Şeyx Əbdül: "Həmişə demişəm, sevib ailə həyatı qurmaq lazım deyil..."

Şeyx Əbdül: "Həmişə demişəm, sevib ailə həyatı qurmaq lazım deyil..."Xalq artisti, rejissor, aktyor Şeyx Əbdül Mahmudbəyov televiziya çıxışlarının birində bildirib ki, "evi olmayanların ailə həyatı qurması düzgün deyil". Xalq artistinin bu fikiri cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri onun haqlı, bəziləri də haqsız olduğunu bildirib.

Əslində Əbdül Mahmudbəyov bu fikirləri altında nəyi izah etmək estəyib? Rejissor Qaynarinfo-ya müsahibəsində bildirib ki, yeni ailə quran cütlüklərin tez bir zamanda boşanması sosial problemlərdən qaynaqlanır.

- Bəli demişəm. Ölkədə baş verən faciələri görürəm. Bütün bunların hər biri sosial problemlərdən qaynaqlanır. Qısa zamanda bəh-bəhlə qurulan ailələr dağılır. Bacı-bacı, qardaş da qardaşla razılaşıb iki cavanı evləndirib atırlar cəmiyyət adlı əjdahanın ağzına. Əjdaha da bunları bir göz qırpımında udur. Əvvəl xalqın adət-ənənəsi vardı, min illərdir ki, biz onlarla birgə addımlayırıq. İki gənci evləndirəndə bütün qohum-əqraba bir yerə yığılıb qıza çehiz hazırlayardı. Hərə gücü çatan bir cehiz verirdi ki, bu gənc yeni qurduğu ailə həyatna ehtiyac içərisində başlamasın. Qab-qacaq, yorğan-döşək hədiyyə verərdilər. Həm cəmiyyət, həm də doğmalar əllərindən gələn dəstəyi verirdi ki, yeni qurulan ailə xöşbəxt yaşasın, bir yerdə problemlərin öhdəsindən gəlsinlər. Amma indi belə şey yoxdur, indi evlələnlərin böyük əksəriyyətinin evi yoxdur, yeni qurulan ailə həyata özgənin evindən başlayır.

- Deyirsiniz, yeni ailə həyatı quran cütlük yaşamaq üçün kirayə mənzilə getməsin?

- Yox, olmaz... İndikilər küçədə, internetdə tanış olurlar. Bu gün Bakıda 2 milyona yaxın rayonlardan gələn vətəndaşlarımız var. Hərəsinin qolunda iki-üç uşaq. Çoxu da qohumdurlar, ailələri onları evləndirib, problemlə üzləşən kimi kişi, yaxud da qadın ailəni atıb çıxıb gəlib şəhərə. Nəticədə cəmiyyətdə başıpozuqluq yaranıb. Milli adət-ənənəmizə qarşı acınacaqlı cinayətkar münasibəti formalaşıb. Ən dəhşətlisi odur ki, evi, maddi təminatı və ailə həyatı qurmağa hazır olmayan, sosial problemi başından aşanlar cəmiyyətdə çoxluq təşkil edir. Bəla da burdan başlayır. Mən həmişə demişəm, indi də deyirəm, sevib ailə həyatı qurmaq lazım deyil.

- Bəs, ailə həyatını kim və necə qurmalıdır?

- Ağılla düşünüb evlənmək lazımdır. Sevgi ilə evlənənlərin axırı olmur. Bu olur "Leyli və Məcnun" dastanı. Sevmək havadır, sən bu ailəni saxlamağa hazır deyilsənsə, təminatını verə bilmirsənsə, o sevgi yarı yolda qırılacaq. Söhbət uzun bir ailə həyatından, incə bir yoldan gedir. Dünyaya yeni uşaqlar gələcək, onların tərbiyəsi var, cəmiyyətdə formalaşması var. Dünyaya gələn uşaq cəmiyyət üçün formalaşmalıdır. Uşaq evləri, yetimxanalar ağzına kimi uşaqla doludur. Dəhşətdir, yol-iriz, körpünün altı, vağzal - hara baxırsan, uşaq və anadır. İnsanlar yaşaya, dolana bilmir. Yaşamağa hazır olmayan insanlar cəmiyyət üçün yetim, təhlükəli insan istehsal edir. Başsız, yiyəsiz uşaqlar cəmiyyəti necə idarə edər? Bunun acı nəticəsi bizim sosial problemlərimizdir. Bizim "bunlar çox uşaq doğurlar ki, hokumətdən uşaq pulu alsınlar" deyə parlamentdə çıxış edən deputatlarımız var. Faciədir, dəhşətdir... Dünyanın bütün ölkələrində bu genofond məsələsini həll etmək üçün əldən-ayaqdan gedirlər. Dövlətdən pul ayırırlar, ev, şərait verirlər ki, genofond bərpa olunsun. Bu saat dünya genofond, intelektual səviyyə üstündə qurulub. Amma bizim deputatın dediklərinə baxın. Belə bir cəmiyyətdə saxta sevgi adı altında cavanları evləndirib tankın altına atmaq olmaz. Bunun nəticəsi dağılan ailələr və yetim uşaqlar, başsız qalan qadınlardır. Biz cəmiyyətimizə, gələcəyimizə sahib durmalıyıq. Azərbaycan zəngin ölkədir, imkanı var. Biz yeni qurulan ailələri mənzillə təmin etməliyik.

- Necə?

- Bakıda milyonlarla boş qalan mənzil var. Bu barədə o vaxtlar açıqlama da verilib. Dövlətdən oğurlanan pullarla tikilən evləri boş qoymaq olmaz. Onların statistikası aparılsın və verilsin gənc ailələrə. Ünvanı bəlli olmayan millətin axirəti də bəlli olmaz. İnsanlar da normal həyat yaşasın. Evi-eşiyi olmayan birinin eşq adı altında evlənməsi xalqın, millətin, dövlətin faciəsidir, vəssalam. Bu, xalqın və dövlətin problemidir. Hər şey dövlət səviyyəsində həll olunmalıdı. Eşqlə, məhəbbətlə ailə həyatı qurub, cəmiyyəti idarə eləmək mümkün deyil. Eşq ikinci dərəcəli məsələdir. Etibardı, inamdı məhəbbət. Məsələn, mən günəmuzd işləyirəm və 400 manat pul alıram. Belə bir vəziyyətdə ailə qururam və kirayədə qalıram. Bakıda 200 manatdan aşağı kirayə ev yoxdur. Özü də padvallarda... Yaxşı, bunun 200 manatın kirayəyə verdin, 100 manatı da kommunal xərclərə, bəs nə ilə dolanacaq bu bir-birini sevən aşiqlər? İstənilən ilahi məhəbbət belə, bu problemin qarşısında sönür. Borclar yığılır, verə bilməyəndə ev yiyəsi səni evdən bayıra atır. Getməyə evin, yeməyə yeməyin olmayanda nə edəcəksən? Nə qədər dözmək olar. Eşq, məhəbbətini də sosial problemlər əlindən alır. Mən bunu ona görə demişəm ki, cəmiyyət öz övladlarına sahib durmalıdır. Bu gün biz bunu görmürük. Ehtiyacdan atılan uçaqların sayı-hesabı yoxdur. O uşaqlar bizim gələcəyimizdir. Belə bir yetim uşaq cəmiyyətə gələcəkdə nə verəcək?..


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1078   Tarix: 23 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 359
.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

09.11.2026 310
.

"Ukraynanın coğrafiyası artıq dəyişib"

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini

09.11.2026 236
.

Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs

10:17 187
.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə

09.11.2026 293
.

Antalyada 102 lider bir araya gələcək

Antalyada bu gün başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) 95 ölkənin dövlət və hökumət başçısı, eləcə də 7 beynəlxalq təşkilatın rəhbəri bir araya gələcəklər. "Report"a istinadən xəbər veri

09.11.2026 299
.

Əfsanəvi cüdoçu Fransa prezidentliyinə namizəd oldu

Fransalı əfsanəvi cüdoçu, beşqat Olimpiya çempionu Teddi Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. xəbər verir ki, 37 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Ölkəmizin üzləşdiyi çətinliklərlə barışmaq artıq geri çəkilmək deməkdir

09.11.2026 291
.

Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib

09.11.2026 231
.

Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq

Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n

09.11.2026 224
.