"Tarqovı"dakı dəhşətli hadisənin yeni görüntüləri - FOTOLAR
Bakıda səhər saatlarında yanğın baş verən evin sahibi ruhi əsəb xəstəsi olub.
Mənzildə yanan ev sahibi 1970-ci il təvəllüdlü Jukov Leonid Yuriyeviç uzun müddət Səhiyyə Nazirliyinin 1 saylı Ruhi Əsəb Dispanserində uzun müddət müalicə alıb.
Qonşuların dediyinə görə, ailəsindən ayrılan Leonid Jukov evdə anası ilə yaşayırmış: "8 ildən artıq idi ki dispanserdə müalicə alırdı. 5 ay əvvəl dispanserdən çıxdı. Həmin vaxta qədər evdə anası yaşayırdı. Leonid dispanserdən gələndən bir neçə gün sonra anası Hövsan qəsəbəsinə, nəvəsinin yanına köçdü. Həmin vaxtdan Leonid evdə tək yaşayırdı. Müalicələr nisbətən müsbət təsir etmişdi. Heç bir qonşu ilə münasibət qurmurdu. Sadəcə bilirdik ki, belə bir qonşumuz var, burda yaşayır".
Qonşular deyirlər ki, təxminən 10 gün əvvəl də həmin mənzildə yanğın olub.
10 gün əvvəl axşam saatları idi. Evdə yanğın başladı. Yanğınsöndürmə briqadalarının köməyi ilə yanğının qarşısı alındı. Həmin yanğından sonra onu heç kim görmürdü. Evdən çıxmırdı. Bu gün səhər saat 07 radələrində evdə yenidən yanğın başladı. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib yanğını söndürsə də məlum oldu ki, Leonid evdə yanıb ölüb",-deyə qonşular bildirib.
Qonşular iddia edir ki, Leonid Jukov əvvəllər narkotik aludəçiliyindən də əziyyət çəkirmiş. Bir müddətdən sonra isə ruhi əsəb xəstəliyinə tutulub.
Xatırladaq ki, yanğın hadisəsi bu gün səhər saatlarında Bakının Nəsimi rayonu, Nizami küçəsində yerləşən üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 32 kvadratmetr olan ikiotaqlı mənzilin 1 otağının, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 10 kvadratmetr sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1970-ci il təvəllüdlü Jukov Leonid Yuriyeviçin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Trend




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 6026 Tarix: 10 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu
Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c
21:00 154 Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq
İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi
16:40 217 Yataq otağı həddindən artıq isti olmamalıdır: Yuxu üçün ən yaxşı temperatur
Yataq otağının həddindən artıq isti olması yuxuya getməyi çətinləşdirə, gecə ərzində tez-tez oyanmağa və istirahətin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Mütəxəssislər yaxşı yuxu üçün otaqda sərin mühitin yaradılmasını tövsiyə edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə stirileprotv.ro saytın
15:41 221 Quşların qışda donmamasının sirri: Bədən temperaturlarını aşağı salırlar
Quşların qış aylarında açıq havada, hətta sərt şaxtalarda belə gecəni donmadan keçirməsinin səbəbləri məlum olub. Məlum olub ki, bəzi quş növləri soyuqdan qorunmaq üçün həm davranışlarını dəyişir, həm də bədən temperaturunu aşağı salaraq enerjiyə qənaət edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə Norve
13:00 230 Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü
Astara sakini Gəncədə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, rayonun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Ahıl kişi Gəncədə yerləşən hərbi hissələrdən nəvəsinin andiçmə mərasiminə gedibmiş. M.Hüseynovun oğlu bildirib ki, görüş vaxtı atası nəvəs
16:50 270 Prezident və xanımı Türkiyəyə getdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib
19:41 225 Düşmən RLS-lərini vuran "Hörmüz" raketi - İranın yeni silahı
İran mütəxəssisləri düşmənin radiolokasiya stansiyalarını (RLS) məhv etmək üçün nəzərdə tutulmuş "Hörmüz" raketini hazırlayıblar. xəbər verir ki, bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi olan SEPAH) Hərbi Hava-Kosmi
17:40 203 İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"
22:46 14 Sabiq məmur doğum günündə vəfat etdi
Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir
16:52 251