Azərbaycan COVID-19 pandemiyası ilə bağlı təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir
COVID-19 bütün dünyanı başına alan qlobal problemdir. Ona görə pandemiya ilə mübarizədə bütün ölkələrin həmrəyliyinə nail olunmasının vacibliyi ilk gündən meydana çıxan çağırış idi. Bu çağırışı ilk dəyərləndirən isə möhtərəm Prezident İlham Əliyev oldu.
Pandemiya qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Məhz cənab İlham Əliyev koronavirusla mübarizədə beynəlxalq həmrəyliyin əldə olunması üçün təşəbbüslərlə çıxış etdi.
Bu günə qədər bu sahədə görülmüş işlərin davamı olaraq bu ilin fevral ayının 25-də BMT Baş Assambleyasının "Universal peyvəndlənmə üçün səylərin artırılması" mövzusunda tematik müzakirəsi keçirilmişdir. İclasda çıxış edən cənab Prezident İlham Əliyev COVİD-19 la mübarizədə Qoşulmama Hərəkatının uğurlu təşəbbüsləri, peyvəndlərin ədalətsiz bölgüsü, "peyvənd millətçiliyi" və Azərbaycanın qlobal humanitar missiyası kimi vacib mövzulara toxunmuşdur.
Cənab Prezident çıxışında BMT-nin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirərək bildirmişdir: "COVID-19 ilə qlobal mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının qarşısının alınması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundamental rolu var. Ümumdünya Səhiyyə Təşkilatının səyləri əvəzolunmazdır".
Qoşulmama Hərəkatının sədri kimi də Azərbaycan Prezidenti "peyvənd millətçiliyi", varlı və kasıb ölkələr arasında peyvəndlərə əlçatanlıqla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizəni daim gündəlikdə saxlayır. "Azərbaycan pandemiya, "peyvənd millətçiliyi" və peyvəndlərdən istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib. BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr bunun bariz nümunəsidir."
"Peyvənd millətçiliyi"nin aradan qaldırılması COVID-19 pandemiyasına qarşı mübarizədə Prezident İlham Əliyevin irəli sürdüyü olduqca mühüm və tarixi qlobal təşəbbüsdür. BMT Baş Assambleyasında qəbul olunan qətnamə isə beynəlxalq ictimaiyyətin cənab İlham Əliyevin bu təşəbbüsünü dəstəklədiyini göstərir. Onu da xatırladaq ki, Azərbaycan hökuməti koronavirusla mübarizədə qlobal həmrəyliyin təcəssümü kimi onlarca ölkəyə humanitar və maliyyə köməkliyi göstərib, Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımları ayırıb, bir neçə ölkəyə təmənnasız olaraq vaksin göndərib.
Azərbaycan dövləti COVID-19 infeksiyasının qarşısının alınması üçün əlindən gələni edir. Pandemiya rejiminə son qoyulması Prezident İlham Əliyevin fəaliyyətində ən prioritet məsələlərdən biridir. Cənab Prezidentin bu məsələ ilə bağlı fəaliyyətinə nəzər saldıqda görərik ki, dövlət başçısı koronavirusla mübarizədə ən vacib, ən zəruri bütün addımları atıb.
Aysel Mənsimova - politoloq
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 764 Tarix: 01 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYataq otağı həddindən artıq isti olmamalıdır: Yuxu üçün ən yaxşı temperatur
Yataq otağının həddindən artıq isti olması yuxuya getməyi çətinləşdirə, gecə ərzində tez-tez oyanmağa və istirahətin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Mütəxəssislər yaxşı yuxu üçün otaqda sərin mühitin yaradılmasını tövsiyə edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə stirileprotv.ro saytın
10.11.2026 233 İlham Əliyevin və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrı
10.11.2026 209 Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu
Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c
10.11.2026 216 84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi
ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna
10.11.2026 148 İrəvanda Göy məscidin tarixinə qarşı növbəti saxtakarlıq: İran prosesə niyə qoşuldu?
Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Qeyd olunur ki, İrəvana işgüzar səfər edən İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi mərasimdə iştirak edərək şairin adının əks olunduğu lövhənin açılışını edib. Növbəti mərhələd
10.11.2026 234 Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü
Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs
10.11.2026 304 50-dən çox avtomobilin toqquşduğu qəza
Bolqarıstanda sıx duman səbəbindən 50-dən çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında azı 10 nəfər ölüb, çox sayda insan xəsarət alıb. Bu barədə Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb. Məlumata görə, qəza Yambol şəhəri yaxınlığında, "Trakiya" avtomagistralında ba
10.11.2026 224 İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi
İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş
10.11.2026 162 Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?
Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa
10.11.2026 151