Ukraynada əsir götürülən Əzizin qardaşı: "O, tələbədir, necə Rusiya tərəfdən döyüşə bilər?" - VİDEO
Dünən Ukraynada azərbaycanlı gənc Əziz Haqverdiyev əsir götürülüb.
Əsir götürülən şəxs haqqında bir sıra iddialar səsləndirilib. Belə ki, onun Rusiya ordusuna qatılaraq Ukrayna əleyhinə vuruşduğu və ya evlərini tərk edən ukraynalıların evlərindən oğurluq etdiyi deyilir.
Əzizin qardaşı Elçin Haqverdiyev səsləndirilən iddialarla bağlı azxəbər.com-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Əzizdən yeni bir xəbər var?
- Hələlik heç bir yenilik yoxdur.
- Rusiya ordusunda Ukraynaya qarşı döyüşdüyü deyilir.
- Bu necə ola bilər axı? Əziz tələbədir, o Ukraynada, FHN akademiyasında təhsil alır. 10 gün içərisində necə Rusiya tərəfə keçə bilər? Neçə ildir Ukraynada tələbə olan Əziz necə belə addım ata bilər? Son dəfə fevralın 21-i anamla danışıb və ona pul göndərmişik.
- Boş evlərdən oğurluq etməsi iddiaları ilə bağlı nə deyə bilərsiniz?
- Boş evdən nə oğurlaya bilər ki? Uzağı çörək götürə bilər. Camaat acından ölür orada. Hamı zirzəmiyə yerləşdirilib. Kart sistemi, bankomat işləmir. Bu zaman çörəyi haradansa götürməlisən. Düzü heç ona da inanmıram.
- Əzizin Rusiyaya münasibəti necədir?
- Əziz namazqılan, tərbiyəli, mədəni oğlandır. O, niyə Rusiya tərəfdən döyüşməlidir? Bu variantı mən heç cür qəbul edə bilmirəm.
- Bəs Azərbaycana gətirilməsi ilə bağlı hansı işlər görülür?
- Xarici İşlər Nazirliyinə ərizə ilə müraciət etmişik. Hazırda Qızıl Aypara Cəmiyyətindəyik. Başqa əlimizdən heç nə gəlmir.
Qeyd edək ki, Əziz adlı şəxs əsir düşərkən ev ünvanını açıqlayıb və anasından onu bağışlamasını istəyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2763 Tarix: 01 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEstoniyada yeni prezident seçildi
Estoniya parlamentinin bu gün keçirilən növbədənkənar iclasında ədliyyə kansleri Yulle Madize ölkənin yeni prezidenti seçilib. TASS-a istinadən xəbər verir ki, 101 deputatdan 71-i onun lehinə səs verib. Qalib gəlmək üçün səslərin üçdəikisini toplamaq və ya minimum 68 parlament üzvünün dəstəyini qazanma
02.09.2026 130 Daşqına baxmayaraq su basan kilsədə evləndilər - Video
Filippində bir cütlük daşqınlardan sonra su basmış kilsədə toy edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "The Telegraph" yayıb. Məlumata görə, Leyan Leza Qalanq və Gilbert Çiko cütlüyü Manilanın şimalında yerləşən katolik kilsələrdən birində toy təşkil etmək qərarına gəlib
02.09.2026 125 "İşçi qüvvəsinin ixracı" məşğulluq probleminin həllidir, yoxsa problemin ölkədən çıxarılması?
Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında Azərbaycan vətəndaşlarına Türkiyədə yaşlı və xəstə insanlara baxıcı, Sloveniyada isə fəhlə və digər işlər təklif olunur. Bu istiqamətdə həyata keçirilən layihənin "Azərbaycandan işçi qüvvəsinin ixracı" adlandırılması isə xüsusilə diqqət çəkir. Əlbəttə
02.09.2026 252 Hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı - Sərəncam
Vətəndaşların 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması həyata keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən 2008-c
02.09.2026 232 Sentyabrın 5-dən 21-dək Perseid meteor yağışı olacaq
Sentyabrın 5-21-də Perseid meteor yağışı aktiv olacaq. Meteor yağışı maksimum aktivliyinə sentyabrın 9-da çatacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən məlumata görə, sentyabr Perseid meteorları çox sürətlidir. Onların atmosferə daxilolma sürəti təxminə
02.09.2026 127 ABŞ İranda Larak adasına zərbə endirdi - Səbəbi açıqlandı
ABŞ İranın Hörmüz boğazını minalamasının qarşısını almaq məqsədilə Larak adasına zərbə endirib. xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Komandanlığın açıqlamasında bildirilib ki, "ABŞ qüvvələri Hörmüz boğazında qaçılmaz təhlükə yaradan İran İslam İnqilabı Keşikçilər
02.09.2026 162 Kolumbiya ordusunun xüsusi əməliyyatı: Onlarla silahlı qruplaşma üzvü öldürüldü
Kolumbiya ordusu ləğv edilmiş "Kolumbiya İnqilabçı Silahlı Qüvvələri" (FARC) təşkilatının keçmiş üzvləri tərəfindən yaradılan silahlı qruplaşmalardan birinin düşərgəsinə aviazərbələr endirib. xəbər verir ki, bu barədə ölkə Prezidenti Abelardo de la Esprielya sosial şəbəkə hesabında məluma
02.09.2026 142 Saxta Wi-Fi şəbəkələri: Telefonunuz təhlükə ilə üz-üzə qala bilər
"Parkda, kafedə və ya ticarət mərkəzində təklif olunan pulsuz Wi-Fi istifadəçilər üçün rahatlıq yaratsa da, təhlükəsizlik baxımından ev və ya ofis şəbəkəsi qədər etibarlı hesab edilmir. Bunun əsas səbəbi bu şəbəkələrin açıq mühitdə fəaliyyət göstərməsidir. Eyni anda onlarla, bəzən isə yüzlərlə insanı
02.09.2026 210 Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
Prezident İlham Əliyev "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin mətnini təqdim edir:
02.09.2026 171