Çernobıl AES-dən Ukrayna boyu radioaktiv toz yayılır - XƏBƏRDARLIQ
Çernobıl AES-də radioaktiv tozun yayılması təhlükəsi var.
Bu barədə Slavutiç şəhərinin meri Yuriy Fomiçev telemarafon zamanı xəbərdarlıq edib.
O xatırladıb ki, Rusiyanın Ukraynada əməliyyatlarının başladığı ilk gün Çernobıl AES ələ keçib.
"Orada olan insanları əvəz edə bilmirik, artıq 10 gündür işləyirlər. Onlar iki qrupa bölünüblər. Buna baxmayaraq mənəvi, fiziki, emosional yorulublar və bu, nüvə təhlükəsidir, çünki heyət stabil işləməlidir", – Fomiçev bildirib.
Eyni zamanda o qeyd edib ki, Çernobıl işçiləri ilə ünsiyyət məhduddur.
"Biz onlarla əlaqə saxlayırıq, lakin hazırda stansiya növbəsini əvəz etmək üçün zəmanətli "yaşıl dəhliz" yoxdur", - deyə o, əlavə edib.
Şəhər rəhbəri qeyd edib ki, Çernobıl səbəbindən Rusiyanın hərbi texnikasının hərəkəti üçün əsl dəhliz yaranıb.
"Çernobıl zonasından hərəkət edən bütün avadanlıqların üzərindəki radioaktiv tozlar Kiyev istiqamətində bütün Ukrayna ərazisinə daşınır", - deyə Slavutiçin meri vurğulayıb.
Bundan başqa, mer qeyd edib ki, obyektdə texnikaların intensiv hərəkəti müşahidə olunur və bu təhlükəlidir.
"Allah eləməsin, orda hərbi əməliyyatlar başlasa, bu, qəzanın baş verdiyi 4-cü enerji blokuna təsir edə bilər, nəticədə radioaktiv toz yayıla bilər. Orada çox böyük təhlükə var".
Fomiçev stansiyanın işçilərinin məhdud qidalandığını, onların dərman çatışmazlığı yaşadığını deyib.
O Rusiya hərbçilərinin stansiya işçilərinə qarşı yalnız öz yerlərində qalıb işləməkdən başqa heç bir tələb irəli sürmədiklərini, bununla belə perimetrdən kənara da heç kimi buraxmadıqlarını deyib./Oxu.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2237 Tarix: 05 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda "cin çıxaran" qadın saxlanıldı - Cinayət işi açıldı
Paytaxt sakini polisə müraciət edərək sosial şəbəkələrin birində dələduzluqla üzləşdiyini bildirib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə özünü ekstrasens-parapsixoloq kimi təqdim edən şəxsin paylaşdığı elanı görərək ona müraciət edib. Elan sahibi zərərçəkəni övladındakı "cini çıxaracağı"
12:44 226 "Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür..." - Bağçadakı qalmaqalın detalları - Yenilənib
Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasına gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlandığı iddia edilir. "Qafqazinfo"nun məlumatına görə, azyaşlının anası Nurgül Məmmədova hadisə ilə bağlı təfərrüatları danışıb. Validey
11:18 215 Estoniyada yeni prezident seçildi
Estoniya parlamentinin bu gün keçirilən növbədənkənar iclasında ədliyyə kansleri Yulle Madize ölkənin yeni prezidenti seçilib. TASS-a istinadən xəbər verir ki, 101 deputatdan 71-i onun lehinə səs verib. Qalib gəlmək üçün səslərin üçdəikisini toplamaq və ya minimum 68 parlament üzvünün dəstəyini qazanma
21:45 1 Misli Premyer Liqasında qol "quraqlığı": Son 10 ilin antirekordu yeniləndi
Misli Premyer Liqasının II turu antirekordla əlamətdar olub. Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, baş tutan 6 qarşılaşmada cəmi 5 qol vurulub. Bununla da orta məhsuldarlıq göstəricisi 0.83-ə bərabər olub. "Qəbələ" - "Şamaxı" görüşü qolsuz başa çatıbsa, digər 5 qarşılaşmanı
19:15 103 Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür
Xəbər verdiyimiz kimi, sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılıb. "Qafqazinfo"nun məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməs
13:48 248 45 yaşlı kriminal avtoritet İsraildə güllələnib
"Qafqaz mafiyası"nın başçısı İsraildə güllələnib. xəbər verir ki, bu barədə Telegram kanalı Mash məlumat yayıb. Məlumata görə, yaşlı kişi qiyafəsində olan şəxs Qeysəriyyə şəhərindəki "Ajenda" kafesinin yaxınlığında 45 yaşlı Yanis Yuşvayevə pusqu qurub. Bildirilib ki, hücum edən şəx
11:46 212 Prezident qəbul keçirdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib. "Qafqazinfo" xəbər verir ki, Dmitri Şlapaçenko etimadnaməsini dövlət başçısına təqdim edib. Ölkəmizlə BMT arasında əlaqələr
14:58 163 Əmək müqaviləsində dəyişiklik necə rəsmiləşdirilməlidir?
"Əmək müqaviləsinin məzmunu Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Bu normaya əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfl
11:10 157 Kosmosa uçan ilk jurnalist vəfat etdi
Yaponiyada ölkənin kosmosa uçan ilk vətəndaşı və dünyada ilk peşəkar jurnalist-kosmonavt olan Toyohiro Akiyama 85 yaşında vəfat edib. xarici KİV-ə istinadla bildirir ki, onun ölümünü TBS telekanalındakı keçmiş həmkarı, Yaponiya parlamentinin yuxarı palatasının deputatı Hideya Suqio açıqlayıb. 1990-c
18:30 121