SON XƏBƏR! Rusiya daha iki ölkəni HƏDƏLƏDİ: Hərbi müdaxilə etməyə MƏCBURUQ
Rusiyanın Ukraynaya müdaxiləsi bütün Avropa təhlükəsizlik arxitekturasına təhlükəsi yaratdığı vaxt Moskvanın aktiv hərbi qüvvələrinin bir çox NATO ölkəsinin sərhədlərinə çatması başqa bir narahatlıq yaradır. NATO öz üzvlərini qorumaq üçün tədbirləri sərtləşdirdikcə, hərbi baxımdan neytral olan İsveç və Finlandiya da öz təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçib.
BiG.AZ teleqraf.com-a istinadən xəbər verir ki, qonşuları İsveç və Finlandiyanın NATO ilə yaxın münasibətləri açıq şəkildə Rusiyanın etirazına səbəb olub.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verdiyi açıqlamada hər iki ölkəni hədələyib:
"Finlandiya və İsveçin NATO-ya üzvlüyünün ciddi hərbi-siyasi nəticələri olacaq və ölkəmizin cavab addımları atmasını tələb edəcək".
Rusiya təhlükəsi Ukrayna böhranından əvvəl də bu iki ölkədə aşkar formada hiss olunurdu.
Hər iki ölkə "soyuq müharibə" dövründə nə NATO-da, nə də Varşava Müqaviləsində iştirak etmişdi. İsveç 1814-cü ildə bitərəfliyini elan etməklə dünyada yeni zəmin yaratdı. 1917-ci ildə Rusiyadan müstəqilliyini qazanan Finlandiya da 1956-cı ildən bitərəfdir. Buna baxmayaraq, həm İsveçdə, həm də Finlandiyada NATO-ya üzvlüklə bağlı müzakirələr vaxtaşırı qızışır. Rusiyanın son addımları bu məsələni bir daha gündəmə gətirib.
Rusiyanın hücumu ilə Avropa tarixində yeni qara səhifənin açıldığını deyən İsveç Baş naziri Maqdalena Andersson bildirib: "Belə bir durumda İsveçin təhlükəsizlik siyasətindəki xəttinin dəyişməməsi çox vacibdir".
İsveçin uzun müddətdir ittifaqlardan kənarda qaldığını xatırladan Andersson bunun ölkəsinin maraqlarına xidmət etdiyini bildirib. Hazırkı siyasətini davam etdirmək siqnalını verən Finlandiya İsveçdən fərqli olaraq NATO-ya üzvlükdə israrlı görünür. Finlandiya Baş naziri Sanna Marin bu haqda deyib: "Finlandiyanın təhlükəsizliyi tələb edəcəyi təqdirdə üzvlük üçün müraciət etmək hüququ var".
NATO isə bildirib ki, qərarı məhz bu iki ölkə verməlidir. Finlandiya və İsveçlə sıx əməkdaşlığı dəyərləndirən NATO baş katibi Yens Stoltenberq məsələnin öz gələcək müqəddəratını təyinetmə və suverenlik hüququ çərçivəsində olduğunu düşünür.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 78477 Tarix: 27 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyevin və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrı
10.11.2026 209 Rusiya 4 nəhəng şirkəti cərimələdi - SƏBƏB
Rusiyada "Apple", "Google", "Telegram" və "Wikipedia"a 26,3 milyon rubl cərimə kəsilib. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi şirkət və təşkilatlara qarşı açılan işlər üzrə qərar qəbul edib. Məhkəməni
10.11.2026 192 Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?
Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa
10.11.2026 151 İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb
İspaniyanın Asturiya muxtar bölgəsinin Ovyedo şəhərində baş verən partlayış nəticəsində azı bir polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb. Bu barədə EFE agentliyi məlumat yayıb. Məlumata görə, yaşayış evlərindən birində atəş açılması barədə məlumat daxil olduqdan sonra polis əməkdaşları hadis
10.11.2026 200 İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi
İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş
10.11.2026 162 İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"
10.11.2026 162 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb
Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb. -ın məlumatına görə, Yeni Gəncə qəsəbəsində yerləşən yaşayış binalarının birinin 5-ci mərtəbəsindən yıxılan 2011-ci il təvəllüdlü Ömər Rzayev ağır halda xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir. Hadisənin təfərrüat
10.11.2026 226 Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir
10.11.2026 194 Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər
Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün tətbiq olunan vergi güzəştləri mərhələli şəkildə azaldılır. Yeni yanaşmaya əsasən, 2027-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin gəlir və mənfəə
10.11.2026 190