21 Azərbaycan vətəndaşı Ukraynadan Macarıstana daxil oldu

21 Azərbaycan vətəndaşı Ukraynadan Macarıstana daxil olduUkraynada yaranmış mövcud vəziyyətlə əlaqədar son iki gündə 21 Azərbaycan vətəndaşı Ukrayna ilə Macarıstan arasındakı sərhəd-keçid məntəqələri vasitəsilə Macarıstan ərazisinə daxil olub.

Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri İbrahim Səfərlinin verdiyi məlumata görə, həmvətənlərimiz sərhəd-keçid məntəqələrinin olduğu şəhərlərdən paytaxt Budapeştə aparılıb.

Onlar Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evində, bu şəhərdə yaşayan həmvətənlərimizin evlərində, eləcə də mehmanxanalarda yerləşdiriliblər. Diaspor təşkilatlarının nümayəndələri onlarla mütəmadi əlaqə saxlayaraq, ehtiyacları ilə maraqlanırlar.

Qeyd edək ki, sərhəd-keçid məntəqələrində Azərbaycan vətəndaşları üçün rüsumsuz 15 günlük viza rəsmiləşdirilib və onların yaxın günlərdə Azərbaycana gətirilməsi planlaşdırılır.

Dövlət Komitəsi Ukraynadan Polşa və Macarıstana keçə bilən azərbaycanlılara müraciət edərək bildirir ki, Azərbaycana təxliyə olunana qədər bu ölkələrdə fəaliyyət göstərən Azərbaycan evlərində qala bilərlər.

Polşadakı Azərbaycan Evinə +48 732 858 585, Macarıstandakı Azərbaycan Evinə +994 50 662 19 89 telefon nömrələri vasitəsilə müraciət etmək olar. Telefon nömrələri 24 saat aktivdir.

Müraciət edənlərin Ukrayna ilə həmsərhəd ölkələr vasitəsilə Azərbaycana gətirilməsi planlaşdırılır.

Azərbaycan hökumətinin tapşırığı ilə Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynada yaşayan soydaşlarımızın Bakıya təxliyəsi istiqamətində fəaliyyətini müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə davam etdirir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 832   Tarix: 01 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Estoniyada yeni prezident seçildi

Estoniya parlamentinin bu gün keçirilən növbədənkənar iclasında ədliyyə kansleri Yulle Madize ölkənin yeni prezidenti seçilib. TASS-a istinadən xəbər verir ki, 101 deputatdan 71-i onun lehinə səs verib. Qalib gəlmək üçün səslərin üçdəikisini toplamaq və ya minimum 68 parlament üzvünün dəstəyini qazanma

02.09.2026 130
.

Daşqına baxmayaraq su basan kilsədə evləndilər - Video

Filippində bir cütlük daşqınlardan sonra su basmış kilsədə toy edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "The Telegraph" yayıb. Məlumata görə, Leyan Leza Qalanq və Gilbert Çiko cütlüyü Manilanın şimalında yerləşən katolik kilsələrdən birində toy təşkil etmək qərarına gəlib

02.09.2026 125
.

"İşçi qüvvəsinin ixracı" məşğulluq probleminin həllidir, yoxsa problemin ölkədən çıxarılması?

Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında Azərbaycan vətəndaşlarına Türkiyədə yaşlı və xəstə insanlara baxıcı, Sloveniyada isə fəhlə və digər işlər təklif olunur. Bu istiqamətdə həyata keçirilən layihənin "Azərbaycandan işçi qüvvəsinin ixracı" adlandırılması isə xüsusilə diqqət çəkir. Əlbəttə

02.09.2026 252
.

Hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı - Sərəncam

Vətəndaşların 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması həyata keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən 2008-c

02.09.2026 232
.

Sentyabrın 5-dən 21-dək Perseid meteor yağışı olacaq

Sentyabrın 5-21-də Perseid meteor yağışı aktiv olacaq. Meteor yağışı maksimum aktivliyinə sentyabrın 9-da çatacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən məlumata görə, sentyabr Perseid meteorları çox sürətlidir. Onların atmosferə daxilolma sürəti təxminə

02.09.2026 127
.

ABŞ İranda Larak adasına zərbə endirdi - Səbəbi açıqlandı

ABŞ İranın Hörmüz boğazını minalamasının qarşısını almaq məqsədilə Larak adasına zərbə endirib. xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Komandanlığın açıqlamasında bildirilib ki, "ABŞ qüvvələri Hörmüz boğazında qaçılmaz təhlükə yaradan İran İslam İnqilabı Keşikçilər

02.09.2026 162
.

Kolumbiya ordusunun xüsusi əməliyyatı: Onlarla silahlı qruplaşma üzvü öldürüldü

Kolumbiya ordusu ləğv edilmiş "Kolumbiya İnqilabçı Silahlı Qüvvələri" (FARC) təşkilatının keçmiş üzvləri tərəfindən yaradılan silahlı qruplaşmalardan birinin düşərgəsinə aviazərbələr endirib. xəbər verir ki, bu barədə ölkə Prezidenti Abelardo de la Esprielya sosial şəbəkə hesabında məluma

02.09.2026 142
.

Saxta Wi-Fi şəbəkələri: Telefonunuz təhlükə ilə üz-üzə qala bilər

"Parkda, kafedə və ya ticarət mərkəzində təklif olunan pulsuz Wi-Fi istifadəçilər üçün rahatlıq yaratsa da, təhlükəsizlik baxımından ev və ya ofis şəbəkəsi qədər etibarlı hesab edilmir. Bunun əsas səbəbi bu şəbəkələrin açıq mühitdə fəaliyyət göstərməsidir. Eyni anda onlarla, bəzən isə yüzlərlə insanı

02.09.2026 210
.

Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin mətnini təqdim edir:

02.09.2026 171
.