zəng edir
İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni hücumların başlanması üçün ABŞ Prezidenti Donald Trampa hər gün zəng etdiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti iki lider arasındakı telefon danışıqlarından məlumatlı mənbəyə istinadə
10.11.2026 207 Uraloğlu: Ermənistanla sərhəd-keçid məntəqələrinin açılması üçün hazırlıqlar görülüb
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistanla dəmir yolu və avtomobil sərhəd-keçid məntəqələrinin açılması istiqamətində hazırlıqların başa çatdığını bildirib. APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Ermənistanın müvafiq naziri ilə bu məsələn
10.11.2026 219 84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi
ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna
10.11.2026 148 Süni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur
Süni intellekt Grok, hakimiyyəti dövründə ən çox ölüm hadisəsi ilə əlaqəli olan üç insanın adını açıqlayıb. İlon Maskın şirkətinin hazırladığı süni intellekt Grok, bəşər tarixində ən çox ölüm hadisəsinə görə məsuliyyət daşıyan insanların reytinqini tərtib edib. -ın xarici mediaya istinadən məlumatın
10.11.2026 152