Qida məhsullarına "müalicəvi", "pəhriz" kimi adlar verilməyəcək

Qida məhsullarına "müalicəvi", "pəhriz" kimi adlar verilməyəcək"Qida təhlükəsizliyi haqqında" yeni qanun layihəsinin qəbulu ilə qida məhsullarına "müalicəvi", "pəhriz" kimi adların verilməsi ləğv ediləcək..

Bu barədə BiG.AZ-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməsi və ya bu cür təəssürat yaradan ifadələrin qeyd edilməsi yeni qanunla qadağan edilib.

Həmçinin qida məhsullarının etiket məlumatları (markalama) ilə bağlı yeni tələblər müəyyənləşib. Etiketləmə tələblərinə dair əlavə müddəlar "Qida təhlükəsizliyi haqqında" qanunda yer alıb. İstehlakçıların qavrama və informasiya ehtiyaclarının fərqliliyi nəzərə alınaraq hazırlanan müddəalar qida məhsulları haqqında məlumatların düzgün təqdim edilməsi yolu ilə istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədi daşıyır.

Qanuna əsasən, məhsulun etiketi üzərində həmin qida məhsuluna xas olmayan təsir və ya xassələr göstərilməməlidir. Çünki qida məhsulu üzərində yalnış məlumatların yerləşdirilməsi istehlakçıların aldadılması, dolayısı ilə onların hüquqlarının pozulması ilə nəticələnə bilər.

Aparılan müşahidələr istehlak bazarında bu kimi halların mövcudluğunu üzə çıxarıb. Belə ki, bütün analoji qida məhsulları ilə eyni xassələrə sahib olduğu halda müəyyən bir qida məhsulunun xüsusi xassələrə malik olduğuna və tərkibində xüsusi inqrediyentlərin və ya qida maddələrinin mövcudluğu və ya olmamasına dair ifadələrin yer aldığı məhsullara rast gəlinir. Bu hal həmin məhsulların digər analoji məhsullardan daha üstün olması təəssüratı yaratmaqla, istehlakçılarda yanlış fikrin formalaşmasına gətirib çıxarır. "Qida təhlükəsizliyi haqqında" qanunda yer alan müvafiq tələb məhz bu kimi halların mövcudluğunu aradan qaldırmağa xidmət edir. Qanuna əsasən, sahibkarlıq subyektləri tərəfindən eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələr xüsusi xassələr kimi təqdim edilməməlidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 743   Tarix: 13 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mobil telefonlar niyə bahalaşır? - İQTİSADÇIDAN AÇIQLAMA

Mobil telefon bazarında qiymət dəyişiklikləri alıcıların diqqətində olan əsas məsələlərdən birinə çevrilib. Yeni modellərin təqdim olunması ilə yanaşı, valyuta məzənnələri, logistika xərcləri, idxal şərtləri və istehsalçıların qiymət siyasəti də smartfonların son satış qiymətinə təsir göstərə bilir

15:45 156
.

İranın icazəsi olmadan boğazdan keçən gəmi bombalandı

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) məlumatına görə, Hörmüz boğazında supertanker iki dəniz minasına toxunub. xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, gəmi İranın icazəsi olmadan boğazın cənub hissəsindən keçməyə cəhd edib. Toqquşma nəticəsində supertanke

11:41 158
.

Dünya bazarında qızıl həyəcanı - qiyməti yenə artdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiyməti artıb. xəbər verir ki, bir troya unsiyası qızılın qiyməti 6,49 dollar artaraq 4 436,4 dollar təşkil edib. Gümüşün qiymətində də yüksəliş qeydə alınıb. Belə ki, gümüşün bir unsiyasının qiyməti 0,40 dollar artaraq 66,67 dollara çatıb

01.09.2026 229
.

Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin mətnini təqdim edir:

12:21 140
.

Müharibədə gərginlik artır: "Tərəflər yeni strategiyaya keçirlər" - POLİTOLOQDAN AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsində son günlər hava hücumlarının intensivliyi yenidən artıb. 2 sentyabrda Rusiya qüvvələrinin Kiyev və Odessa vilayətlərinə kütləvi raket və dron zərbələri endirdiyi, nəticədə enerji infrastrukturu və yaşayış binalarının zərər gördüyü bildirilir. Reuters-in məlumatına görə, Odessad

15:30 230
.

Saxta Wi-Fi şəbəkələri: Telefonunuz təhlükə ilə üz-üzə qala bilər

"Parkda, kafedə və ya ticarət mərkəzində təklif olunan pulsuz Wi-Fi istifadəçilər üçün rahatlıq yaratsa da, təhlükəsizlik baxımından ev və ya ofis şəbəkəsi qədər etibarlı hesab edilmir. Bunun əsas səbəbi bu şəbəkələrin açıq mühitdə fəaliyyət göstərməsidir. Eyni anda onlarla, bəzən isə yüzlərlə insanı

13:00 169
.

11,1 milyard manat investisiya, cəmi 1,4 faiz artım: Sərmayələr niyə iqtisadiyyatı sürətləndirmir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda investisiyaların həcmi artır, lakin iqtisadi artım bu dinamikanı tam əks etdirmir. 2026-cı ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatının əsas kapitalına 11,1 milyard manatdan çox vəsait yatırılıb. Sərmayələrin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz artsa da, ÜDM-də artı

11:39 246
.

Tramp: "İranın razılaşma imzalaması heç vecinə də deyil"

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Truth Social-da paylaşım edərək İranın razılaşma imzalamasına "əhəmiyyət vermədiyini" iddia edib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, o, paylaşımda bildirib ki, "Hörmüz boğazına demək olar ki, tam nəzarət etdiyimiz və iqtisadiyyatlarını

11:23 213
.

"Təndir hamamı"nın məlumat lövhəsini söküblər?

Bakının Mərkəzi Parkında yerləşən və "Təndir hamamı" kimi tanınan XIX əsrə aid memarlıq abidəsinin, eləcə də yaxınlığındakı qədim su quyusunun məlumat lövhələrinin yoxa çıxdığı bildirilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bakı Gündəlyi" məlumat yayıb. Paylaşılan fotolarda

15:34 79
.