COVID-19-dan sonra ömürlük qalan xəstəliklər açıqlandı
COVID-19 infeksiyası orqanizmdə sonradan heç bir müalicəyə tabe olmayan və ömürlük qalan patologiyaların yaranmasına səbəb ola bilər.
Bu barədə rusiyalı tanınmış həkim-infeksionist Yelena Meskina xəbərdarlıq edib.
Onun sözlərinə görə, son laboratoriya tədqiqatları ilə koronavirusa yoluxub sağalmış pasiyentlərin 15 faizində birinci və ikinci tip şəkərli diabetin yarandığı aşkar edilib. Onların iki faizində diabet koronavirus səbəbindən irəliləyib.
"Yəni onların orqanizmində törədici artıq var idi, sadəcə COVID-19 onun üzə çıxmasına təkan verib. Pasiyentlərin digər 13 faizində isə koronavirusun birbaşa və mənfi nəticəsi olaraq diabet yaranıb, necə deyərlər, debüt edib", - deyə həkim izah edib.
İnfeksionistin sözlərinə görə, koronavirusdan sağalanların arasında kütləvi müşahidə olunan daha bir xəstəlik isə ağciyərlərin fibrozudur. Meskina deyir ki, bəzi pasiyentlərdə tireoidit (qalxanabənzər vəzin iltihabı) də yarana bilər, o isə çox asanlıqla xroniki xəstəliyə çevrilə bilir.
COVID-19-dan sonra yaranan patologiyalar arasında ürək əzələlərinin iltihabı, infarkt və insultlar da yer alır.
"Təəssüf ki, koronavirus ürəyə də ziyan vurur, infarktın inkişafına, ürək əzələsinin iltihabına (miokarditə) səbəb olur. Kardioskleroz da yarana bilər, bu zaman xəstənin miokarddakı normal əzələ toxumaları qeyri-elastik olur, bərkiyir", - deyə infeksionist bildirib.
Meskina əlavə edib ki, göstərilən patologiyalar postkovid sindromu güclənərkən yarana bilər, ona görə də əgər sağlamlıqdan şikayət olmasa belə, həkim müayinəsindən keçməkdə fayda var.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYumurta qan şəkərinə necə təsir edir?
Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı
17.10.2026 822 Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə
25.10.2026 806 Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?
Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu
03.11.2026 672 Kamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur
Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur. "Report" xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönüm
31.10.2026 561 Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil
31.10.2026 617 Diabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri
25.10.2026 788 Ən faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29.10.2026 841 Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı
"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad
11.10.2026 814 Sevdiyiniz musiqi ağrını azalda bilər
İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr
30.10.2026 775