Rusiya-Ukrayna müharibəsində dünyasını dəyişən azərbaycanlılar - FOTO/SİYAHI

Rusiya-Ukrayna müharibəsində dünyasını dəyişən azərbaycanlılar - FOTO/SİYAHIRusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində bu günə qədər baş verən silahlı qarşıdurmalarda 8 soydaşımız dünyasını dəyişib. Həlak olan azərbaycanlılar Ukraynanın müxtəlif şəhərlərində qurbanlara çevriliblər.

BAKU.WS Rusiya-Ukrayna müharibəsində vəfat edən azərbaycanlıların siyahısını təqdim edir:

1. Sabina Fərzəliyeva

2. Natalya Fərzəliyeva

3. Zaur Fərzəliyev

Hər üç şəxs azərbaycanlı ailənin üzvü olublar. Əslən Cəbrayıl rayonunun Balyand kəndindən olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və iki övladı rus ordusunun Xerson şəhərinə endirilən aviazərbələri nəticəsində dünyasını dəyişib. Qoşqarın qızı Sabina və oğlu Zaur hadisədən əvvəl şəhərin yaxınlığında olublar. Natalya Fərzəliyeva övladlarını götürmək üçün maşınla ora yollanıb. Bir qədər yol getdikdən sonra onların olduğu avtomobil aviazərbəyə məruz qalıb. Hadisə zamanı Qoşqar Fərzəliyevin həyat yoldaşı Natalya Fərzəliyeva və övladları həlak olub. Q.Fərzəliyev həmin vaxt orada olmayıb.

Rusiya-Ukrayna müharibəsində dünyasını dəyişən azərbaycanlılar - FOTO/SİYAHI4. Qoşqar Məmmədov

Rus-Ukrayna müharibəsində vəfat edən digər soydaşımız isə Qoşqar Məmmədovdur. O, küçədə rus hərbçiləri tərəfindən güllələnərək öldürülüb. Qoşqar Xarkova qonaq gedibmiş. Mağazadan ərzaq almaq üçün küçəyə çıxan yerlimiz mülki şəxs olmasına baxmayaraq, atəşə məruz qalıb. Azərbaycanlı gənc aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib. Qoşqar Məmmədov Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğludur.

Rusiya-Ukrayna müharibəsində dünyasını dəyişən azərbaycanlılar - FOTO/SİYAHI5. Nemət İsmayılov

6. Rəhim İsmayılov

7. Qalib İsmayılov

Soydaşlarımız Nemət İsmayılov, Rəhim İsmayılov və Qalib İsmayılov Odessa şəhərindən Moldovaya keçid etmək istəyən zaman naməlum hərbçilərin hücumuna məruz qalıblar. Nəticədə İsmayılov Rəhim Əli oğlu, onun qardaşı Nemət İsmayılov və Qalib İsmayılov dünyasını dəyişiblər.

Rusiya-Ukrayna müharibəsində dünyasını dəyişən azərbaycanlılar - FOTO/SİYAHI8. Camal Salmanov

Odessadan Moldovaya gedərkən atışma zamanı azərbaycanlılar rusiyalı diversantların hücumuna məruz qalıblar. Onlar arasında soydaşımız Camal Salmanov da olub. Rusiyalı diversantlar onun olduğu avtomobilə atəş açıblar. Ağır yaralanan həmyerlimiz aparıldığı xəstəxanada dünyasını dəyişib.

Rusiya-Ukrayna müharibəsində dünyasını dəyişən azərbaycanlılar - FOTO/SİYAHIQeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın şəhərlərinə raketlərlə və qırıcı təyyarələrlə hücumu davam edir. Ukrayna xalqının demək olar ki, böyük hissəsi ölkəni tərk edib, orada qalan vətəndaşlar isə qarajlara, yeraltı parkinqlərə, zirzəmilərə sığınıb. Bəziləri isə rusların atdığı raket zərbəsindən ya da silahlı hücumlarından güllə yarası alaraq vəfat edib. Əfsuslar olsun ki, onlar arasında azərbaycanlılar da var.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3652   Tarix: 01 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Yataq otağı həddindən artıq isti olmamalıdır: Yuxu üçün ən yaxşı temperatur

Yataq otağının həddindən artıq isti olması yuxuya getməyi çətinləşdirə, gecə ərzində tez-tez oyanmağa və istirahətin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Mütəxəssislər yaxşı yuxu üçün otaqda sərin mühitin yaradılmasını tövsiyə edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə stirileprotv.ro saytın

10.11.2026 233
.

İlham Əliyevin və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrı

10.11.2026 209
.

Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu

Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c

10.11.2026 216
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 148
.

İrəvanda Göy məscidin tarixinə qarşı növbəti saxtakarlıq: İran prosesə niyə qoşuldu?

Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Qeyd olunur ki, İrəvana işgüzar səfər edən İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi mərasimdə iştirak edərək şairin adının əks olunduğu lövhənin açılışını edib. Növbəti mərhələd

10.11.2026 234
.

Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü

Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs

10.11.2026 304
.

50-dən çox avtomobilin toqquşduğu qəza

Bolqarıstanda sıx duman səbəbindən 50-dən çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında azı 10 nəfər ölüb, çox sayda insan xəsarət alıb. Bu barədə Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb. Məlumata görə, qəza Yambol şəhəri yaxınlığında, "Trakiya" avtomagistralında ba

10.11.2026 224
.

İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi

İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş

10.11.2026 162
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 151
.