Azərbaycan millisinin voleybolçusu: "Ukraynada baş verənlərə heç kim inanmır"
"Ölkəmdə baş verənlərə heç kim inanmır".
"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Anastasiya Bayduk ölkəsi Ukraynada gedən müharibə barədə danışarkən deyib.
23 yaşlı hücumçu bildirib ki, fikrini oyuna cəmləməkdə çətinlik çəkir: "Çünki hər səhər yuxudan oyananda, məşqdən əvvəl və ya sonra Ukraynada baş verənləri izləyirəm. Voleybol mənim işimdir. Ona görə də bu müharibənin mənə təsir etdiyini mümkün qədər az göstərməyə çalışıram. Təəssüf ki, Macarıstanda bu barədə Polşadakı qədər danışılmır. Polşalıların bizə bu qədər kömək etmələri məni yaxşı mənada təəccübləndirdi".
Ailəsinin Krımla sərhəddə yerləşən Xerson şəhərində yaşadığını söyləyən Bayduk onların hələ də Ukraynada olduğunu vurğulayıb: "Bilmirəm, belə bir imkanları olsaydı, gedərdilərmi. Amma belə alternativ yox idi. Səhər saat 5-də anamın göz yaşları içində mənə zəng edərək müharibənin başladığını, bizi Krımdan ayıran o şəhərlərin artıq olmadığını dediyi anı heç vaxt unutmayacağam. Dəhşətlidir, hətta mülki şəxslərin belə, xilas olmaq üçün heç bir yolu yoxdur. İndiyədək ailəmlə əlaqə nisbətən yaxşı idi. Son iki gündə şəhərdə şəbəkə bağlanıb, əlaqə saxlamaq mümkün deyil. Televiziyada ancaq Rusiya kanalları yayımlanır. Bu, heç vaxt hazır olmadığımız vəziyyətlərdən biridir. Elə bilirdik ki, belə bir dövrdə müharibə mümkün deyil. İkinci Dünya Müharibəsindən sonra hamı "bir daha belə şey olmasın" deyə təkrar edirdi. 2014-cü ildəki vəziyyətdən sonra Rusiyanın müharibəyə başlayacağından qorxduq, amma sonadək hər şeyin danışıqlar yolu ilə həll olunacağına ümid etdik. Sonradan məlum oldu ki, bu, belə deyil".
Voleybolçu ölkəsində vəziyyətin yaxşı olmadığını bildirib: "Hamının bildiyi kimi, Rusiya Krımı 2014-cü ildən ilhaq edib, ona görə də ruslar ora çox sürətlə köçə biliblər. Lakin son günlərdə sübut etdik ki, bura Ukrayna şəhəridir. Mən də ukraynalı olduğum üçün bu insanlarla eyni fikirdəyəm. Bildiyimə görə, bütün Ukraynada vəziyyət pisdir. Amma şərqdəki sərhəd şəhərlər və göydən raketlər düşən Kiyev daha çətin durumdadır. Hamımız ümid edirik ki, müharibə mümkün qədər tez bitəcək".
O, özümü həmişə ukraynalı kimi hiss etdiyini qeyd edib: "Azərbaycana səfər əvvəlcə klub karyeramı davam etdirməklə bağlı idi. Mənə bu ölkəni beynəlxalq arenada təmsil etmək şansı verildi və idman baxımından onlara çox minnətdaram. Məncə, deyiləcək bir şey yoxdur. Bu qərarı 15 yaşım olanda verdim, hələ uşaq idim. Ukrayna mənim vətənimdir və karyeramı bitirdikdən sonra ora qayıtmaq istərdim. Ölkəmə mümkün qədər tez-tez getməyə çalışıram. Keçən il Azərbaycanda oynamışam. Oyunlar yanvarda başa çatdı və mən milli komandanın matçlarınadək orada qaldım. Adətən, yayda, Yeni il və ya Milad ərəfəsində Ukraynada oluram".
Qeyd edək ki, Anastasiya Bayduk hazırda Macarıstanın "Dioşdyor" klubunda çıxış edir.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1830 Tarix: 06 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşU-15 dünya çempionu İspaniya millisi oldu
Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalına bu gün yekun vurulub. "Qafqazinfo" xəbər verir ki, A liqasının həlledici final oyununda İspaniya və Çexiya komandaları qarşılaşıb. Bakı Kristal Zalında keçirilən oyun İspaniyanın 3:0 hesablı darmadağını ilə başa çatıb. Qeyd edək ki
30.10.2026 503 Arsen Venger: "Hər kəs Bakıda keçirilən U-15 dünya çempionatı və festivalına aşiq oldu"
Hər kəs Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalına aşiq olub. "Report" xəbər verir ki, bunu FIFA-ya açıqlamasında qurumun Qlobal Futbolun İnkişafı Departamentinin rəhbəri Arsen Venger deyib. Mütəxəssis yeni formatın matçların dinamikasına müsbət təsir etdiyini diqqətə çatdırıb:
31.10.2026 421 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?
Formula-1 üç onillikdən çox müddətdən sonra ilk dəfə Afrikaya qayıdacaq. Ruanda yarışın keçirilməsi ilə bağlı 10 illik müqavilə imzalayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. Yeni ixtisaslaşmış avtomobil trası ölkənin paytaxtı Kiqalidən cənubda, Buqesera rayonund
14.10.2026 814 "Kəpəz" klubunun futbolçusu Azuma Abubakar "İmişli" ilə matçda iştirak etməyəcək
"Kəpəz" klubunun futbolçusu Azuma Abubakar Misli Premyer Liqasının X turunda "İmişli"yə qarşı keçiriləcək matçda iştirak etməyəcək. Bu barədə "Report"a Gəncə təmsilçisinin mətbuat xidmətindən bildirilib. Yarımmüdafiəçinin zədələndiyi qeyd olunub. Xatırladaq ki, "Kəpəz"
31.10.2026 430 Batrakov "Barselona"ya təklif olunubmuş
1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind
18.10.2026 796 "Qızıl top" qədər geyim tərzləri də diqqət çəkdi - Fotolar
Məlum olduğu kimi, ötən gün "Qızıl top" ("Ballon d'Or") mükafatlandırma mərasimi keçirilib. Mükafata isə "Bayern Münhen"in və İngiltərə milli komandasının ulduz hücumçusu Harri Keyn layiq görülüb. Londondakı məşhur "The London Palladium" zalında keçirilə
27.10.2026 756 Eldəniz Əzizli beşinci dəfə dünya çempionu oldu
Azərbaycan güləşçisi Eldəniz Əzizli Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda iranlı Payam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək beşqa
25.10.2026 732 Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı
Əfsanəvi futbolçu Lionel Messi İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "İnter"in (Mayami) ulduzu bu gün axşam İspaniyanın Ovyedo şəhərində Campoamor Teatrında təşkil olunacaq təntənəli mərasimd
22.10.2026 911 "Sabah"ın oyununa 45 min bilet satılıb
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu oyun üçün paket biletlərlə birlikdə 45 minə yaxın bilet satılıb. "Sabah"ın Çempionla
05.10.2026 685