Eldəniz Səlimov: "Çay evində əsəbləşib polisə xəsarət yetirdim"
Milli Məclisin həbsdə olan sabiq deputatı Eldəniz Səlimovun məhkəmədə verdiyi ifadəsi məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, o, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dindirilən zaman deyib ki, baş vermiş hadisə ilə bağlı böyük peşmançılıq hisləri keçirir.
O bildirib ki, zərərçəkmiş, Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin atasına zəng etməklə onu çay evinə yerinə dəvət ediblər:
"Hadisədən əvvəl - 2021-ci ilin iyul ayının 6-da Xaçmazda idim. Həmin gün saat 22 radələrində keçmiş iş yoldaşımla birlikdə "Starıy Dvor" adlanan çay evinə getdik, saat 00:00-dan az əvvəl isə oranı tərk etdik. Bundan təxminən 15-20 dəqiqə sonra həmin çay evini işlədən qohumum mobil telefonuma zəng etdi. Dedi ki, 2 nəfər mülki geyimli şəxs obyektə gəlib. Qohumumun sözlərinə görə, həmin şəxslər deyiblər ki, çay evi saat 00:00-dan sonra fəaliyyət göstərdiyi üçün videoya çəkiblər və bu zaman mən də orada olmuşam. Mən isə yenidən çay evinə qayıtmadım. Bir qədər sonra qohumum zəng edib, gələn şəxslərin polis əməkdaşları olduqlarını və atası Çingiz Əfəndiyevin məsələni həll etdiyini və həqiqətən mənim şəkilimin çəkildiyi barədə məlumat verdi.
İyulun 28-də saat 15 radələrində Xaçmaz rayonunda yerləşən "Sonalı göl" restoranına getdim. Orada tanışlarımla yemək yeyib, təxminən 700 qram araq içdik. Axşam saat 23 radələrində "Starıy Dvor"a getdik və orada pivə və çay sifariş etdik. Obyektdə olarkən iyul ayının əvvəlində polislərin "Starıy Dvor"a gəlməsi, məni icazəsiz videoya çəkməsi barədə hadisə yadıma düşdü. Sonra həmin polisi çağırıb məsələni aydınlaşdırmağı qərara aldım. Tanışım polis əməkdaşı Zaurun atası Cavanşir Mirzəyevə zəng edərək oğlunun biz olduğumuz obyektə gəlməsini xahiş etdi. Təxminən 10-15 dəqiqədən sonra, yəni gecə saat 1-ə qalmış zərərçəkmiş bizim yanımıza gəldi və sağ tərəfimdə əyləşdi. Zaurdan məni tanıyıb-tanımadığını, kiməsə pislik etməyimi eşidib-eşitmədiyini soruşdum. Sonra isə əsəblərimə sahib çıxa bilmədiyimə görə araşdırılan hadisə baş verdi və Zaura yüngül xəsarət yetirdim. Bu zaman ətrafda başqa müştərilər yox idi".
E.Səlimov deyib ki, hadisə baş verən vaxt məzuniyyətdə olub: "Hazırda törətdiyim əməldən peşmanam".
Qeyd edək ki, E.Səlimovun barəsində Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülmüşdü və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan E.Səlimov apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1290 Tarix: 03 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabiq məmur doğum günündə vəfat etdi
Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir
10.11.2026 251 Yaşadığı evdən meyiti tapıldı
Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd
10.11.2026 1 "Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu
"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma
10.11.2026 227 Faciəvi partlayışa görə saxlanılanların sayı artdı
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı Menemen Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb. İstintaq çərçivəsind
10.11.2026 238 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur
Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy
10.11.2026 216 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl
10.11.2026 217 İlham Əliyevin və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrı
10.11.2026 163 İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"
10.11.2026 14 Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi
"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri
10.11.2026 127