Vətən müharibəsində iştirak edən hərbçilər təltif olunublar - VİDEO

Vətən müharibəsində iştirak edən hərbçilər təltif olunublar - VİDEOƏlahiddə Ümumqoşun Orduda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamları ilə təltif edilən Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Medalların təqdim edilməsi mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Vətən müharibəsi iştirakçıları ilə görüşən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Ordu quruculuğu siyasətindən və 44 günlük müharibə ilə qazanılan zəfərdən danışıb.

General-polkovnik Kərəm Mustafayev bildirib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda gedən mübarizədə xalqımız əzm və iradə ilə bir yumruq olub düşmənə sarsıdıcı zərbələr endirdi. Vətən müharibəsi ilə yazılan bu tarix Azərbaycanımızın inkişafı üçün möhkəm bünövrə olmaqla bərabər regionumuz üçün də dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir. Vətən müharibəsində iştirak etmiş Naxçıvandan olan hərbçilərə və Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyətinə yüksək qiymət verən Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: "Naxçıvanlılar İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər".

Martın 15-də şəhid ailələrinə və qazilərə mənzillərin, Vətən müharibəsi iştirakçılarına avtomobillərin təqdim olunduğu tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin "Azərbaycanın xoşbəxt gələcəyi Azərbaycan vətəndaşlarının Vətənə olan sevgisi, vətənpərvərliyi və millətimizin qüdrəti ilə bağlıdır", - fikirlərini xatırladaraq demişdir: İkinci Qarabağ müharibəsində Lider-xalq birliyi və igid oğullarımızın qəhrəmanlığı xalqımıza böyük zəfər qazandırdı".

Azərbaycan-Türkiyə dostluq əlaqələrindən və hərbi əməkdaşlığından danışan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin Qafqaz regionu üçün əhəmiyyətini və bu kontekstdə Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyətinin nəzərə alınacaq perspektivini qeyd edib.

Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçıları kapitan Üzeyir Novruzov və baş leytenant Fariz Babayev döyüşlər barədə təəssüratlarını bölüşüb, müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən qayğıdan danışıblar.

Tədbirdə dövlət təltifləri haqqında məlumat verilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamları ilə təltif edilmiş İkinci Qarabağ müharibəsinin iştirakçılarına Xocavəndin, Cəbrayılın, Zəngilanın və Ağdamın azad olunmasına görə medalları təqdim edilib.

Şəxsi heyətin təntənəli keçidi ilə təltifetmə mərasimi başa çatıb./oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 936   Tarix: 25 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə

09.11.2026 291
.

Şəhid qardaşı Avrasiya çempionu oldu

İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı

09.11.2026 298
.

XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün vəfatının ildönümüdür. Düny

10:10 148
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

09.11.2026 213
.

Maykl Kerrik "Mançester Yunayted"dən gedir?

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual

09.11.2026 293
.

Xəyanət qalmaqalı "Nvidia"nın səhmlərini ucuzlaşdırdı

ABŞ-nin texnologiya nəhəngi "Nvidia"nın səhmləri şirkətin baş direktoru Jensen Huanq ətrafında yaranan qalmaqal fonunda 4 faizdən çox ucuzlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik yazır ki, noyabrın 9-da birjadankənar ticarətd

09.11.2026 268
.

Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?

Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas

09.11.2026 237
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

09.11.2026 360
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 297
.