Orqanizmdə D vitamini çatışmazlığını hansı qidalar vasitəsilə aradan qaldırmaq olar? – SİYAHI
Koronavirus pandemiyasının yayılması ilə bird aha aktuallaşan orqanizmdə D vitamini çatışmazlığının aradan qaldırılması ilə bağlı müxtəlif tövsiyələr səsləndirilir.
Belə tövsiyələrdən birini də rusiyalı diyetoloq Yelena Voskresenskaya səsləndirib.
O, orqanizmdə D vitamini çatışmazlığını dərmansız necə aradan qaldırılacağını bildirib.
Diyetoloq tərkibində bu vitaminin yüksək olduğu bir sıra qidaları sadalayıb.
Mütəxəssisin sözlərinə görə, D vitamini orqanizmin qidadan kalsium və fosforu mənimsəməsinə kömək edən çox vacib maddədir. Bu mikroelement xərçəng, sümük yumşalması və osteoporozun qarşısını alır. O, həmçinin sinir və immun sistemini dəstəkləyir və insulin səviyyəsini tənzimləyir.
Voskresenskaya qeyd edib ki, bu vitaminin 90%-i orqanizmdə ultrabənövşəyi şüalardan əmələ gəlir. Ancaq bəzi bölgələrdə yay kifayət qədər qısa olduğu üçün D vitaminini qidadan almaq lazımdır.
D vitamini əsasən yağlı balıqlarda, həmçinin qırmızı və qara kürüdə çox zəngindir. Tərkibində D vitamininin çox olduğu qidalara yabanı qızılbalıq, xum qızılbalığı, çəhrayı qızılbalıq, skumbriya, sardinya və siyənək də daxildir.
Qeyd edək ki, D vitamini təkcə dəniz məhsullarında zəngin olmur. Bir sıra "az büdcəli" qidalarda da ona çox rast gəlinir.
"Günəşdən qidalanan meşə göbələklərində də D vitamini tapmaq olar. Amma supermarketdə satılan göbələklərdə, təəssüf ki bu vitamin demək olar ki, yoxdur. Yumurta, mal və donuz əti, kərə yağı, keçi südü, kəsmik və pendir də D vitamini var", - deyə diyetoloq bildirib.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 2204 Tarix: 27 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğırlıq qaldıranlar daha uzunömürlü olur
Dərc olunmuş bir araşdırmanın nəticələrinə görə, həftədə 1,5-2 saat müntəzəm ağırlıq məşqləri ömrü uzatmaqda təsirlidir. Mütəmadi məşqlər həmçinin yıxılma riskini də azaldır. Axşam.az xəbər verir ki, həftədə 90 dəqiqədən iki saata qədər edilən ağırlıq və müqavimət məşqləri vaxtından əvvəl ölüm riskin
06.06.2026 274 Distant işin psixi sağlamlığa mənfi təsiri açıqlandı
Harvard və Virciniya universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, uzaqdan iş formatı əməkdaşların psixi vəziyyətinə mənfi təsir göstərir. xəbər verir ki, bu barədə "Science" jurnalında dərc olunan materialda məlumat verilib. Alimlər 500 mindən çox amerikalının sorğu məlumatlarını təhli
07.06.2026 245 Yuxusuzluq kökəlmənin gizli səbəbi ola bilər
Rusiyalı psixoloq Rodion Çepalov bildirib ki, yuxusuzluq çəki artımına təkcə fizioloji deyil, psixoloji baxımdan da birbaşa təsir edir. Ölkə.az-ın xəbərinə görə, o, " "ya açıqlamasında qeyd edib ki, insan az yatanda beyin ətraf mühiti daha stresli və təhlükəli qəbul edir, orqanizm isə sürətl
26.05.2026 340 Səkkiz saat yatmaq həmişə faydalı deyil
Bir çox insan hesab edir ki, sağlam qalmaq üçün hər gecə mütləq səkkiz saat yatmaq lazımdır. Lakin həkimlər bildirirlər ki, yuxunun müddəti qədər onun hansı saatda başladığı da böyük əhəmiyyət daşıyır. xəbər verir ki, orqanizm üçün yalnız neçə saat yatmaq deyil, həm də nə vaxt yatmaq vacibdir. Əgər insa
21.06.2026 206 Tez-tez acanlar bunu oxusun
İnsanın həyatında yaşanan mühüm hadisələr və gündəlik həyatda yaşanan çətinliklər emosional aclığa səbəb ola bilər. Beləliklə, bəzən ac olan bədəniniz deyil, duyğularınızdır. Axşam.az xəbər verir ki, mütəxəssislər insanı çox yeməyə sövq edən amilləri açıqlayıblar. Bildirilib ki, emosional yemək, öhdəsində
14.06.2026 269 Eyni vaxtda iki telefon işlətmək zərərlidir - yeni araşdırma
İki smartfondan eyni vaxtda istifadə sağlamlığa mənfi təsir göstərə və əl ilə bilək xəstəliklərinin yaranması riskini artıra bilər. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Amerikanın Uayt-Pleynsdəki İxtisaslaşmış Cərrahiyyə Xəstəxanasının əl terapiyası üzrə mütəxəssisi Nik Maroldi "Th
06.06.2026 271 Qurban bayramında mədəni qorumağın 3 vacib qaydası açıqlandı
Qurban bayramında həddindən artıq ət istehlakı və qidalanma rejiminin pozulması ən çox mədəyə təsir göstərir. Qaynarinfo xəbər verir ki, mütəxəssislər bildirirlər ki, xüsusilə xroniki mədə problemləri yaşayan şəxslər bu müddətdə bəzi vacib qaydalara əməl etməlidirlər. Ağır ət yeməkləri və şirniyyatları
29.05.2026 344 Kardioloqdan vacib xəbərdarlıq: Bu meyvə ürəyi qoruyur
Ürək sağlamlığını qorumaq istəyənlərə səhər yeməyində avokadodan istifadə etməyi məsləhət görüb. Onun sözlərinə görə, bu meyvə xolesterin səviyyəsinin azalmasına, qan təzyiqinin tənzimlənməsinə və ürək-damar sisteminin daha sağlam fəaliyyət göstərməsinə kömək edir. xəbər verir ki, mütəxəssis bildiri
07.06.2026 374 Dietoloqdan çiyələk xəbərdarlığı: Bu qədər yemək kifayətdir
Meyvələrin tərkibində şəkər olduğuna dair narahatlıqlara baxmayaraq, onlar sağlam qidalanmanın vacib hissəsi olaraq qalır. xarici mediaya istinadən xəbər verir ki, dietoloq Paulina Pilarska-Abramçikin sözlərinə görə, meyvələr təkcə təbii şəkər deyil, həm də orqanizm üçün vacib olan lif, vitaminlər v
21.06.2026 191