Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi

Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmziAzərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, xalqımızın öz müqəddəratını müəyyən etmək, müstəqil dövlət qurmaq və milli kimliyini qorumaq əzminin parlaq ifadəsidir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü bu baxımdan yalnız tarixi hadisənin xatırlanması deyil, həm də müstəqilliyimizin siyasi, mənəvi və ideoloji əsaslarının təhlili üçün mühüm fürsətdir.

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilən üçrəngli bayraq xalqımızın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu bayrağın rənglərində ifadə olunan ideyalar Azərbaycanın gələcək inkişaf modelinin əsas fəlsəfəsini müəyyənləşdirirdi. Mavi rəng türk mənsubiyyətimizi, qırmızı rəng müasirliyi, demokratiyanı və tərəqqini, yaşıl rəng isə islam sivilizasiyasına bağlılığımızı ifadə edir. Bu üç ideoloji istiqamətin bir bayraq altında birləşməsi Azərbaycan dövlətçilik düşüncəsinin milli köklərə, müasir dünyagörüşünə və mənəvi dəyərlərə əsaslandığını nümayiş etdirirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq, onun dövlətçilik irsi xalqımızın tarixi yaddaşında silinməz iz buraxdı. 1920-ci ildə müstəqilliyin itirilməsi üçrəngli bayrağımızın dövlət rəmzi kimi istifadəsinə son qoysa da, onun təmsil etdiyi azadlıq ideyası xalqın düşüncəsində yaşamaqda davam etdi. Bu fakt bir daha sübut edir ki, dövlət müstəqilliyi yalnız siyasi-hüquqi status deyil, həm də milli şüur, tarixi yaddaş və azadlıq iradəsi ilə bağlı olan fundamental dəyərdir.

Üçrəngli bayrağımızın yenidən dövlətçilik müstəvisinə qaytarılmasında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri xüsusi qeyd edilməlidir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndərin rəhbərliyi ilə keçirilən sessiyasında üçrəngli bayraq dövlət rəmzi kimi qəbul edildi və onun Azərbaycanın dövlət bayrağı kimi qəbul olunması barədə qərar verildi. Həmin dövrdə bu addım böyük siyasi cəsarət, milli iradə və müstəqillik uğrunda mübarizənin açıq ifadəsi idi. Ulu öndər bununla Azərbaycanın gələcək dövlətçilik modelinin milli əsaslarını müəyyənləşdirən mühüm siyasi mövqe ortaya qoydu.

1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsdiq edildi. Lakin müstəqilliyin ilk illərində ölkənin qarşılaşdığı siyasi böhran, iqtisadi çətinliklər və hərbi təhdidlər dövlətçilik institutlarının möhkəmləndirilməsini zəruri edirdi. Məhz belə mürəkkəb şəraitdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinin qorunması və dövlətçiliyin möhkəmləndirilməsi baxımından həlledici əhəmiyyət daşıdı. Onun müəyyən etdiyi azərbaycançılıq ideologiyası milli birliyin, dövlətə sədaqətin və ümumi vətəndaş məsuliyyətinin ideoloji təməlini formalaşdırdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yolu üçrəngli bayrağımızın ifadə etdiyi müstəqillik ideallarının real siyasi və iqtisadi nəticələrə çevrildiyini göstərir. Güclü iqtisadiyyatın qurulması, müdafiə qabiliyyətinin artırılması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və milli maraqların qətiyyətlə müdafiəsi müasir Azərbaycan dövlətçiliyinin əsas xüsusiyyətləridir. Bu prosesdə dövlət bayrağı həm milli birliyin, həm də Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun rəmzinə çevrilib.

Üçrəngli bayrağımızın tarixi əhəmiyyəti 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfərlə yeni məzmun qazandı. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi xalqımızın müstəqillik tarixində ən mühüm hadisələrdən biri oldu. Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqın birliyi və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində ölkəmiz ərazi bütövlüyünün bərpasına nail oldu. Şuşada üçrəngli bayrağımızın ucaldılması isə bu Zəfərin mənəvi və siyasi zirvəsinə çevrildi.

2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpası müasir dövlətçilik tariximizin mühüm mərhələsi oldu. Artıq bayrağımız ölkəmizin bütün suveren ərazisində dalğalanır. Bu reallıq Azərbaycan dövlətinin siyasi iradəsinin, hərbi gücünün və beynəlxalq hüquqa əsaslanan mövqeyinin nəticəsidir. Bayrağımızın azad edilmiş ərazilərdə ucaldılması yalnız coğrafi məkan üzərində suverenliyin deyil, həm də tarixi ədalətin və milli ləyaqətin bərpasının ifadəsidir.

Məsələnin digər mühüm tərəfi dövlət rəmzlərinin cəmiyyətin mənəvi-ideoloji həyatındakı roludur. Bayraq insanları vahid milli məqsəd ətrafında birləşdirən, fərdi və kollektiv məsuliyyət hissini gücləndirən rəmzdir. Azərbaycan reallığında üçrəngli bayraq müxtəlif etnik və dini mənsubiyyətə malik vətəndaşlarımızın ümumi Vətən və dövlətçilik dəyərləri ətrafında birliyini təcəssüm etdirir. Bu baxımdan bayrağa ehtiram yalnız mərasimlərdə nümayiş etdirilən münasibət deyil, dövlət qanunlarına hörmət, milli maraqların müdafiəsi və cəmiyyət qarşısında məsuliyyətlə davranmaqdır.

Müasir dövrdə dövlət bayrağının təbliği xüsusilə gənc nəslin vətənpərvərlik tərbiyəsi baxımından strateji əhəmiyyət daşıyır. Gənclər bayrağımızın tarixini, onun uğrunda aparılan mübarizəni və bu rəmzin hansı mənəvi dəyərləri ifadə etdiyini dərindən bilməlidirlər. Çünki milli dövlətçiliyin davamlılığı yalnız iqtisadi və hərbi güclə deyil, həm də milli şüurun, tarixi yaddaşın və vətəndaş həmrəyliyinin qorunması ilə təmin olunur.

Bu gün Azərbaycan regionda öz milli maraqlarını müstəqil şəkildə müəyyənləşdirən, suverenliyini qoruyan və beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirən dövlətdir. Üçrəngli bayrağımız bu reallığın ən aydın ifadəsidir. Onun hər dalğalanışı 1918-ci ildə qurulmuş Cümhuriyyətin dövlətçilik ideallarını, ulu öndər Heydər Əliyevin müstəqilliyin qorunması istiqamətində xidmətlərini, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi nailiyyətləri və şəhidlərimizin müqəddəs amalını özündə birləşdirir.

Dövlət Bayrağı Günü Azərbaycanın keçmişi, bu günü və gələcəyi arasında mənəvi körpü yaradan əlamətdar tarixdir. Üçrəngli bayrağımız müstəqilliyimizin əldə olunmasının, suverenliyimizin möhkəmlənməsinin və tarixi Zəfərimizin rəmzidir. Bu bayrağın ucalığını qorumaq yalnız dövlətin deyil, bütün cəmiyyətin, hər bir vətəndaşın məsuliyyətidir. Çünki bayrağımızın ucalığı Azərbaycanın ucalığı, onun dalğalandığı hər qarış torpaq isə dövlət müstəqilliyimizin və milli qürurumuzun təcəssümüdür.

Əhliman Əmiraslanov
Milli Məclisin deputatı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 66   Tarix: 09 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərdoğan Azərbaycan xalqını təbrik etdi

"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman

14:34 115
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

12:40 176
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

08.11.2026 279
.

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr - Bayraq Günü münasibətilə sosial media hesablarında paylaşım edib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

10:04 183
.

Mərdəkan şossesində qəza sıxlıq yaratdı

Xəzər rayonu, Mərdəkan şossesində baş verən yol-nəqliyyat hadisəsi olub. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Qafqazinfo"ya məlumat verilib. Bidlirilib ki, hadisə səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Hazırda polis sıxlığı

15:20 1
.

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

08.11.2026 343
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

08.11.2026 286
.

Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü

Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza rayonun Şükürbəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Bakı şəhərində yaşayan, əslən Cəbrayıldan olan Elnurə İsayeva ağır xəsarətlər alıb. O, dərhal xəstəxanay

13:29 158
.

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi

14:40 109
.