Ukraynada öldürülən azərbaycanlılarla bağlı RƏSMİ AÇIQLAMA

Ukraynada öldürülən azərbaycanlılarla bağlı RƏSMİ AÇIQLAMAUkrayna ərazisində davam edən hərbi qarşıdurma səbəbindən Odessa vilayətindən Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan azərbaycanlıların 8 avtomobildən ibarət kolonu 27 fevral 2022-ci il tarixində təxminən 2:00 radələrində tanınmamış "Dnestryanı Respublikası" yaxınlığında Kuçurqan adlanan keçid məntəqəsində naməlum şəxslər tərəfindən odlu silahlardan atəşə tutulub.

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikasının Ukraynadakı səfirliyindən məlumat verilib.

Atəş nəticəsində Azərbaycan Respublikası vətəndaşları olan 1976-cı il təvəllüdlü İsmayılov Neymət, 1966-cı il təvəllüdlü İsmayılov Rəhim və 1995-ci il təvəllüdlü İsmayılov Qabil həlak olublar.

Həlak olanların qohumlarından əldə edilən məlumata əsasən daha dörd nəfər Azərbaycan Respublikası vətəndaşı yaralanıb. Hadisə yerinə Ukrayna polisi gəlib, cəsədlər morqa, yaralı vətəndaşlar isə xəstəxanaya aparılıb. Yaralananların vəziyyətinin yaxşı olduğu bildirilir.

Həmçinin 27 fevral 2022-ci il tarixində səhər 9:00 radələrində Xarkov şəhərinin mərkəzində sakitçilik şəraitində küçəyə su almaq üçün çıxmış Azərbaycan Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Qoşqar Məmmədov naməlum istiqamətdən gülləyə tuş gələrək, qətlə yetirilib.

Mövcud vəziyyətlə bağl, imkan yaranan ilk fürsətdə mərhumların nəşlərinin Azərbaycana göndərilməsi planlaşdırılır.

Qeyd edilib ki, Ukraynanın müxtəlif ərazilərində təhlükəsizlik vəziyyətinin gərgin olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ukraynadakı səfirliyi tərəfindən öncədən də bildirildiyi kimi, bütün vətəndaşlarımızdan yaşadıqları yerlərdə qalmağı, komendant saatı tələblərinə riayət etməyi, hərbi obyektlərdən və aktiv əməliyyatların getdiyi yerlərdən uzaq durmağı, çox ciddi ehtiyac yaranmadıqca olduqları yeri tərk etməməyi, həmçinin vəziyyətlə bağlı Ukrayna dövlət qurumlarının məlumatlarının, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və səfirliyin internet səhifələrinin izlənməsini xahiş edirik.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1861   Tarix: 27 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Binədə güclü YANĞIN - VİDEO

Bakı şəhərinin Xəzər rayonunda yanğın baş verib. -ın məlumatına görə, yanğın Binə qəsəbəsində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a bildirilib ki, ərazidə nəzarət altında qurumuş kol-kos yandırılıb

03.09.2026 173
.

İtaliyada femisidə ömürlük həbs: Azərbaycanda qadın qətlləri üçün qanun sərtləşdirilməlidirmi? - VƏKİLDƏN AÇIQLAMA

Son illərdə qadınlara qarşı zorakılıq və xüsusilə gender motivli qadın qətllərinin - femisidlərin ayrıca hüquqi kateqoriyaya salınması məsələsi bir sıra ölkələrdə ciddi şəkildə gündəmə gəlib. İtaliya bu istiqamətdə ən sərt addımlardan birini ataraq 2025-ci ilin noyabrında femisidi ayrıca cinayət kim

03.09.2026 424
.

Qaçırdığı qızla günlərlə maşında gecələdilər - Həbs edilən var

Bakının Sabunçu rayonunda maraqlı hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, Maştağa qəsəbəsinin Tavaylıq adlanan hissəsində "Khazar" markalı minik avtomobili bir neçə digər maşını əzib. Hadisəni törədən 23 yaşlı Rüstəm Həbibov (ad-soyad şərtidir) polis əməkdaşları tərəfində

03.09.2026 383
.

Rusiya ordusu 4 yaşayış məntəqəsini ələ keçirdiyini açıqladı

Rusiya ordusu Ukraynanın Donetsk və Xarkov vilayətlərində 4 yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini iddia edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Donetsk vilayətinin İjevka, Xarkov vilayətinin isə Vasilevka, Doljanka və Blaqovatnoye yaşayış məntəqələr

03.09.2026 144
.

Qusarda təcili yardım maşını qəzaya düşdü - Fotolar

Qusarda təcili tibbi yardım avtomobili qəzaya düşüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Sərdar Səfərov və Mübariz İbrahimov küçələrinin kəsişməsində baş verib. Belə ki, təcili tibbi yardım avtomobili ilə yük avtomobili toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, təcili tibbi yardı

03.09.2026 166
.

Sumqayıt Şəhər Xəstəxanasında gərgin anlar - Video

1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası səhər saatlarında gərgin anlar yaşanıb. -a bu barədə məlumat verən pasiyentlər bildirib ki, xəstəxanaya müraciət edənlərin çoxluğu izdihama səbəb olub. Şikayətçi bildirib ki, xəstəxanada hər gün demək olar ki, belə izdiham yaşanır və bu da gərginliyə səbəb olur. Sözügedə

03.09.2026 183
.

Ağrı dağında sirli anomaliyalar: Nuhun gəmisi ilə bağlı yeni iddia

Nuhun gəmisinin axtarışı zamanı Türkiyənin Ağrı dağının zirvəsi yaxınlığında yerləşən Durupınar qaya formasiyasında müxtəlif anomaliyalar aşkar edilib. xəbər verir ki, bu barədə TASS "Milliyet" qəzetinə istinadən məlumat yayıb. Tədqiqatçılar Durupınar formasiyasında yeraltı boşluqlar və digə

03.09.2026 216
.

210 milyon illik yeni dinozavr növü kəşf edildi

Beynəlxalq tədqiqat qrupu Zimbabvedəki Kariba gölü sahillərində təxminən 210 milyon il əvvəl yaşamış yeni dinozavr növünün qalıqlarının aşkar edib. Alimlərin fikrincə, Afrika qitəsində hələ kəşf edilməmiş çoxlu sayda qalıq var və bu tapıntı "aysberqin yalnız ucu"dur. "Qafqazinfo"

03.09.2026 116
.

Netanyahu: "Biz İran hakimiyyətini mütləq devirəcəyik!"

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin İran hakimiyyətini devirmək üzərində işlədiyini bəyan edib. Bizim.Media xəbər verir ki, bu barədə İsrail mətbuatı yazıb. Netanyahu bildirib ki, bu rejim mütləq çökəcək:. "Biz onu devirəcəyik. Mənim rəhbərliyim altında bütün sistemlərimiz onun devrilməs

03.09.2026 125
.