Prezident Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı nekroloq imzaladıPrezident İlham Əliyev Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

BiG.AZ xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov 2022-ci il martın 10-da ömrünün 84-cü ilində vəfat edib.

Rüstəm İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1956–1962-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil alıb, əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasında başlayıb.

Gənc yaşlarından ədəbiyyat və kino sənəti ilə yaxından maraqlanan Rüstəm İbrahimbəyov Moskvada 1967-ci ildə ali ssenarist kursunu, 1974-cü ildə ali rejissorluq kursunu bitirib.

Rüstəm İbrahimbəyov müasir Azərbaycan ədəbiyyatının və kinematoqrafiyasının görkəmli simalarındandır. O, çoxcəhətli fəaliyyəti ilə ölkəmizin hüdudlarından kənarda da tanınıb. Nəsrimizin yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olan Rüstəm İbrahimbəyov öz səmərəli yaradıcılığı ilə bədii-estetik fikrin zənginləşməsində mühüm rol oynayıb, yarım əsrdən artıq müddət ərzində ədəbi-mədəni mühitin inkişafına töhfələr verib. Sənətkarın sosial-mənəvi problemləri, dramatik konfliktləri və müasirlərimizin daxili aləmini həyat həqiqətləri əsasında ustalıqla əks etdirən povestləri və hekayələri, pyesləri və ssenariləri ədəbiyyatımızın və milli kino sənətinin məzmunca yeniləşməsində əhəmiyyətli rol oynayıb. Onun əsərləri əsasında 40-dan çox bədii və televiziya filmləri çəkilib. Mühüm sosial həqiqətlərdən söz açan, rəngarəng və dolğun obrazlarla zəngin bu əsərlər özünəməxsus dəst-xətti ilə seçilən sənətkara böyük oxucu və tamaşaçı auditoriyasının rəğbətini qazandırıb.

Rüstəm İbrahimbəyovun ssenarist və rejissor olaraq kinematoqrafiyanın inkişafında da təqdirəlayiq xidmətləri vardır. Yazıçının ssenariləri əsasında çəkilən "Bir cənub şəhərində", "Səhranın bəyaz günəşi", "İstintaq", "Ad günü" və bir çox digər filmlər geniş şöhrət tapmış, yüksək mükafatlarla təltif edilib. Onun həmmüəllif ssenaristi olduğu "Urqa" filmi 1991-ci ildə Venesiya Beynəlxalq Kinofestivalının ali mükafatına, "Günəşdən usanmışlar" filmi isə 1994-cü ildə Kann Beynəlxalq Kinofestivalının ali mükafatına və 1995-ci ildə Amerika Kino Akademiyasının "Oskar" mükafatına layiq görülüb.

Rüstəm İbrahimbəyov bədii yaradıcılıqla yanaşı, eyni zamanda ictimai fəaliyyət göstərib. O, 1967–1981-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi, 1981–1985-ci illərdə birinci katibi, 1986–1991-ci illərdə SSRİ Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi, 1990-cı ildən ömrünün sonunadək Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olub, 1989-cu ildə SSRİ Ali Sovetinin deputatı seçilib.

Rüstəm İbrahimbəyovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1976-cı ildə "Əməkdar incəsənət xadimi", 1998-ci ildə "Xalq yazıçısı" fəxri adlarını alıb, Azərbaycan ədəbiyyatının və kino sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının ali dövlət təltifi olan "Şöhrət" ordeninə layiq görülüb.

Görkəmli yazıçı və kino xadimi Rüstəm İbrahimbəyovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Anar Kərimov

Anar Rzayev

Şəfiqə Məmmədova

Oqtay Mirqasımov

Ramiz Fətəliyev

Rasim Balayev

Hacı İsmayılov".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1098   Tarix: 11 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?

ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua

20:15 157
.

Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox

Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı

19:30 186
.

Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb

Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb. -ın məlumatına görə, Yeni Gəncə qəsəbəsində yerləşən yaşayış binalarının birinin 5-ci mərtəbəsindən yıxılan 2011-ci il təvəllüdlü Ömər Rzayev ağır halda xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir. Hadisənin təfərrüat

15:10 219
.

Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı

"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu

20:30 146
.

Körfəz ölkələri Küveytdə vahid hərbi komandanlığın qərargahını yaradır

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə Küveytdə vahid hərbi komandanlığın qabaqcıl qərargahının yaradılmasını və orada müvafiq qüvvələrin yerləşdirilməsini təsdiqləyib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar bu gün Bəhreyndə keçirilən KƏŞ-in Birg

16:20 209
.

NATO nümayəndəsi ilk dəfə Rusiya-Ukrayna-ABŞ danışıqlarında iştirak edir

NATO nümayəndəsi ilk dəfə Əbu-Dabidə keçirilən Rusiya, Ukrayna-ABŞ üçtərəfli danışıqlarında iştirak edir. APA-nın Moskva bürosu xəbər verir ki, Şimal Alyansının Avropadakı Ali Baş Komandanı Aleksus Qrinkeviç danışıqlar masasında oturub. Qrinkeviç bildirib ki, Əbu-Dabidəki danışıqlar davamlı sülh üçü

14:50 190
.

Faciəvi partlayışa görə saxlanılanların sayı artdı

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı Menemen Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb. İstintaq çərçivəsind

17:00 238
.

Uraloğlu: Ermənistanla sərhəd-keçid məntəqələrinin açılması üçün hazırlıqlar görülüb

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistanla dəmir yolu və avtomobil sərhəd-keçid məntəqələrinin açılması istiqamətində hazırlıqların başa çatdığını bildirib. APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Ermənistanın müvafiq naziri ilə bu məsələn

18:15 196
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

22:46 14
.