Prezidentdən dövlət qurumlarına və sahibkarlara XƏBƏRDARLIQ
"Bakı şəhərinin bütövlükdə memarlıq ansamblı unikaldır. Həm coğrafi yerləşmə, həm Xəzər dənizinin kənarında yerləşməsi, eyni zamanda, qədim abidələr, tarixi abidələr, müasir memarlıq nümunələri Bakıda xüsusi bir aura yaradır. Əminəm, hər gələn qonaq görür ki, Bakıda qədimliklə müasirlik arasında vəhdət var. Bakı inkişaf edir, böyüyür və son vaxtlar Bakının memarlıq məsələlərinə xüsusi diqqət göstərilir".
Bu sözləri Prezident İlham Əliyev bu gün Şahin Seyidzadəni "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.
Onun sözlərinə görə, vaxt var idi ki, Bakıda inşa edilən eybəcər, yöndəmsiz binalar göbələk kimi üzə çıxırdı:
"Heç bir memarlıq normalarına uyğun gəlməyən, heç bir memarlıq əmsallarına cavab verməyən bu yöndəmsiz binalar Bakının bəzi yerlərinin simasını əfsuslar olsun ki, mənfiyə doğru dəyişmişdir. Ancaq son vaxtlar bu məsələyə ciddi nəzarət var. Dövlət tərəfindən bütün bu məsələlər tənzimlənir və icazəsiz, qanunsuz tikililərin sayı xeyli azalıbdır. Amma hələ də belə hallar var və mən bütün qurumları, dövlət qurumlarını və sahibkarları xəbərdar etmək istəyirəm ki, buna yol verilməyəcək. Xüsusilə sahibkarlara müraciət edirəm, qazanc dalınca getmək o demək deyil ki, biz unikal şəhərimizi eybəcər binalarla korlayaq. Biz buna imkan verməyəcəyik, qanunsuz tikililərə son qoyulmalıdır. Bu məsələyə nəzarət edən bütün orqanlar bu işlərə çox ciddi yanaşmalıdır - Bakı Şəhəri İcra Hakimiyyəti, Bakı şəhərində yerləşən rayonların icra başçıları. Əminəm ki, bundan sonra Bakı vahid memarlıq konsepsiya əsasında inkişaf edəcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1244 Tarix: 03 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəryəm Üzərlinin makiyajsız halı - Foto
Məşhur aktrisa Məryəm Üzərli sosail media hesabında paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa makiyajsız fotosunu izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, Məryəm sonuncu dəfə həmkarı Halit Ergençlə "İmrozda bahar" filminə çəkilib
02.09.2026 213 Tort alarkən bunlara diqqət edin: Sağlamlığınız üçün vacib məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Tort alarkən yalnız onun görünüşünə və üzərindəki bəzəklərə diqqət yetirmək kifayət etmir. Məhsulun hazırlanma və saxlanma şəraiti, son istifadə müddəti, tərkibindəki məhsullar, krem və içliyin keyfiyyəti də sağlamlıq baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə isti havalarda düzgün saxlanılmayan kreml
02.09.2026 301 İranın icazəsi olmadan boğazdan keçən gəmi bombalandı
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) məlumatına görə, Hörmüz boğazında supertanker iki dəniz minasına toxunub. xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, gəmi İranın icazəsi olmadan boğazın cənub hissəsindən keçməyə cəhd edib. Toqquşma nəticəsində supertanke
02.09.2026 182 Sabah 32° isti olacaq
Sentyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-21 isti, gündü
02.09.2026 156 Kolumbiya ordusunun xüsusi əməliyyatı: Onlarla silahlı qruplaşma üzvü öldürüldü
Kolumbiya ordusu ləğv edilmiş "Kolumbiya İnqilabçı Silahlı Qüvvələri" (FARC) təşkilatının keçmiş üzvləri tərəfindən yaradılan silahlı qruplaşmalardan birinin düşərgəsinə aviazərbələr endirib. xəbər verir ki, bu barədə ölkə Prezidenti Abelardo de la Esprielya sosial şəbəkə hesabında məluma
02.09.2026 84 Kosmosa uçan ilk jurnalist vəfat etdi
Yaponiyada ölkənin kosmosa uçan ilk vətəndaşı və dünyada ilk peşəkar jurnalist-kosmonavt olan Toyohiro Akiyama 85 yaşında vəfat edib. xarici KİV-ə istinadla bildirir ki, onun ölümünü TBS telekanalındakı keçmiş həmkarı, Yaponiya parlamentinin yuxarı palatasının deputatı Hideya Suqio açıqlayıb. 1990-c
02.09.2026 121 Estoniyada yeni prezident seçildi
Estoniya parlamentinin bu gün keçirilən növbədənkənar iclasında ədliyyə kansleri Yulle Madize ölkənin yeni prezidenti seçilib. TASS-a istinadən xəbər verir ki, 101 deputatdan 71-i onun lehinə səs verib. Qalib gəlmək üçün səslərin üçdəikisini toplamaq və ya minimum 68 parlament üzvünün dəstəyini qazanma
02.09.2026 1 Müharibədə gərginlik artır: "Tərəflər yeni strategiyaya keçirlər" - POLİTOLOQDAN AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində son günlər hava hücumlarının intensivliyi yenidən artıb. 2 sentyabrda Rusiya qüvvələrinin Kiyev və Odessa vilayətlərinə kütləvi raket və dron zərbələri endirdiyi, nəticədə enerji infrastrukturu və yaşayış binalarının zərər gördüyü bildirilir. Reuters-in məlumatına görə, Odessad
02.09.2026 335 Saxta Wi-Fi şəbəkələri: Telefonunuz təhlükə ilə üz-üzə qala bilər
"Parkda, kafedə və ya ticarət mərkəzində təklif olunan pulsuz Wi-Fi istifadəçilər üçün rahatlıq yaratsa da, təhlükəsizlik baxımından ev və ya ofis şəbəkəsi qədər etibarlı hesab edilmir. Bunun əsas səbəbi bu şəbəkələrin açıq mühitdə fəaliyyət göstərməsidir. Eyni anda onlarla, bəzən isə yüzlərlə insanı
02.09.2026 198