Pravda.ru Xocalı faciəsinin xatirəsinin unudulmamasının vacibliyindən yazdı

Pravda.ru Xocalı faciəsinin xatirəsinin unudulmamasının vacibliyindən yazdı"Tarix qlobal miqyasda insan qəddarlığının bir çox nümunəsinə şahiddir. Bütün dünya Holokostu, yaxud Belarusun Xatın kəndinin məhv edilməsini xatırlayır, Azərbaycanın Qarabağdakı Xocalı şəhərinin faciəsi də unudulmur: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən qırğında yüzlərlə müdafiəsiz dinc sakin həlak oldu. 2022-ci ildə faciədən 30 il keçir…"

Bu barədə Rusiyanın pravda.ru saytında Xocalı faciəsinin ildönümünə həsr olunmuş məqalədə bildirilir.

Məqalədə qeyd olunub ki, Xocalı faciəsi, əslində, Azərbaycan xalqının ağır taleyindən xəbər verir.

"Yenidənqurmanın başlanğıcı ilə Zaqafqaziyada millətlərarası ziddiyyətlərin özünü yeni güclə hiss etdirdi. 1987-ci ilin sonunda Ermənistanın Qafan rayonunda azərbaycanlılara qarşı hücumlar başladı. "Mehriban" qonşular bir anda millətçi şüarlarla alovlanan soyuqqanlı qatillərə çevrildilər. Heç kim daimi qorxu içində yaşamaq istəmirdi və iğtişaşlar başlayandan sonra Azərbaycana qaçqınlar axın etməyə başladı.

Azərbaycanın tərkibində olan muxtar Dağlıq Qarabağ bölgəsinin deputatları isə 1988-ci il fevralın 20-də regionun Ermənistana verilməsini tələb etməklə millətlərarası münaqişənin alovuna odun atdı. Buna cavab olaraq Azərbaycanın şəhərlərində ekstremist hücumların dayandırılması tələbi ilə etiraz aksiyaları keçirildi".

Məqalədə vurğulanır ki, bütün bu yaşananlara baxmayaraq Moskvanın reaksiyası kifayət qədər ləng olub.

"1991-ci ildə uğursuz dövlət çevrilişindən sonra Ermənistan, Azərbaycan və Azərbaycanın muxtar vilayəti olan Dağlıq Qarabağ müstəqilliklərini elan etdilər. Zaqafqaziya sürətlə böyük müharibəyə qərq oldu, bunun nəticəsində on minlərlə insan həlak oldu, xalqların taleyində sağalmamış yaralar qaldı", - deyə müəllif qeyd edib.

Nəşrdə münaqişənin əvvəlindən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan Xocalının o zaman strateji əhəmiyyətli məntəqə olduğu xatırladılır.

"Şəhər Qarabağ separatçılarının "paytaxtı" Xankəndidən 10 kilometr aralıda yerləşirdi, həmçinin şəhərdən mühüm marşrutlar keçirdi, bundan başqa hava limanı var idi. 1991-ci ilin payızından Xocalı erməni birləşmələri tərəfindən tamamilə blokadaya alındı. Elektrik verilişində fasilələr yarandı, telefon əlaqəsi və istilik, su təchizatı olmadı", - deyilən məqalədə yerli sakinlərin çətinliklərindən söz açılıb.

"Fevralın ortalarına qədər yalnız bir neçə yüz vətəndaş vertolyotla təxliyə edilə bildi, ancaq əhalinin əksəriyyəti - təxminən dörd min nəfər mühasirəyə alınmış şəhərdə qaldı", - deyə məqalədə əlavə edilib.

Bundan sonra Xocalı faciəsinin baş verdiyi gecə barəsində danışılıb. Bildirilir ki, gecə 20:30-da erməni zirehli texnikası şəhər ətrafında mövqeləri tutub, 1-2 saat sonra düşmən ağır artilleriyadan yaşayış binalarına və dinc əhaliyə atəş açıb.

"Daha sonra şəhər alovların tüstülərinə qərq oldu. Çaxnaşma başladı. İnsanlar özlərini və yaxınlarını odlu tələdən xilas etmək ümidi ilə Ağdama, şimal-şərqə doğru qaçırdılar. Amma hamı çata bilmədi: bir çoxu düşmən atəşi altında həyatlarını itirdi, yaxud isti paltarsız qaçdıqları üçün (əksəriyyəti qadın və uşaqlar) dağlarda donub öldü", - deyə məqalədə o gecənin dəhşətlərindən danışılıb.

Müəllif şəhərdə baş verən dəhşətləri beynəlxalq jurnalistlərin dünyaya çatdırdığını vurğulayıb:

"Şəhərdə olan və xəstəxanaya baş çəkən "The Washington Post" qəzetinin müxbiri Tomas Qolts yazır ki, qurbanlardan biri güllələrdən dəlmə-deşik olmuşdu, digərlərinin bədənlərində isə çoxsaylı bıçaq yaraları aşkarlanıb. "Onlar bizim evə gəldilər və dedilər ki, qaçın, ya da diri-diri yanın", - deyə Xocalıdan olan 11 yaşlı qaçqın Əhməd Məmmədov "The New York Times" qəzetinə bildirib. Həmçinin Tomas de Vaal ("Qara bağ") və Yuri Romanov ("Mən müharibəni çəkirəm") kitablarında bu faciənin dəhşətlərindən danışıblar. Azərbaycan həmin gecə baş verən qətliamı soyqırımı kimi tanıyıb", - deyə məqalə müəllifləri bildiriblər.

Nəşr xatırladır ki, 2012-ci ildə müvafiq qətnamə Pakistan parlamenti tərəfindən qəbul edilib. Çexiyada isə həmin hadisələr insanlığa qarşı cinayət kimi tanınır.

"Lakin indiyədək dinc əhalinin qətlinə görə Ermənistanda heç kim mühakimə olunmayıb. Heç bir araşdırma aparılmayıb. Mülki əhalinin qətliam faktı barədə susulur, bəzən isə hətta haqq qazandırılır", - deyə pravda.ru-dan bildirilib.

Məqalənin sonunda xatırladılır ki, baş vermiş dəhşətli cinayətə ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ötən il Bakıda ümumrespublika yürüşü keçirilib.

"O hadisələrin xatirəsinin önəmi təkcə Azərbaycana aid deyil. Bütün xalqlar bilməlidir ki, cilovsuz millətçilik nələrə gətirib çıxara bilər. Yaddaş ən yaxşı silahdır. Yalnız bu yolla gələcəkdə belə faciələrin qarşısını almaq olar", - deyə müəllif sözlərini yekunlaşdırıb.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 734   Tarix: 26 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl

10.11.2026 238
.

NATO nümayəndəsi ilk dəfə Rusiya-Ukrayna-ABŞ danışıqlarında iştirak edir

NATO nümayəndəsi ilk dəfə Əbu-Dabidə keçirilən Rusiya, Ukrayna-ABŞ üçtərəfli danışıqlarında iştirak edir. APA-nın Moskva bürosu xəbər verir ki, Şimal Alyansının Avropadakı Ali Baş Komandanı Aleksus Qrinkeviç danışıqlar masasında oturub. Qrinkeviç bildirib ki, Əbu-Dabidəki danışıqlar davamlı sülh üçü

10.11.2026 194
.

Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü

Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs

10.11.2026 304
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 148
.

Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü

10.11.2026 140
.

Gürcüstan Prezidenti COP31-də iştirak edəcək

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Türkiyəyə yollanacaq. APA-nın yerli bürosu xəbər verir ki, o, Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edəcək. Mixeil Kavelaşvili noyabrın 11-də konfrans iştirakçıları və dünya liderləri qarşısında çıxış edəcək. Prezidentl

10.11.2026 194
.

Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri

10.11.2026 168
.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

10.11.2026 408
.

"Eşref"in ən sadiq əməkdaşı olacaq

"TimBi" şirkətinin istehsalı olan "Eşref Tek" serialında rol alacaq daha bir aktrisanın adı məlum olub. "Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, layihədə aktrisa Ecem Simge Yurdatapan da rol alacaq. Yurdatapan böyük maraqla gözlənilən serialda "Sude"

10.11.2026 168
.