Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər - Onların acı taleyi

Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər - Onların acı taleyiSəsləri ilə milyonların qəlbini fəth edən, ifaları ilə Azərbaycan musiqi tarixində silinməz iz qoyan bəzi sənətçilərin yaradıcılıq yolu gözlənilmədən yarımçıq qalıb. Kimisi ağır xəstəlik, kimisi səs tellərində yaranan problemlər, kimisi isə həyatında üzləşdiyi çətinliklər səbəbindən əvvəlki kimi oxumaq imkanını itirib. Onların arasında həm Azərbaycan estradasının məşhur nümayəndələri, həm də muğam və opera sənətinin görkəmli simaları var.

Lent.az səsini itirdikdən sonra səhnədən uzaqlaşan və ya sənət fəaliyyətinin istiqamətini dəyişmək məcburiyyətində qalan azərbaycanlı sənətçilərin həyat hekayələrini təqdim edir.

Akif İslamzadə

Azərbaycan estradasının ən sevilən ifaçılarından biri olan Akif İslamzadə özünəməxsus səs tembri və fərqli ifa tərzi ilə musiqisevərlərin yaddaşında qalıb. Onun ifasında səslənən "Alagözlüm", "Ötən günlərimi qaytaraydılar", "Fəridəm", "Saçlarına gül düzüm", "Aman ovçu", "Küsməyək", "Hər şey gözəldir həyatda" kimi mahnılar bu gün də sevilərək dinlənilir.

Lakin sənətkarın uğurlu musiqi karyerası 1980-ci illərin ortalarında gözlənilmədən yarımçıq qalıb. Səsində yaranan problemlərdən sonra Moskvada müayinədən keçən Akif İslamzadənin öz açıqlamasına görə, 1987-ci ildə həkimlər ona xərçəng diaqnozu qoyublar.

Əməliyyat zamanı müğənninin səs tellərindən biri götürülüb. Bundan sonra həkimlər ona əvvəlki kimi oxuya bilməyəcəyini bildiriblər.

Sənətkar müsahibələrinin birində həmin günləri xatırlayaraq diaqnozu eşitdikdən sonra ağır psixoloji sarsıntı keçirdiyini söyləyib.

Akif İslamzadə səsi bərpa olunsa belə, yenidən səhnəyə qayıtmaq istəmədiyini də açıqlayıb. Beləliklə, Azərbaycan estradasının unudulmaz səslərindən biri yaradıcılığının ən məhsuldar dövründə müğənnilik fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Elçin Cəlilov

1990-cı illərdə Azərbaycan muğam sənətində özünəməxsus yeri olan Elçin Cəlilov güclü səsi və geniş ifa imkanları ilə tanınıb.

Rəşid Behbudov adına Mahnı Teatrının solisti olan xanəndənin dörd oktavalıq səs diapazonuna malik olduğu bildirilir. Lakin sonrakı illərdə şəxsi həyatında üzləşdiyi çətinliklər onun sağlamlığına və sənətinə ağır təsir göstərib.

Yayılan məlumatlara görə, narkotik asılılığı sənətkarın səhhətini və səs imkanlarını ciddi şəkildə zəiflədib.

Əvvəlki səs imkanlarını itirən xanəndə müalicə almağa və yenidən oxumağa çalışıb. Həyat yoldaşı, pianoçu Lalə Dadaşova ilə evdə məşqlər edib. Hətta ondan səsini bərpa etməsinə kömək göstərməsini xahiş edib.

Elçin Cəlilovun səhnəyə qayıtmaq arzusu o qədər güclü olub ki, müəllimlərinə də müraciət edərək onlardan yardım istəyib.

Lakin bütün cəhdlərinə baxmayaraq, əvvəlki səsini bərpa edə bilməyib. Ömrünün son illərində ciddi çətinliklər yaşayan sənətkar 2005-ci ildə vəfat edib.

Sona Aslanova

Azərbaycan opera sənətinin tanınmış nümayəndələrindən olan Əməkdar artist Sona Aslanova da ömrünün son illərində səsini itirən sənətçilərdəndir.

1924-cü ildə Bakıda anadan olan müğənni Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Onun opera səhnəsinə gəlməsində dahi bəstəkar Üzeyir Hacıbəylinin böyük rolu olub.

Sona Aslanova "Arşın mal alan" operettasında Gülçöhrə, "Əsli və Kərəm" operasında Əsli, "Koroğlu" operasında isə Nigar obrazlarını canlandırıb. Bundan başqa, 200-dən artıq mahnı ifa edib, bir sıra bədii filmlərdə rol alıb.

1956-cı ildə Əməkdar artist fəxri adına layiq görülən sənətçi 1994-cü ildə ABŞ-a, övladlarının yanına köçüb.

2008-ci ildə iflic keçirdikdən sonra səsini itirib. Həmin vaxt artıq uzun müddət Azərbaycan opera səhnəsindən uzaqda yaşayan müğənni əvvəlki ifa imkanlarını bərpa edə bilməyib.

Sona Aslanova 2011-ci ildə Los-Ancelesdə vəfat edib.

Malıbəyli Həmid

Azərbaycan muğam sənətinin görkəmli nümayəndələrindən olan Malıbəyli Həmid də səsini itirdikdən sonra sənət fəaliyyətinin istiqamətini dəyişən ifaçılardandır.

Əsl adı Həmid İmamqulu oğlu Qurbanov olan sənətkar 1869-cu ildə Şuşanın Malıbəyli kəndində anadan olub.

O, xanəndəlik sənətinin incəliklərini məşhur Hacı Hüsüdən öyrənib. Zil və məlahətli səsi ilə seçilən Malıbəyli Həmid xüsusilə "Rast" və "Segah" muğamlarının mahir ifaçısı kimi tanınıb.

1910-cu ildə onun ifasında "Şur", "Rast", "Humayun" muğamları və müxtəlif xalq mahnıları Riqada qrammofon vallarına yazılıb.

Lakin sonralar sənətkarın səsi batıb. Bundan sonra o, xanəndəlikdən uzaqlaşaraq tarzən kimi fəaliyyətini davam etdirib.

Malıbəyli Həmid Keçəçioğlu Məhəmməd, Məcid Behbudov, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev və Bülbül kimi məşhur ifaçıları tarda müşayiət edib.

Sadıqcan

Azərbaycan musiqi tarixində tar alətinin təkmilləşdirilməsi ilə tanınan Mirzə Sadıq Əsəd oğlunun, yəni Sadıqcanın həyatında da səs itkisi mühüm dönüş nöqtəsinə çevrilib.

1846-cı ildə Şuşada anadan olan Sadıqcan uşaqlıqdan musiqiyə böyük maraq göstərib. Gözəl səsi olduğunu görən atası onu məşhur xanəndə Xarrat Qulunun məktəbinə aparıb.

Xarrat Qulu gəncin səsini bəyənərək onu şagirdləri sırasına qəbul edib. Həmin dövrdə Sadıqcanın gələcəkdə tanınmış xanəndə olacağına böyük ümidlər bəslənilib.

Lakin 18 yaşında onun səsi qəfil batıb. Bu hadisə gənc musiqiçinin xanəndə olmaq arzusunu yarımçıq qoyub.

Buna baxmayaraq, Sadıqcan musiqidən uzaqlaşmayıb. Əvvəlcə tütək, ney və kamança ifaçılığını öyrənib, daha sonra tara maraq göstərib.

Qısa müddətdə tar ifaçılığının sirlərinə yiyələnən Sadıqcan dövrünün ən tanınmış musiqiçilərindən birinə çevrilib.

O, Azərbaycan tarını təkmilləşdirərək alətin quruluşunda mühüm dəyişikliklər edib və milli musiqi tarixində yeni mərhələnin əsasını qoyub.

Sadıqcan 1902-ci ildə vəfat edib.

Bu sənətçilərin taleləri fərqli olsa da, onları birləşdirən əsas məqam səs itkisinin həyatlarında ciddi dönüş yaratmasıdır. Bəziləri səhnədən birdəfəlik uzaqlaşıb, bəziləri isə musiqiyə olan sevgisini başqa istiqamətdə davam etdirib. Onların ifa etdiyi mahnılar, yaratdıqları əsərlər və sənətə verdikləri töhfələr bu gün də yaşayır. Səsləri sussa da, Azərbaycan musiqi tarixində qoyduqları iz silinməyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 48   Tarix: 09 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql

15:07 200
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

20:37 27
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

20:40 9
.

Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq

Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n

17:10 167
.

Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı

Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus

21:30 1
.

Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?

Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas

17:00 184
.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

19:15 145
.

Maykl Kerrik "Mançester Yunayted"dən gedir?

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual

20:45 1
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

19:22 178
.