Novruz yarmarkasında qiymətlər necədir? - REPORTAJ
Koronavirus pandemiyasına görə 2 illik məcburi fasilədən sonra Bakıda satış yarmarkaları yenidən fəaliyyətə başlayıb. Bakının mərkəzində - "Fəvvarələr meydanı"nda paytaxt sakinləri və şəhərin qonaqları üçün quraşdırılan köşklərdə suvenirlər, hədiyyələr, müxtəlif növ şirniyyatlar, sular, şirələr, milli və xarici mətbəxə aid yeməklər satılır. Həmçinin şəkil çəkdirmək və əylənmək üçün yarmarkanın ərazisində hər yaşa uyğun oyun zonaları və özündə bayram ab-havasını əks etdirən müxtəlif konstruksiyalar quraşdırılıb.
"Report"un əməkdaşı Novruz bayramı yarmarkasına baş çəkib, qiymətlərlə maraqlanıb.
Məlum olub ki, burada satılan məhsullara tələbat kifayət qədər böyükdür. Alıcılar da yaradılan şərait və qiymətlərdən razılıqlarını bildiriblər.
Yarmarka iştirakçısı Nicat Abdullayev bildirib ki, fotosessiya üçün yazılı dekorlar təklif edirlər. Bunun qiyməti isə 2 manatdır. Onun sözlərinə görə, şəkil çəkdirənlər arasında gənclər üstünlük təşkil edir. O, burada kreativ fotoların alındığını bildirib.
Aynur Musayeva da yarmarkada çalışır. O deyib ki, burada stolüstü oyunlara maraq böyükdür: "İnsanlar oynayıb hədiyyə qazanırlar. Yaş kateqoriyası yoxdur. Qiymətlərə gəldikdə isə, atış sərbəstdir, bir nəfər üçün 3 manatdır".
Yarmarkadakı şirniyyat köşkündə də qiymətlər baha deyil. Burada müxtəlif növ şirniyyatları 2-4 manata almaq olar. Müştərilər də bundan razı olduqlarını söyləyiblər.
Səfiyyə Qaracıyeva isə bildirib ki, yarmarkada mart ayının 10-dan fəaliyyət göstərir. O, satışa çıxarılan bütün Novruz təamlarını özü hazırladığını bildirib: "Milli paxlavamızla yanaşı türk paxlavalarına da təlabat çoxdur. Qiymətlərə gəldikdə isə milli paxlavanın qiyməti 24 manat, türk paxlavası isə 40 manat təşkil edir".
Yarmarkada Novruz bayramını təcəssüm etdirən müxtəlif atributlar da var. Atributlara gəldikdə isə şamlar 3, bəzədilmiş yumurtaların qiyməti isə 2-3 manat arasında dəyişir. Araşdırma zamanı məlum olub ki, Novruz aksesuarlarına marağı daha çox turistlər göstərir. Burada da qiymətlər qənaətbəxşdir. Burada "samovar içində samovar" kimi tanınan çay güşəsi də yarmarkanı ziyarət edənlərin diqqətini çəkir. Güşədə meyvə qurularının qiyməti 50 qəpik, təbii otlarla hazırlanmış samovar çayı isə 1 manat təşkil edir. Əlavə olaraq, çayın yanında xurma və şokolad da təqdim olunur. Həmçinin bayram yarmarkasında müxtəlif əl işləri də nümayiş olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 993 Tarix: 12 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTrampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?
ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua
20:15 157 Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox
Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı
19:30 186 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb
Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb. -ın məlumatına görə, Yeni Gəncə qəsəbəsində yerləşən yaşayış binalarının birinin 5-ci mərtəbəsindən yıxılan 2011-ci il təvəllüdlü Ömər Rzayev ağır halda xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir. Hadisənin təfərrüat
15:10 219 Məşq bazasında huşunu itirən Kompani "Bavariya"ya qayıtdı
"Bavariya"nın baş məşqçisi Vensan Kompani səhhətində yaranan problemlərdən sonra klubun düşərgəsinə qayıdıb. xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 40 yaşlı belçikalı mütəxəssis bu gün səhər saatlarında Münhendəki "Zəbener Ştrasse" bazasına gəlib və klubu
20:30 146 Körfəz ölkələri Küveytdə vahid hərbi komandanlığın qərargahını yaradır
Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə Küveytdə vahid hərbi komandanlığın qabaqcıl qərargahının yaradılmasını və orada müvafiq qüvvələrin yerləşdirilməsini təsdiqləyib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar bu gün Bəhreyndə keçirilən KƏŞ-in Birg
16:20 209 NATO nümayəndəsi ilk dəfə Rusiya-Ukrayna-ABŞ danışıqlarında iştirak edir
NATO nümayəndəsi ilk dəfə Əbu-Dabidə keçirilən Rusiya, Ukrayna-ABŞ üçtərəfli danışıqlarında iştirak edir. APA-nın Moskva bürosu xəbər verir ki, Şimal Alyansının Avropadakı Ali Baş Komandanı Aleksus Qrinkeviç danışıqlar masasında oturub. Qrinkeviç bildirib ki, Əbu-Dabidəki danışıqlar davamlı sülh üçü
14:50 190 Faciəvi partlayışa görə saxlanılanların sayı artdı
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı Menemen Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb. İstintaq çərçivəsind
17:00 238 Uraloğlu: Ermənistanla sərhəd-keçid məntəqələrinin açılması üçün hazırlıqlar görülüb
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistanla dəmir yolu və avtomobil sərhəd-keçid məntəqələrinin açılması istiqamətində hazırlıqların başa çatdığını bildirib. APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Ermənistanın müvafiq naziri ilə bu məsələn
18:15 196 İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"
22:46 14