"Svobodnaya pressa": "Xocalı qətliamından – Qarabağ müharibəsinin əsas faciəsindən 30 il keçir"

"Svobodnaya pressa": "Xocalı qətliamından – Qarabağ müharibəsinin əsas faciəsindən 30 il keçir""Svobodnaya pressa" nəşri Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş məqalə dərc edib.

"Report" xəbər verir ki, məqalədə Qarabağ müharibəsi zamanı Xocalının erməni hərbçiləri tərəfindən ələ keçirilməsindən sonra dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi ilə yaşanan faciənin bütün bu illər ərzində Azərbaycan xalqının qəlbində qanlı yara olaraq qaldığı, rəsmi Bakının faciəni soyqırımı adlandırdığı (bu, dünyanın bir çox ölkələrində də tanınır) və təbii ki, Qarabağ münaqişəsinin ən qaranlıq səhifələrindən biri olduğu vurğulanır.

Bildirilir ki, fevralın 25-dən 26-na keçən gecə baş verənlər əsl dəhşət idi: "Xocalı sakinləri Qarqar çayının yatağı ilə Əsgəran şəhərinə, eləcə də Ağdam şəhərinə doğru hərəkət edirdi. Sakinlərin çoxu erməni yaraqlılarının qurduğu pusquya düşdü: onları gülləbaran etdilər, digərlərini isə daha dəhşətli aqibət gözləyirdi. Həmin hadisələrin şahidlərinin, məsələn, "İzvestiya" qəzetinin müxbiri Vadim Belıxın gözlərin oyulması, qulaqların kəsilməsi, dərisi soyulmuş kəllənin yarılması barədə xatirələrini oxumaq çox çətindir".

Məqalədə qeyd olunur: "Hüquq müdafiəçilərinin bildirdiyinə görə, şəhərin ələ keçirilməsindən sonra dörd gün ərzində təkcə qonşu Ağdama 200-ə yaxın meyit gətirilib ki, onlardan 13-ü uşaq, 51-i qadın olub. "Human Rights Watch" beynəlxalq insan haqları təşkilatı qeyd edib ki, dinc sakinlər bir neçə müdafiəçinin müşayiəti ilə şəhərdən çıxmağa çalışarkən erməni postuna rast gəlib və onlar hamını gülləbaran edib".

Müəllif "Novıye İzvestiya"da yazılanları da vurğulayıb: "Ermənistan tərəfi iddia edir ki, ölənlərin sayının çox olması Xocalı sakinlərinin onlara verilən "sərbəst dəhliz"də silahlı şəxslərin müşayiəti ilə hərəkət edərkən silahlıların erməni postlarını atəşə tutması və bununla da onları cavab atəşi açmağa məcbur etməsi ilə bağlıdır. Amma bunu təsdiq edən heç bir fakt tapılmadı, üstəlik, günahsız insanların ölümünü bu şəkildə əsaslandırmaq da çox qəribədir".

Bunun ardınca məqalədə ermənilərin bəhanə kimi gətirdikləri səbəbi puç edən fakt göstərilib. Bildirilib ki, Xocalı faciəsinin baş vermə tarixinin (fevralın 25-dən 26-na keçən gecə) 1988-ci ilin Sumqayıt hadisələri ilə eyni gündə baş verməsi heç də təsadüfi hal kimi görünmür, üstəlik, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində kifayət qədər açıq şəkildə "Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə sadəcə zarafat edirlər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Bütün bu düşüncələri məhv etmək lazım idi və belə də oldu" söyləməsi faktı da var.

Məqalənin sonunda ermənilərin xislətini açan məqamlar da əks olunub: "Vikipediyada Xocalı faciəsinə həsr olunmuş səhifədə bildirilir ki, 2019-cu ilin noyabrında Ermənistanın baş naziri Nikol Paşinyan qətliamı azərbaycanlıların özlərinin həyata keçirdiyini və qətliamı "böyük yalan" adlandırıb. Ermənistanın ictimai təşkilatları da faciəni təkzib etməkdə israrlıdır, bu barədə yayılan məlumatları düşmənin təbliğatı adlandırırlar. Odur ki, rəsmi İrəvanın 1992-ci ilin fevralında baş vermiş faciəli hadisələri araşdırmağa cəhd belə etməməsi təəccüblü deyil. Ona görə də Azərbaycanla Ermənistan arasında qanlı uçurumun o vaxtdan indiyədək azalmamasında, müharibə alovunun sönməməsində qəribə heç nə yoxdur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 698   Tarix: 26 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl

10.11.2026 238
.

NATO nümayəndəsi ilk dəfə Rusiya-Ukrayna-ABŞ danışıqlarında iştirak edir

NATO nümayəndəsi ilk dəfə Əbu-Dabidə keçirilən Rusiya, Ukrayna-ABŞ üçtərəfli danışıqlarında iştirak edir. APA-nın Moskva bürosu xəbər verir ki, Şimal Alyansının Avropadakı Ali Baş Komandanı Aleksus Qrinkeviç danışıqlar masasında oturub. Qrinkeviç bildirib ki, Əbu-Dabidəki danışıqlar davamlı sülh üçü

10.11.2026 194
.

Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü

Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs

10.11.2026 304
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 148
.

Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü

10.11.2026 140
.

Gürcüstan Prezidenti COP31-də iştirak edəcək

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Türkiyəyə yollanacaq. APA-nın yerli bürosu xəbər verir ki, o, Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edəcək. Mixeil Kavelaşvili noyabrın 11-də konfrans iştirakçıları və dünya liderləri qarşısında çıxış edəcək. Prezidentl

10.11.2026 194
.

Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri

10.11.2026 168
.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

10.11.2026 408
.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

10.11.2026 168
.