"Putin hiddətlənib, müharibəni uduzur..."

"Putin hiddətlənib, müharibəni uduzur..."Rusiya Dumasının sabiq deputatı İlya Ponomarev bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsinin tam iflasa uğraması Kreml rəhbərliyini əsl şoka salıb. Ponomarev Facebook səhifəsində qeyd edib ki, əldə olunan məlumata görə, bu gecə Kremlin rəhbəri Vladimir Putin Uralda olarkən görüş keçirib. Rusiya komandanlığı Ukraynanın işğalını 4 gün ərzində həyata keçirməyi planlaşdırırdı. Ancaq ordunun səyləri uğursuz olub.

Döyüş əməliyyatlarının real mənzərəsi Ukraynanı tez bir zamanda ələ keçirməyi planlaşdıran Putini qəzəbləndirib. Fevralın 26-na olan məlumata görə, rusların silah və qanadlı raket ehtiyatları tükənir, yeni tədarüklər ancaq bir neçə aydan sonra mümkün olacaq, çünki Rusiyadakı hərbi zavodları belə həcmlərlə ayaqlaşa bilmir.

Üstəlik, Rusiyanın hərbi kampaniyaya xərcləri gündə təxminən 20 milyard dollar təşkil edir. Bu da ölkənin büdcəsi üçün ağır yükdür.

Rusiyalı siyasətçinin sözlərinə görə, Ukrayna ordusu və mülki əhalinin şiddətli müqaviməti Rusiya komandanlığını şoka salıb.

"Müharibə xərcləri gündə təxminən 20 milyard dollar təşkil edir. Putin hiddətlənir. Əmin idilər ki, bu müharibə asan bir gəzinti olacaq. Amma indi raketləri azdır. Uzaqbaşı 3-4 günə çatacaq. Onlar ekonomiya olunur. Silah yoxdur. Tula zavodu və Rotenberqin digər 2 zavodu silah sifarişlərini yerinə yetirə bilmir. Silahlar tükənir. Növbəti silah partisyası 3-4 aya hazır olacaq. Bundan əlavə xammal da yoxdur. Yəni, ola bilsin, bundan da çox çəkəcək", - sabiq deputat qeyd edib./virtual


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2502   Tarix: 27 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlham Əliyevin və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrı

10.11.2026 209
.

Rusiya 4 nəhəng şirkəti cərimələdi - SƏBƏB

Rusiyada "Apple", "Google", "Telegram" və "Wikipedia"a 26,3 milyon rubl cərimə kəsilib. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi şirkət və təşkilatlara qarşı açılan işlər üzrə qərar qəbul edib. Məhkəməni

10.11.2026 192
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 151
.

İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb

İspaniyanın Asturiya muxtar bölgəsinin Ovyedo şəhərində baş verən partlayış nəticəsində azı bir polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb. Bu barədə EFE agentliyi məlumat yayıb. Məlumata görə, yaşayış evlərindən birində atəş açılması barədə məlumat daxil olduqdan sonra polis əməkdaşları hadis

10.11.2026 200
.

İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi

İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş

10.11.2026 162
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 162
.

Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb

Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb. -ın məlumatına görə, Yeni Gəncə qəsəbəsində yerləşən yaşayış binalarının birinin 5-ci mərtəbəsindən yıxılan 2011-ci il təvəllüdlü Ömər Rzayev ağır halda xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir. Hadisənin təfərrüat

10.11.2026 226
.

Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb

Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir

10.11.2026 194
.

Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər

Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün tətbiq olunan vergi güzəştləri mərhələli şəkildə azaldılır. Yeni yanaşmaya əsasən, 2027-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin gəlir və mənfəə

10.11.2026 190
.