"MTN işi"ndə şahid "ölüm iynəsi" ilə hədələndiyindən danışdı: "Dedi ki, qorxmursan, başınıza iş gələr?

"MTN işi"ndə şahid "ölüm iynəsi" ilə hədələndiyindən danışdı: "Dedi ki, qorxmursan, başınıza iş gələr?Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyev, İstintaq İdarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi polkovnik Vüsal Ələkbərov və idarənin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə proses davam edir.

Qaynarinfo xəbər verir ki, növbəti prosesdə iş üzrə zərərçəkən Elşən Mədətov sərbəst ifadə verib.

Deyib ki, 2007-ci ildə "Texnikabank" ASC-in Bakı filialına öz adına müqavilə bağlamaqla illik 12 faizlə 623 min avro məbləğində əmanət qoyub:

"İlk vaxtlarda faizləri verdilər. 2008-ci ilin iyun-iyul aylarında faizləri bankdan ala bilmədim. 2008-ci ilin avqustunda Fransaya istirahətə getdim. Qayıdandan sonra filialın müdiri Zal Yusifovun həbs olunduğunu eşitdim. Oktyabrın əvvəlində isə MTN-nin Baş İstintaq İdarəsinin şöbə rəisi Vüsal Ələkbərov zəng edərək məni MTN-ə çağırdı. Növbəti gün ora getdim. Məni boş otağa apardılar. Orada təxminən beş saat tək oturdum. Burada sakit, məsum uşaq kimi oturan şöbə rəisi Vüsal Ələkbərov beş saatdan sonra otağa gəldi. İlk sözü bu oldu ki, bəs sən banka əmanət kimi pul qoymusan, mütəşəkkil cinayətkar dəstəyə qoşulub bankın filial müdiri Zal Yusifovla bankı talamısınız. Ona görə də MTN-nin rəhbərliyinə 300 min ABŞ dolları məbləğində pul verməlisən, yoxsa səni də Zal Yusifovla eyni ittihamla tutacağıq.

Vüsala dedim ki, banka qanuni yolla pul qoymuşam. O da hədə tonunda dedi ki, nə olsun ki, qanuni qaydada banka pul qoymusan? Banka əmanət kimi qoyduğun pulun bir hissəsini bizə verməlisən, bu rəhbərliyin tapşırığıdır.

Tələbinin qanunsuz olduğunu dedim. Vüsal da dedi ki, deyəsən hara gəldiyini bilmirsən, qızın universitetdə oxuyur, özün də küçədə-bayırda gəzirsən. Qorxmursan, başınıza iş gələr?.

Dövlət ittihamçısı söhbətin nədən getdiyini aydınlaşdırmaq üçün zərərçəkənə sual verib. Zərərçəkən bildirib ki, onu öldürəcəkləri ilə hədələyib:

"Vüsal Ələkbərov dedi ki, sənə "ölüm iynəsi" vuracağıq. Deyirdi ki, iki ay saxlayıb, üzr istəyib buraxacağıq. 7-8 ayın içində havalanıb öləcəksən. Mən də onun bu hədələrindən qorxduğum, qızımın universitetdən qovacaqlarını düşündüyüm üçün məcbur olub Vüsalı dilə tutmağa çalışırdım. Dedim ki, mən Dairə Seçki Komissiyasının sədriyəm. Həmin vaxt prezident seçkiləri idi. Bunu deyəndən sonra Vüsal vəsiqəni tələb elədi. Mən də verdim, vəsiqəyə baxdı. Vəsiqəni götürüb harasa getdi. Az sonra qayıdıb gəldi, vəsiqəni verib dedi ki, get prezident seçkilərini keçirt, sonra görüşərik. Seçkilər keçdi, İlham Əliyev prezident seçildi. Seçki başa çatandan bir neçə gün sonra Vüsal məni yenidən MTN-ə çağırdı, yenə də 300 min manat istədi. Ondan 100 min dollara razılaşmasını xahiş etdim. Bu mövzuda söhbət zamanı Vüsal otaqdan çıxıb rəisi Mövlam Şıxəliyevin yanına getdi. Məsləhətləşib qayıtdı. 100 min dollara razılaşdıqlarını dedi, ifadəmi almadan məni buraxdı.

MTN-dən çıxandan sonra pul toplamağa başladım. Özümdə 45 min dolları var idi. Qardaşım Kamaldan 50 min dollar, qayınatam Kələş Qafarovdan 5 min dollar borc aldım. 15-20 gündən sonra - 2008-ci ilin oktyabr ayının sonlarında, günün ikinci yarısında Vüsal Ələkbərova zəng elədim. Dedim ki, pul hazırdır. Vüsal məni MTN-ə çağırdı. 100 min dolları məbləğində pulu sarı-ağ rəngli kağızdan olan, qulplu kiçik zənbilə qoydum, üstünü də örtdüm. Sürücüm Zahid Əliyev və qaynım Samit Qafarovla birlikdə MTN-nə getdik. Məni çox rahat şəkildə Vüsal Ələkbərovun otağına apardılar. Zənbildə olan 100 min dolları Vüsala verdim. 10-15 dəqiqə sonra MTN-dən çıxıb evə qayıtdım. 2008-cu ilin noyabr ayının əvvəllərində Vüsal Ələkbərov yenidən mənə zəng elədi, MTN-nə çağırdı.

Vüsal MTN-in əsas girişinin qarşısında "Toyota" markalı, ağ rəngli "cip"lə dayanmışdı. 15-20 gün vaxtımın olduğunu dedi. Hədə-qorxu gəlirdi ki, pulu çatdırmasan başına oyun açacağıq.

"Bu söhbətləri başqa yerdə danışma, yoxsa uşaqlarını da ilişdirərik" - deyirdi. Hədə-qorxulardan və həbs olunmaqdan çəkinirdim. Ona görə də evdə olan bütün qızılları Mərkəzi Univermaqda və Moskva Univermağında satdım. Dostum Qacar Əzizovdan 45 min dollar, qayınatası Kələş Qafarovdan 15 min dollar borc aldım. Əlavə 100 min dolları topladım. 2009-cu ilin noyabr ayının sonlarında Vüsal Ələkbərova zəng elədim, dedim ki, pulu yığmışam. Yenə MTN-ə çağırdı. Əvvəlki kimi sürücüm Zahid və qaynım Samitlə birlikdə MTN-nə getdik. Saat 16:00 radələrində Vüsalın otağına qalxdım. Bu dəfə də pulla idim deyə məni tez-tələsik Vüsalın yanına apardılar. Kabinetində 100 min dolları da aldı, dedi ki, rəhbərliyə məruzə edib, mənə cavab deyəcək. 1-2 gün sonra Vüsal zəng edib dedi ki, "məruzə etdim, pulu tam çatdır, rəhbərlik razılaşmır". Yenə 10 gün vaxt verdi. Əlacsız durumda idim. Bilmirdim nə edim".

Dövlət ittihamçısının "niyə şikayət etmədiniz?" sualına zərərçəkənin cavabı belə olub:

"O zaman bunların qılıncının dalı da, qabağı da kəsirdi. Kimə şikayət edəcəkdim? Şikayət etsəydim, başıma oyun açardılar. Vüsal Ələkbərov otağında "şəpit"də gəzirdi. Ayağını stolun siyirməsinin yuxarısına qoyub, özünü olduqca arxayın aparırdı. O dövrdə bunlardan kimə şikayət etmək olardı? Ona görə də məcbur olub borc aldım. 2008-ci ilin dekabr ayının əvvəllərində Vüsala zəng elədim. Dedim ki, cəmi 50 min dollar pul yığa bilmişəm. Daha heç yerdən pul tapa bilmirəm. İstəyirsən məni tut, 200 min dollar pulumu da qaytar, istəyirsən düzəltdiyim 50 min dolları qəbul elə. Təxminən bir saatdan sonra zəng edib muştuluq istədi. Dedi ki, bəs səni təbrik eləyirəm, rəhbərlik razılaşdı. Növbəti gün 19:00 radələrində Vüsalın tapşırığı ilə onun yaşadığı Yasamal bazarından bir qədər irəlidə olan binanın qarşısına getdim. Ora da sürücüm Zahid və qaynım Samitlə birlikdə getmişdim. 50 min dolları rəngli sellofan torbaya qoymuşdum. Vüsala zəng elədim, gəlib pulu alıb getdi. Bundan sonra borcları qaytarmaq üçün dəyirman və restoranımı satdım".

Zərərçəkən bildirib ki, onun banka əmanət kimi qoyduğu vəsait də bu günə qədər ona qaytarılmayıb:

"Mən ilkin mərhələdə bütün məhkəmələrdə haqlı olduğumu sübut etmişdim. Yəni, banka əmanəti qanuni şəkildə qoymağım da, faizlərin də qanuni şəkildə ödənilməsinə də qərar verilmişdi. Lakin MTN-in müdaxiləsindən sonra hakimlər açıq şəkildə bildirirdilər ki, ailəmizi təhlükə altına qoyub xeyrinizə qərar verə bilmərik. Mülki işi zorla cinayət işinə əlavə edib, banka qoyduğumuz əmanəti də mənimsədilər".

Bundan sonra şahid qismində Elşən Mədətovun qardaşı Kamal Mədətov ifadə verib. O, qardaşından MTN əməkdaşlarının hədə-qorxu gəlməklə 250 min dollar aldıqlarını təsdiq edib. Şahid Nəsrəddin Sultanov da eyni epizod üzrə ifadə verib. Deyib ki, MTN-də Elşən Mədətovu hədələyərək 250 min dollar alınıb:

"Bu adamlar Milli Təhlükəsizlik Nazirliyini Milli Talama Nazirliyinə çevirmişdilər. Elşənin heç bir günahı yox idi. Banka əmanət qoymuşdu. Onu çağırıb hədələyirdilər ki, guya əmanəti banka qanunsuz qoyub. Onu həbs etməmək üçün pul tələb edirdilər. Mən də deyirdim ki, vermə, sənin heç bir cinayətin yoxdur. Lakin, onu elə hədələmişdilər ki, çıxılmaz vəziyyətə düşmüşdü. Pulu verməyəcəyi təqdirdə, həbs ediləcəyindən, uşaqlarının başına iş gələcəyindən qorxurdu. Ona görə də aparıb pulu verdi".

Şahid deyib ki, həmin günlərdə şəxsi tanışları vasitəsi ilə Vüsal Ələkbərovla görüşüb:

"Vüsala dedim ki, siz cinayət edirsiniz. Elşənin banka qoyduğu 623 min avronu da ələ keçirmisiniz, üstəlik 300 min tələb edib, 100 min dolları da almısan. Buna görə Elşən qalacaq kənarda, mən səni güllələyəcəm. Vüsal bu sözlərimi eşidib qaçıb getdi. Sonra bildim ki, Elşəndən ümumilikdə 250 min dollar pul alıb".

Bundan sonra fasilə elan olunub.

Tərəflər şahidə bir neçə sual verdikdən sonra proses martın 1-nə qədər təxirə salınıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1048   Tarix: 23 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqları artırılır

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılır. APA-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov mətbuat konfransında deyib. O bildirib ki, əməkhaqqı islahatına uyğun olaraq yeni qaydala

02.09.2026 312
.

Peru İranın siyasətini pislədi - Əlaqələr kəsildi

Peru İranla diplomatik münasibətləri dayandırıb. xəbər verir ki, bu barədə Peru Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Peru hökuməti sülhə bağlılıq, beynəlxalq hüquqa hörmət və demokratiyanın müdafiəsi prinsiplərini əsas götürərək İranla diplomatik əlaqələrin kəsilməsi barədə qərar qəbu

02.09.2026 146
.

Maşını sığortaladı, qəza oldu, pulunu ala bilmədi - "Atəşgah"la müştəri arasında QALMAQAL

"Atəşgah" sığorta şirkəti ilə bağlı redaksiyamıza şikayət daxil olub. Şikayətçi, nəqliyyat eksperti Adil Nəbiyev Bizim.Media-ya müraciətində qeyd edib ki, avtomobilini sığortalayarkən onun xüsusi təyinatlı təlim avtomobili olduğunu sənədlərdə açıq şəkildə göstərib. Lakin qəza baş verdikdə

02.09.2026 152
.

Kolumbiya ordusunun xüsusi əməliyyatı: Onlarla silahlı qruplaşma üzvü öldürüldü

Kolumbiya ordusu ləğv edilmiş "Kolumbiya İnqilabçı Silahlı Qüvvələri" (FARC) təşkilatının keçmiş üzvləri tərəfindən yaradılan silahlı qruplaşmalardan birinin düşərgəsinə aviazərbələr endirib. xəbər verir ki, bu barədə ölkə Prezidenti Abelardo de la Esprielya sosial şəbəkə hesabında məluma

02.09.2026 142
.

Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman

"Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları"ı təsdiqlənib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Qaydalar "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Qanunu

02.09.2026 237
.

Bakıda 4-cü beynəlxalq minatəmizləmə konfransı öz işinə başlayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq minatəmizləmə konfransı öz işinə başlayıb. BİG.AZ xəbər verir ki, cari ilin 2-3 sentyabr tarixlərində Bakı şəhərində keçirilə

02.09.2026 175
.

Mobil telefonlar niyə bahalaşır? - İQTİSADÇIDAN AÇIQLAMA

Mobil telefon bazarında qiymət dəyişiklikləri alıcıların diqqətində olan əsas məsələlərdən birinə çevrilib. Yeni modellərin təqdim olunması ilə yanaşı, valyuta məzənnələri, logistika xərcləri, idxal şərtləri və istehsalçıların qiymət siyasəti də smartfonların son satış qiymətinə təsir göstərə bilir

02.09.2026 334
.

Estoniyada yeni prezident seçildi

Estoniya parlamentinin bu gün keçirilən növbədənkənar iclasında ədliyyə kansleri Yulle Madize ölkənin yeni prezidenti seçilib. TASS-a istinadən xəbər verir ki, 101 deputatdan 71-i onun lehinə səs verib. Qalib gəlmək üçün səslərin üçdəikisini toplamaq və ya minimum 68 parlament üzvünün dəstəyini qazanma

02.09.2026 130
.

Çində robotlar üçün "uşaq bağçası" açıldı

Çinin paytaxtı Pekində robotlar üçün "uşaq bağçası" açılıb. Burada tədqiqatçılar maşınların öyrədilməsinə alternativ yanaşmanı araşdıracaqlar. Qaynarinfo xəbər verir ki, bu barədə Çində nəşr olunan ingilisdilli "Global Times" qəzeti məlumat yayıb. Robotların təlimi üçün mərkəz Pekini

02.09.2026 109
.