İlham Əliyev ilə Ərdoğan arasında görüş keçirilib - YENİLƏNİB + FOTO/VİDEO

İlham Əliyev ilə Ərdoğan arasında görüş keçirilib - YENİLƏNİB + FOTO/VİDEOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çankaya Köşkündə dövlətimizin başçısını qarşıladı.

Prezidentlər birgə foto çəkdirdilər.

Görüşdə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulandı. Postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Həmçinin Zəngəzur dəhlizinin açılmasının, onun region üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olundu.

Söhbət zamanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi qeyd edildi, Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusunda müzakirə aparıldı.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa toxunuldu, bu xüsusda Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyi qeyd olundu, bu dəhliz vasitəsilə qardaş ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları müzakirə edildi, həmçinin İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə tutulduğu vurğulandı.

Söhbət əsnasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparıldı.

Hərbi, hərbi texniki, o cümlədən hərbi təlim və tədris sahələrində əməkdaşlığın uğurla davam etdirildiyi bildirildi, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.

Görüşdə Ukraynadakı hadisələrlə bağlı fikir mübadiləsi aparıldı, Türkiyə və Azərbaycanın, eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin tezliklə dayandırılması istiqamətindəki şəxsi səyləri yüksək qiymətləndirildi.

Sonda Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından bir daha məmnunluq ifadə olundu və Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət etdi.

19:33

Martın 10-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çankaya Köşkündə dövlətimizin başçısını qarşıladı.

Prezidentlər birgə foto çəkdirdilər.

15:40

Martın 10-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çankaya Köşkündə dövlətimizin başçısını qarşılayıb.

Prezidentlər birgə foto çəkdiriblər.

İlham Əliyev ilə Ərdoğan arasında görüş keçirilib - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev ilə Ərdoğan arasında görüş keçirilib - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev ilə Ərdoğan arasında görüş keçirilib - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev ilə Ərdoğan arasında görüş keçirilib - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev ilə Ərdoğan arasında görüş keçirilib - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev ilə Ərdoğan arasında görüş keçirilib - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev ilə Ərdoğan arasında görüş keçirilib - YENİLƏNİB + FOTO/VİDEO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1572   Tarix: 10 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Mobil telefonlar niyə bahalaşır? - İQTİSADÇIDAN AÇIQLAMA

Mobil telefon bazarında qiymət dəyişiklikləri alıcıların diqqətində olan əsas məsələlərdən birinə çevrilib. Yeni modellərin təqdim olunması ilə yanaşı, valyuta məzənnələri, logistika xərcləri, idxal şərtləri və istehsalçıların qiymət siyasəti də smartfonların son satış qiymətinə təsir göstərə bilir

15:45 232
.

Elcan Rəsulovun 30 il əvvəlki FOTOsu

Tanınmış aktyor Elcan Rəsulov sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o şəxsi instaqram hesabında 30 il əvvəl çəkilən fotosunu izləyiciləri ilə bölüşüb. Aktyor arxiv görüntüsünə "30 ilin şəkli" şərhini yazıb. Onun uşaqlıq şəkili sosial şəbəkə istifadəçilərinin böyük marağın

01.09.2026 493
.

Dünya bazarında qızıl həyəcanı - qiyməti yenə artdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiyməti artıb. xəbər verir ki, bir troya unsiyası qızılın qiyməti 6,49 dollar artaraq 4 436,4 dollar təşkil edib. Gümüşün qiymətində də yüksəliş qeydə alınıb. Belə ki, gümüşün bir unsiyasının qiyməti 0,40 dollar artaraq 66,67 dollara çatıb

01.09.2026 233
.

"Mediasiya insanları qarşıdurmadan dialoqa aparan mühüm mexanizmdir" - MEDİATOR TÜRKƏR ƏLİYEVA İLƏ MÜSAHİBƏ

Müasir dövrdə mübahisələrin yalnız məhkəmə müstəvisində deyil, alternativ və daha çevik üsullarla həll edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan mediasiya institutu cəmiyyət üçün mühüm mexanizmlərdən birinə çevrilir. Mediasiyanın əsas məqsədi mübahisə edən tərəfləri qarşı-qarşıya qoymaq deyil, onları

10:37 182
.

Saxta Wi-Fi şəbəkələri: Telefonunuz təhlükə ilə üz-üzə qala bilər

"Parkda, kafedə və ya ticarət mərkəzində təklif olunan pulsuz Wi-Fi istifadəçilər üçün rahatlıq yaratsa da, təhlükəsizlik baxımından ev və ya ofis şəbəkəsi qədər etibarlı hesab edilmir. Bunun əsas səbəbi bu şəbəkələrin açıq mühitdə fəaliyyət göstərməsidir. Eyni anda onlarla, bəzən isə yüzlərlə insanı

13:00 185
.

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sentyabrın 3-də başa çatacaq

Mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi 3 sentyabr saat 18:00-da başa çatacaq. Bu barədə BİG.AZ-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Qeyd edilib ki, bu günədək 124 mindən artıq uşağın birinc

10:51 158
.

Bakıda 4-cü beynəlxalq minatəmizləmə konfransı öz işinə başlayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq minatəmizləmə konfransı öz işinə başlayıb. BİG.AZ xəbər verir ki, cari ilin 2-3 sentyabr tarixlərində Bakı şəhərində keçirilə

12:09 152
.

Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür

Xəbər verdiyimiz kimi, sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılıb. "Qafqazinfo"nun məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməs

13:48 203
.

"Twitter" geri qayıdır?

ABŞ-ın "Operation Bluebird" startapı "Twitter.now" adlı yeni sosial şəbəkəni istifadəyə verib. Axşam.az "TechCrunch"a istinadən xəbər verir ki, layihənin təsisçiləri arasında "Twitter"in əmtəə nişanları üzrə keçmiş hüquqşünası Stiven Kouts da yer alır. Platformanı

01.09.2026 202
.