Ceyhun Bayramov: "Azərbaycan erməni əsilli vətəndaşlarının hüquq və azadlıqlarını təmin etməkdə qətiyyətlidir"
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb.
Bu barədə Oxu.Az-a Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Görüşdə Migel Angel Moratinos Azərbaycanda dinlərarası və sivilizasiyalararası dialoqa verilən əhəmiyyət, habelə bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib, eyni zamanda Azərbaycan tərəfindən bu xüsusda atılan addımların əlamətdar və nümunəvi olduğunu bildirib. Özünün Azərbaycana müxtəlif vaxtlarda səfərlərini xatırlayan Migel Angel Moratinos Azərbaycana son səfəri zamanı işğaldan azad olunmuş əraziləri ziyarət etdiyini və oradakı dağıntıları öz gözləri ilə gördüyünü vurğulayıb. Azərbaycan ilə əməkdaşlığın növbəti mərhələdə möhkəmləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin xətti ilə "Peace for Culture" təşəbbüsü çərçivəsində addımların atıldığını bildirən Migel Angel Moratinos, yaxın gələcəkdə anlaşma memorandumunun imzalanacağı və bu xüsusda Nyu Yorkda xüsusi tədbirin keçiriləcəyini qeyd edib.
Nazir Ceyhun Bayramov, Azərbaycanda ənənəvi olaraq çoxmillətli və müxtəlif dinlərə məxsus insanların sülh şəraitində yaşadığını bildirib. Azərbaycanın multikulturalizm ənənələri haqda ətraflı məlumat verən nazir, multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu qeyd edib. Eyni zamanda, Ceyhun Bayramov Azərbaycanın münaqişənin təsirinə məruz qalan ərazilərində yaşayan erməni əsilli vətəndaşların bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqlarını təmin edərək onları yenidən öz siyasi, sosial və iqtisadi məkanına reinteqrasiya etmək üçün addımlar atmaqda qətiyyətli olduğunu bildirib.
Post münaqişə dövründə, işğaldan azad olunmuş ərazilərdə mədəni irsin mühafizə və bərpası istiqamətində atılan addımlara toxunan nazir Ceyhun Bayramov, bu xüsusda işğaldan azad olunmuş ərazilərdə dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün mədəni irs nümunələrinin qorunması, bərpası, habelə restavrasiyası istiqamətində beynəlxalq ekspert və qurumlarla əməkdaşlıq edildiyini diqqətə çatdırıb, həmçinin bunun Azərbaycanın sözügedən prosesdə nə qədər şəffaf və açıq olduğunu göstərdiyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 687 Tarix: 12 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAntalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir
19:15 171 Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər
Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün tətbiq olunan vergi güzəştləri mərhələli şəkildə azaldılır. Yeni yanaşmaya əsasən, 2027-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin gəlir və mənfəə
20:45 149 Quşların qışda donmamasının sirri: Bədən temperaturlarını aşağı salırlar
Quşların qış aylarında açıq havada, hətta sərt şaxtalarda belə gecəni donmadan keçirməsinin səbəbləri məlum olub. Məlum olub ki, bəzi quş növləri soyuqdan qorunmaq üçün həm davranışlarını dəyişir, həm də bədən temperaturunu aşağı salaraq enerjiyə qənaət edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə Norve
13:00 230 Quba sakini Bakıda dəm qazından boğularaq öldü
Bakıda bədbəxt hadisə baş verib. xəbər verir ki, əslən Quba rayonundan olan 30 yaşlı Rahim Yüzbaşıyevin meyiti evdən aşkarlanıb. İlkin məlumata əsasən, mərhum dəm qazından zəhərlənərək həyatını itirib. Faktla bağlı araşdırma aparılır
15:20 233 İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb
İspaniyanın Asturiya muxtar bölgəsinin Ovyedo şəhərində baş verən partlayış nəticəsində azı bir polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb. Bu barədə EFE agentliyi məlumat yayıb. Məlumata görə, yaşayış evlərindən birində atəş açılması barədə məlumat daxil olduqdan sonra polis əməkdaşları hadis
18:45 178 Prezident polşalı həmkarına məktub göndərdi
Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi. Baş vermi
12:37 206 Dekabrda neçə gün iş olmayacaq?
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazara təsadü
14:10 350 Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq
İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi
16:40 217 "Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu
"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma
14:43 227