Zelenski: "Rusiyalı hərbçilər artıq tək-tək deyil, qrup halında əsir düşürlər"

Zelenski: "Rusiyalı hərbçilər artıq tək-tək deyil, qrup halında əsir düşürlər"Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun onun ölkəsinə müdaxiləsindən sonra itirdiklərinin dünyanın bir çox ordusunun ümumi gücünə bərabər olduğunu deyib.

"Rusiya Ukraynada inanılmaz sürətlə böyük itkilər yaşayır: müharibənin 17 günü ərzində onun 31 batalyon-taktiki qrupu döyüş qabiliyyətini itirib, 360-dan çox tankı, 1205 zirehli avtomobili, təxminən 60 təyyarəsi və 80 helikopteri məhv edilib", - deyə Zelenski videomüraciətində qeyd edib.

Ukrayna Prezidentinin sözlərinə görə, itkilərin dinamikası Rusiya ordusunun son illər ərzində ən böyük zərbə aldığını deməyə əsas verir: "Bu qədər müddət ərzində onlar heç yerdə bu həcmdə itki verməmişdilər".

"Dünyanın bir çox ölkəsinin ordusunda Rusiyanın Ukraynaya müdaxiləsindən sonra itirdiyi qədər qüvvə heç yoxdur", - Zelenski deyib.

O, həmçinin bildirib ki, rusiyalı hərbçilər artıq tək-tək deyil, qrup halında əsir düşürlər. Həmçinin rusiyalı əsgərlərin qrup şəklində Ukrayna ərazisini tərk edərək Rusiyaya qaçmağa cəhd etdiklərini də diqqətə çatdırıb.

Ukrayna lideri vurğulayıb ki, ölkəsinin ordusu fövqəladə uğurlar əldə etsə də, "müqavimətin enerjisini" azaltmaq olmaz və müdafiəni birlikdə qurmaq lazımdır.

"Bu, Vətən, xalq müharibəsidir, müstəqillik uğrunda müharibədir, tək dövlətin deyil, Ukraynanın müharibəsidir", - Zelenski əlavə edib.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 841   Tarix: 12 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakının mənzil bazarında 2 ayın mənzərəsi: qiymətlər sabit tempdə artır - ARAŞDIRMA

Bu ilin əvvəlindən Bakının daşınmaz əmlak bazarında müşahidə olunan dinamika göstərir ki, yanvar ayında qeydə alınan nisbətən yüksək artımdan sonra bazar fevral ayında daha sabit və ölçülü artım mərhələsinə keçib. Bu barədə "Report"a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətini

07.03.2026 168
.

Tiktokda rəy yazan arvadını döydü

Bakıda kişi tiktokda rəy yazan arvadını döyüb. Hadisə Sabunçu rayonu, Şəhər şossesində yerləşən evlərdən birində qeydə alınıb. İttiham aktına görə, 38 yaşlı E. Paşayev axşam saatlarında evdə tiktok sosial şəbəkəsində canlı yayımda olub. Bu zaman arvadının da həmin sosial şəbəkədə rəy yazdığını görüb

07.03.2026 131
.

Azərbaycanda işıqlandırma üçün müxtəlif növ lampalardan istifadəyə yol veriləcək

Energetika Nazirliyinin Kollegiyası 27 iyun 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Elektrik qurğularının quraşdırılması Qaydaları"nda dəyişiklik edib. "Report" xəbər verir ki, bununla bağlı nazir, Kollegiyanın sədri Pərviz Şahbazov yeni qərar imzalayıb. Qərara əsasən, Azərbaycand

07.03.2026 146
.

Donald Trampa sui-qəsd planları hazırlayan pakistanlı saxlanıldı

Bruklindəki federal münsiflər heyəti 47 yaşlı pakistanlı Asif Merçantı ABŞ siyasətçilərinə qarşı sui-qəsdlər planlaşdırmaqda günahkar bilib. xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Bildirilib ki, Asif Merçant prezident Donald Tramp da daxil olmaqla, ABŞ-nin yüksəkvəzifəl

07.03.2026 229
.

Bu saatlarda qətiyyən ATM-dən pul çıxartmayın!

Bankomatlarda dələduzluq hallarının artması istifadəçiləri narahat etməyə başlayıb. Xüsusilə gecə və səhər erkən saatlarda edilən əməliyyatlar yüksək risk daşıyır. Sadə bir pulçıxarma prosesi kart məlumatlarının kopyalanması və hesabın tamamilə boşaldılması ilə nəticələnə bilər. xəbər verir ki, dələduzla

07.03.2026 288
.

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

Ötən il Azərbaycan 44,7 milyon ABŞ dolları dəyərində 2 min 775 kiloqram zərgərlik məmulatları (gümüş və digər qiymətli metallardan) idxal edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 2,

07.03.2026 162
.

Bu avtobuslar yenilənir

Metronun "28 May" stansiyasını Sabunçu qəsəbəsi (68 nömrəli tam orta məktəb) ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, martın 9-dan "BakuBus" MMC xəttin istismarını həyata keçirəcək. xəbər verir ki, marşrut xəttində 30 böyüktutuml

07.03.2026 159
.

Fridrix Ştift: İranda hərbi əməliyyatlar başa çatana qədər Azərbaycanda qalacağıq

İranı tərk edərək digər dörd avstriyalı diplomatla birgə Azərbaycana keçən Avstriyanın Tehrandakı səfiri Fridrix Ştift qəbula görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. "Report"un Cənub bürosu xəbər verir ki, Fridrix Ştift mətbuat nümayəndələri ilə söhbətində təfərrüatları bölüşüb. "Hazırd

07.03.2026 188
.

Azərbaycanda bu tarixdə QISA İŞ GÜNÜ OLACAQ

Azərbaycanda 19 mart qısaldılmış iş günü olacaq. BİG.AZ -a istinadən xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən 20-24 mart Novruz bayramı, 20-21 mart isə Ramazan bayramı ilə əlaqədar olaraq 19 mart (cümə axşamı) ölkə üzr

00:13 86
.

TOP MP3