Rəqibini çiynində daşıyan idmançımız bu jestinin səbəbini AÇIQLADI

Rəqibini çiynində daşıyan idmançımız bu jestinin səbəbini AÇIQLADI"İdmanla məşğul olarkən insanlığımızı itirməməliyik".

Bunu "Report"a açıqlamasında Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova (50 kq) Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında sloveniyalı Mariya Martinçuka qarşı 1/4 final görüşündə etdiyi jest barədə danışarkən deyib.

O, bildirib ki, rəqibi zədələndiyi üçün onu çiynində döşəyin kənarına daşıyıb: "Mən fənd tətbiq edərkən rəqibimin ayağı burxuldu və ağrıdan qışqırdı. Çox pis oldum. Ayağının əzilməsini istəməzdim. Amma idman qəddarlıq tələb edir. Ağrı güləşməyinə imkan vermədi. Yeriyə bilmədiyi üçün onu çiynimdə daşıdım".

Məmmədovanın sözlərinə görə, qələbədə insanlıq və xeyirxahlıq da çox önəmlidir: "Hamımız Allahın yaratdığı insanlarıq. Hər bir hərəkətin öz vaxtı var. Rəqibə görə üzüldüm. Amma mənə təmiz qələbə verdikləri üçün də sevindim".

Avropa çempionatında gümüş medal qazanan idmançı finalda rumıniyalı Andreya Beatris Anaya məğlubiyyətin səbəbini də açıqlayıb: "Rəqib həm təcrübəli, həm də məndən güclü idi. Böyüklər arasında da güləşir. Ona görə də fiziki cəhətdən çatdıra bilmədim. Bununla belə, gümüş medal əldə etdiyim üçün sevincliyəm. İnsan inansa, hər şeyə qadirdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1012   Tarix: 11 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Məktəbli forması sadəcə geyim deyil - Təhsildə bərabərliyin mühüm simvolu

"Məktəbli forması mövzusu hər tədris ili ərəfəsində yenidən gündəmə gələn, həm pedaqoji, həm də sosioloji aspektləri olan çoxşaxəli bir məsələdir. Bəzi məktəblərdə formadan yayınma halları müşahidə olunsa da, bu geyimin əsas fəlsəfəsi sosial bərabərlik prinsipinə əsaslanır". Bunu BİG.AZ-a açıqlamasınd

14:49 0
.

Prezident: "Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq"

"Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza, şəhərlərimizə qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq, 65 məscidin dağıdılmasını yaddan çıxarmayacağıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarını

14:45 21
.

Almaniya Hörmüz boğazında mümkün missiya üçün Qırmızı dənizə gəmilər göndərir

Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin Hörmüz boğazında mümkün hərbi missiyaya hazırlıq məqsədilə Qırmızı dənizə iki gəmi göndərdiyini bildirib. Reuters xəbər agentliyinin məlumatına görə, o, cümə axşamı Brüsseldə NATO həmkarları ilə görüşündən əvvəl jurnalistlərə bildirib ki, "Danışdığımı

12:19 124
.

Prezident: "Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib"

"Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib, genişmiqyaslı enerji infrastruktur layihələrinin təşəbbüskarı və həyata keçirən ölkə kimi çıxış edib". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İlli

11:15 133
.

Bakcell-in dəstəyi ilə 5-ci "YAŞAT" düşərgəsi başlayıb

Bakcell-in dəstəyi ilə şəhid övladları üçün təşkil olunmuş 5-ci "YAŞAT" düşərgəsinə start verilib. BİG.AZ xəbər verir ki, Bakcell və NEQSOL Holding-in dəstəyi ilə həyata keçirilən layihə "YAŞAT" Fondunun və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə davam edir

11:10 145
.

Azərbaycan Prezidenti: "Biz infrastruktura çox böyük sərmayələr yatırırıq"

"Biz infrastruktura çox böyük sərmayələr yatırırıq. Nəinki ölkə daxilində infrastruktura diqqət yetiririk, eyni zamanda, ölkənin hüdudlarından kənarda, beynəlxalq ölçüyə malik infrastruktur layihələri ilə məşğul oluruq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev İsla

12:00 142
.

Tramp: "Neftin qiyməti əvvəlki dövrlə müqayisədə daha ucuz olacaq"

ABŞ Prezidenti Donald Tramp neft bazarları və İranla əldə olunan razılaşmanın gələcəyi barədə növbəti kəskin bəyanatlarla çıxış edib. Bizim.Media xəbər verir ki, Ağ Ev rəhbəri bildirib ki, regionda sabitliyin bərpası fonunda neftin qiymətləri müharibə başlamazdan əvvəlki səviyyədən də aşağı düşəcək

17.06.2026 240
.

Sosial mənzil almaq istəyənlər üçün vacib məqam: Gəlir tələbi

"MİDA mənzillərinin güzəştli ipoteka proqramı çərçivəsində ilkin ödəniş minimum 10 faiz təşkil edir, faiz dərəcəsi isə 4 faizdən başlayır. Kreditin müddəti 30 ilədək ola bilər". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, məsələn, 72 mi

14:38 41
.

Prezident: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib, genişmiqyaslı enerji infrastruktur layihələrinin təşəbbüskarı və həyata keçirən ölkə kimi çıxış edib. xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimind

10:15 143
.

TOP MP3