Rusiyanın tanınmış voleybolçusu Ukraynaya hərbi müdaxiləni pisləyib

Rusiyanın tanınmış voleybolçusu Ukraynaya hərbi müdaxiləni pisləyibRusiyanın məşhur voleybolçusu Yekaterina Qamova ölkəsinin Ukraynaya hərbi müdaxiləsini qınayıb.

"Report"un məlumatına görə, ikiqat dünya çempionu bununla bağlı şəxsi instaqram hesabında paylaşım edib.

Veteran hücumçu bildirib ki, bu biabırçı səhifə ölkənin tarixində həmişəlik qalacaq: "Heç vaxt düşünməzdim ki, ordumuz hansısa Avropa ölkəsinə hücum edər, oranı bombalayar, güllə atar. Hazırda bütün dünya Rusiyaya qarşıdır. Sanksiyalar tətbiq olunur, digər ölkələr bizi görmək istəmir, təcrid edirlər. Onlar hökumətimizi mümkün olan hər şeylə, qeyri-hərbi yolla dayandırmağa çalışırlar. Mən susa bilərdim? Bilərdim. Amma həm utanır, həm də qorxuram. Sadəcə, bilin ki, Rusiyada çox insan baş verənlərə qarşıdır. Bağışlayın"!

Azərbaycan millisinin sabiq voleybolçusu, əslən Ukraynadan olan Yelena Şabovta bu postuna görə Qamovaya təşəkkür edib: "Sən əla idmançı, gözəl insansan. Bilirəm ki, sən öz ölkəni nə qədər çox sevirsən! Amma indi baş verənlər dəhşət və kabusdur. Mən ukraynalıyam və həqiqətən ölkəmdə nə baş verdiyini bilirəm. Orada mənim qohumlarım və uşaqlıq dostlarım yaşayır. Onların hamısı əsasən Ukraynanın şimal bölgəsindəndirlər. Qohumlarım Ukrayna ordusunun sıralarındadırlar. Onlar nasist deyillər və sonadək güclü Rusiya ordusuna qarşı savaşırlar. Qüvvələr nisbəti bərabər deyil və bunu hamı bilir. Rusiya KİV-lərində yazılanlar tamamilə yalandır".

Şabovta müharibəyə görə 2 gündür ağladığını yazıb: "Xalqıma qarşı baş verənlər terrordur. Mən yalnız öz mediasının yalan xəbərlərini eşidən rus xalqını günahlandırmıram. Müharibə Rusiya bombardımanına qarşı dirəniş göstərən əsl Ukrayna ordusuna qarşı aparılır. Ümid edirəm ki, belə düşünən tək sən deyilsən".


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1431   Tarix: 26 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

U-15 dünya çempionu İspaniya millisi oldu

Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalına bu gün yekun vurulub. "Qafqazinfo" xəbər verir ki, A liqasının həlledici final oyununda İspaniya və Çexiya komandaları qarşılaşıb. Bakı Kristal Zalında keçirilən oyun İspaniyanın 3:0 hesablı darmadağını ilə başa çatıb. Qeyd edək ki

30.10.2026 503
.

Arsen Venger: "Hər kəs Bakıda keçirilən U-15 dünya çempionatı və festivalına aşiq oldu"

Hər kəs Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalına aşiq olub. "Report" xəbər verir ki, bunu FIFA-ya açıqlamasında qurumun Qlobal Futbolun İnkişafı Departamentinin rəhbəri Arsen Venger deyib. Mütəxəssis yeni formatın matçların dinamikasına müsbət təsir etdiyini diqqətə çatdırıb:

31.10.2026 421
.

Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?

Formula-1 üç onillikdən çox müddətdən sonra ilk dəfə Afrikaya qayıdacaq. Ruanda yarışın keçirilməsi ilə bağlı 10 illik müqavilə imzalayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. Yeni ixtisaslaşmış avtomobil trası ölkənin paytaxtı Kiqalidən cənubda, Buqesera rayonund

14.10.2026 814
.

"Kəpəz" klubunun futbolçusu Azuma Abubakar "İmişli" ilə matçda iştirak etməyəcək

"Kəpəz" klubunun futbolçusu Azuma Abubakar Misli Premyer Liqasının X turunda "İmişli"yə qarşı keçiriləcək matçda iştirak etməyəcək. Bu barədə "Report"a Gəncə təmsilçisinin mətbuat xidmətindən bildirilib. Yarımmüdafiəçinin zədələndiyi qeyd olunub. Xatırladaq ki, "Kəpəz"

31.10.2026 430
.

Batrakov "Barselona"ya təklif olunubmuş

1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind

18.10.2026 796
.

"Qızıl top" qədər geyim tərzləri də diqqət çəkdi - Fotolar

Məlum olduğu kimi, ötən gün "Qızıl top" ("Ballon d'Or") mükafatlandırma mərasimi keçirilib. Mükafata isə "Bayern Münhen"in və İngiltərə milli komandasının ulduz hücumçusu Harri Keyn layiq görülüb. Londondakı məşhur "The London Palladium" zalında keçirilə

27.10.2026 756
.

Eldəniz Əzizli beşinci dəfə dünya çempionu oldu

Azərbaycan güləşçisi Eldəniz Əzizli Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda iranlı Payam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək beşqa

25.10.2026 732
.

Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı

Əfsanəvi futbolçu Lionel Messi İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "İnter"in (Mayami) ulduzu bu gün axşam İspaniyanın Ovyedo şəhərində Campoamor Teatrında təşkil olunacaq təntənəli mərasimd

22.10.2026 911
.

"Sabah"ın oyununa 45 min bilet satılıb

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu oyun üçün paket biletlərlə birlikdə 45 minə yaxın bilet satılıb. "Sabah"ın Çempionla

05.10.2026 685
.