Zərərə işləyən "Azərpoçt" bu vəziyyətdən necə çıxa bilər? - ARAŞDIRMA

Zərərə işləyən "Azərpoçt" bu vəziyyətdən necə çıxa bilər? - ARAŞDIRMA"Azərpoçt"dan deyirlər ki, beynəlxalq poçt mübadiləsi üzrə itirilmiş imkanların bərpa edilməsi, əlavə biznes istiqamətləri qurumun cari ildə mənfəət əldə edəcəyini proqnozlaşdırmağa imkan verir. Ekspert isə çıxış yolunu qurumun özəlləşdirilməsində görür.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC 2020-ci ili 7 milyon 747 min manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2019-cu ildən 2 milyon 721 min manat xalis mənfəətlə çıxmışdı. Yəni şirkətin yığılmış zərəri 54,6 faiz artaraq 21 milyon 935 min manata çatıb.

"Azərpoçt" MMC-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Afaq İbrahimovanın məlumatına görə, pandemiya bu quruma da öz mənfi təsirini göstərib:

"2020-ci ildə koronavirus pandemiyası səbəbindən bir çox sahələr iqtisadi zərərlə üzləşib. Pandemiya "Azərpoçt" MMC-dən də yan keçməyib. Beynəlxalq poçt mübadiləsinin azalması, gəlirlərin aşağı düşməsi, daşımaların alternativ yollarla həyata keçirilməsi xərclərin kəskin artması ilə nəticələnib. Universal poçt xidmətləri üzrə tariflərin maya dəyərindən aşağı olması da zərərin formalaşmasına təsir göstərən amillərdəndir. Bu faktorlar özünü maliyyə göstəricilərinin pisləşməsində göstərib".

İqtisadçı Xalid Kərimlideyir ki, "Azərpoçt"un 2020-ci ildə zərərə uğramasının səbəblərindən biri gəlirlərin kəskin aşağı düşməsidir:

"Əgər 2019-cu ildə 45 milyon 156 min ümumi gəlir var idisə, 2020-ci ildə bu rəqəm 41 milyon 146 min manat olub. Yəni 2019-cu illə müqayisədə "Azərpoçt"un gəliri 4 milyon 10 min manat azalıb. Gəlirlərin aşağı düşməsinin səbəblərindən biri pandemiya dövründə iqtisadi aktivliyin aşağı olması, "Azərpoçt"la olan göndərişlərin azalmasıdır. Poçt xidmətləri üzrə əldə olunan gəlir 21 milyon 774 mindən 18 milyon 343 min manata düşüb. Poçt xidmətlərinin daşınmasından gələn gəlir, təqribən 3,4 milyon azalıb. Ümumi gəlirin əsas hissəsi, yəni 4 milyonun 3,4 milyonu daşınmadan gələn gəlirlərin azalmasının nəticəsidir".

İqtisadçı bildirir ki, xərclərin artması da zərərin böyüməsinə gətirib çıxarıb:

"Həmçinin "Azərpoçt"un xərcləri də artıb. Əsas artım əməliyyat və ümumi inzibati xərclərdədir. Əməliyyat xərclərində əsas artım iki sahədədir. Birincisi, daşınma və çatdırılma xərcləri əhəmiyyətli surətdə artıb. Əgər 2019-cu ildə daha yüksək gəlirlə çox daşıyıb, az ödəyiblərsə, 2020-də əksinə olub. 2019-cu ildə poçt daşımalarına 2,6 milyon manat xərclənmişdisə, 2020-də 6,3 milyon sərf olunub. İkincisi, əməliyyat xərclərinin içərisində işçi heyəti ilə bağlı xərclər 2019-cu ildə 14 milyon 62 min manat olubsa, 2020-də 15 milyon 417 min manata yüksəlib. Təqribən 1,4 milyon artım müşahidə olunub".

X.Kərimlinin sözlərinə görə, əməliyyat xərclərindən əlavə, ümumi inzibati xərclərdə də artım müşahidə olunub:

"Ümumi inzibati xərclərdə, təqribən 2,6 milyon artım var. Artımın əsas səbəbi işçi heyəti ilə bağlı xərclərdir. İşçi heyəti ilə bağlı xərclər 2019-cu ildə 9 milyon 486 min manat idisə, 2020-də 12 milyon 36 min manat olub. İşçi xərclərinin artmasının 2 səbəbi ola bilər: ya işçilərin məvacibi, ya da sayı artıb".

X.Kərimli deyir ki, "Azərpoçt" özəl şirkətin tərkibinə keçirilsə, problemlər həllini tapar:

"Azərpoçt"un problemləri idarəetmədə inkişaf strategiyasının olmaması, dövlət sektorunda ilişib qalması ilə bağlıdır. Dünyada "Azərpoçt"dan yüz, min dəfə böyük şirkətlər özəl sektorda fəaliyyət göstərir. "Azərpoçt" da özəlləşdirilsə, yerində effektiv, bazar şərtlərinə uyğun, inkişaf strategiyası olan, müasir dəyişikliklərə cavab verən şirkət qurula bilər. Beləliklə, qiymətlər liberallaşacaq, poçt xidmətlərinin qiymətini bazar, əməliyyat xərclərinin tərkibini peşəkar menecerlər müəyyənləşdirəcək".

Afaq İbrahimova deyir ki, 2021-ci ildə vəziyyət yaxşılığa doğru nisbətən dəyişib:

"İtirilmiş bazar və beynəlxalq poçtdaşımalarının həcminin bərpa edilməsi zərərin 2 dəfədən çox azalmasına səbəb olub. "Azərpoçt" MMC pandemiyanın təsirlərinin aradan qaldırılması məqsədilə 2021-ci ildə yeni xidmət sektorları istifadəyə verib. "Sədərək" Ticarət Mərkəzindən alınan məhsulların Bakı və bölgələr üzrə sürətli çatdırılmasını təmin edən "Logistika" xidməti yaradılıb. Qısa müddət ərzində bu xidmətdən istifadə edənlərin sayı xeyli artıb. 2022-ci ildə sahibkarların məhsullarını bütün ölkə üzrə "Azərpoçt" məntəqələri vasitəsilə vətəndaşlara təqdim etməsinə imkan verən "Retail" xidməti istifadəyə verilib. Hər iki xidmət ölkədə kiçik və orta sahibkarlığa dəstək verməklə yanaşı, qurumun gəlirlərinin artırılmasına hədəflənib".

Afaq İbrahimovanın verdiyi məlumata görə, qurum bu il zərərdən çıxacağını proqnozlaşdırır:

"Azərpoçt"da əməkhaqqı fondu artırılsa da, optimizasiya tədbirlərinin görülməsi, beynəlxalq poçt mübadiləsi üzrə itirilmiş imkanların bərpa edilməsi, əlavə biznes istiqamətləri qurumun cari ildə mənfəət əldə edəcəyini proqnozlaşdırmağa imkan verir. Xərclərə nəzarət mexanizmlərinin tətbiqi cari ildə bir sıra xərclərin ötən illərə nisbətən aşağı salınmasına səbəb olacaq. Bu da mənfəətin formalaşmasına təsir göstərəcək. "Azərpoçt" MMC bir sıra yeni əməkdaşlıqların qurulmasını da planlaşdırır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1018   Tarix: 27 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevin və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrı

10.11.2026 209
.

Rusiya 4 nəhəng şirkəti cərimələdi - SƏBƏB

Rusiyada "Apple", "Google", "Telegram" və "Wikipedia"a 26,3 milyon rubl cərimə kəsilib. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi şirkət və təşkilatlara qarşı açılan işlər üzrə qərar qəbul edib. Məhkəməni

10.11.2026 192
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 151
.

İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb

İspaniyanın Asturiya muxtar bölgəsinin Ovyedo şəhərində baş verən partlayış nəticəsində azı bir polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb. Bu barədə EFE agentliyi məlumat yayıb. Məlumata görə, yaşayış evlərindən birində atəş açılması barədə məlumat daxil olduqdan sonra polis əməkdaşları hadis

10.11.2026 200
.

İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi

İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş

10.11.2026 162
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 162
.

Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb

Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb. -ın məlumatına görə, Yeni Gəncə qəsəbəsində yerləşən yaşayış binalarının birinin 5-ci mərtəbəsindən yıxılan 2011-ci il təvəllüdlü Ömər Rzayev ağır halda xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir. Hadisənin təfərrüat

10.11.2026 226
.

Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb

Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir

10.11.2026 194
.

Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər

Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün tətbiq olunan vergi güzəştləri mərhələli şəkildə azaldılır. Yeni yanaşmaya əsasən, 2027-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin gəlir və mənfəə

10.11.2026 190
.