Zelenski: "Saat 4-də Kiyevə hücum olanda siz yatırdınız, belaruslu qardaşlar" - VİDEO
Ukrayna Prezidenti Volodimir Zelenski Belarus vətəndaşlarına müraciət edib.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ukrayna lideri müraciətində deyib:
"Bu gün hamınız referendumda səs vermək üçün seçki məntəqələrinə çağırılırsınız. Bu, normal siyasi proses kimi görünə bilər. Amma indi bu, əlbəttə ki, normal bir şey ola bilməz.
İndi qərarlar tamamilə başqa səviyyədə qəbul edilir.
Ukrayna üçün dünən gecə çox çətin oldu. Yenə atəş. Yenə yaşayış məntəqələrinin, mülki infrastrukturun bombalanması. Bu gün ölkədə elə bir obyekt yoxdur ki, işğalçılar onu özləri üçün hədəf hesab etməsinlər. Hamıya qarşı vuruşurlar. Onlar bütün canlılara qarşı - uşaq bağçalarına, yaşayış binalarına və hətta təcili yardım maşınlarına qarşı mübarizə aparırlar. Onlar hər hansı hərbi infrastrukturun heç vaxt olmadığı bütün şəhər ərazilərinə qarşı artilleriyadan, raketlərdən istifadə edirlər.
İndi gedən müharibədə siz bizimlə eyni tərəfdə deyilsiniz. Sizin ərazinizdən Rusiya qoşunları Ukraynaya raket zərbələri endirir. Bizim övladlarımız sizin ərazinizdən öldürülür, evlərimiz dağıdılır, onilliklər ərzində tikilmiş hər şeyi - yeri gəlmişkən, təkcə bizim deyil, həm də atalarımız, babalarımız tərəfindən tikilmiş hər şeyi uçurmağa çalışırlar.
Bütün bunlar həm də belaruslular üçün faktiki referendumdur. Kim olduğuna siz qərar verin. Kim olacağına siz qərar verin. Övladlarınızın gözünə necə baxacaqsınız, bir-birinizin, qonşularınızın gözünə necə baxacaqsınız. Biz sizin qonşularınızıq. Biz ukraynalılar. Rusiya deyil, Belarus olun! Siz indi bu seçimi edirsiniz. Məhz bu gün.
Dörd gün əvvəl Belarus ərazisindən qanadlı raketlər, təyyarələr, helikopterlər və avadanlıqlar atılıb. Evimizi vurdular, həyatımızı vurdular. Ağır texnika gəldi və bu dəhşətli dejavudur.
Bilirsiniz, səhər saat 4-də Kiyevə hücum olub. Kiminsə 1941-ci ildəki kimi yumor hissi qalmış ola bilər. Siz isə yatırdınız, belaruslu qardaşlar. Biz isə oyaq idik. Amma hələ də yatırsınız. Biz bundan sonra da yatmayacağıq. Çünki biz mübarizə aparırıq. Vətənimiz üçün mübarizə aparırıq. Biz azadlığımız üçün mübarizə aparırıq. Çünki bizim buna tam haqqımız var".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1153 Tarix: 27 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAntalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir
10.11.2026 194 İlham Əliyevin və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrı
10.11.2026 209 Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı
Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb
10.11.2026 181 İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb
İspaniyanın Asturiya muxtar bölgəsinin Ovyedo şəhərində baş verən partlayış nəticəsində azı bir polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb. Bu barədə EFE agentliyi məlumat yayıb. Məlumata görə, yaşayış evlərindən birində atəş açılması barədə məlumat daxil olduqdan sonra polis əməkdaşları hadis
10.11.2026 200 Yaşadığı evdən meyiti tapıldı
Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd
10.11.2026 155 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb
Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb. -ın məlumatına görə, Yeni Gəncə qəsəbəsində yerləşən yaşayış binalarının birinin 5-ci mərtəbəsindən yıxılan 2011-ci il təvəllüdlü Ömər Rzayev ağır halda xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir. Hadisənin təfərrüat
10.11.2026 226 Körfəz ölkələri Küveytdə vahid hərbi komandanlığın qərargahını yaradır
Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə Küveytdə vahid hərbi komandanlığın qabaqcıl qərargahının yaradılmasını və orada müvafiq qüvvələrin yerləşdirilməsini təsdiqləyib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar bu gün Bəhreyndə keçirilən KƏŞ-in Birg
10.11.2026 215 Bolqarıstanda zəncirvari qəzada ölənlərin sayı artdı, ölkədə matəm elan olundu
Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb. vesti.bg-yə istinadən xəbər verir ki, qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan ediləcək. Qəza səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığındak
10.11.2026 200 Sabiq məmur doğum günündə vəfat etdi
Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir
10.11.2026 281