Daha bir rusiyalı oliqarx sanksiyalardan şikayətləndi - "Biznesimiz məhv olub"
Ukraynadakı vəziyyətlə əlaqədar Qərbin tətbiq etdiyi sanksiyaların qurbanlarından biri də rusiyalı oliqarx, "Alfa-Bank"ın İdarə Heyətinin keçmiş sədri Pyotr Avendir.
BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, o, "Financial Times"a müsahibə verərək, sanksiyalardan sonra necə yaşayacağını bilmədiyini efiraf edib:
"Biznesimiz tamamilə məhv olub. 30 il ərzində qurduğumuz hər şey indi tamamilə dağıdılıb. Necəsə yeni həyata başlamalıyıq. Xadimə və ya sürücü işə götürə bilərəm? Özüm maşın sürmürəm. Bəlkə ögey qızım sürər. Necə sağ qalacağımızı anlamırıq" deyə, Aven bildirib.
Rusiyalı oliqarx vurğulayıb ki, onun indi nə yaxtası, nə də şəxsi təyyarəsi var. Onun bütün hesabları və aktivləri (o cümlədən daşınmaz əmlakı) sanksiyalara görə dondurulub.
Nəşr xatırladıb ki, "Forbes" jurnalının məlumatına görə, 2021-ci ildə Avenin sərvəti 5,3 milyard dollar olub. Hazırda olduğu Londonda onun zənginlərin yaşadığı Sent Ceyms bölgəsində ən üst mərtəbədə dupleks mənzili və şəhərətrafı ərazidə sənət kolleksiyası olan malikanəsi var. Aven müsahibə üçün gələn jurnalistləri də elə öz mənzilində qəbul edib.
Nəşr həmçinin, yazıb ki, Avropa banklarının Rusiya ilə transsərhəd əməliyyatlarını dondurmasından bir neçə gün əvvəl, oliqarxın həyat yoldaşı Londonda bankomatlardan gələcəkdə baş verəcək hadisələrə hazır olmaq üçün mümkün qədər çox pul çəkib.
Müsahibə əsnasında rusiyalı oliqarx bunun bir nəticə verməyəcəyini bilsə də sanksiyalara etiraz edəcəyini deyib. Onun sözlərinə görə, britaniyalı hüquqşünaslar ümumiyyətlə ruslarla işləmək istəmirlər:
"Mənə dedilər ki, sanksiyaları dəyişmək demək olar ki, mümkün deyil".
"Financial Times"ın məlumatına görə, Aven 20 gündən az müddətdə Böyük Britaniyadan qovulma təhlükəsi ilə üzləşə bilər. Lakin o, həyat yoldaşı və səkkiz yaşlı övladı ilə birlikdə burada qalmaq istəyir. Çünki o, etiraf edir ki, buradan getsə, bir daha geri dönə bilməyəcək.
Bankir həmçinin qeyd edib ki, o, sanksiyaları ədalətsiz hesab edir. O, bildirib ki, rusiyalı iş adamlarına qarşı tətbiq olunan sanksiyalar Rusiya Prezidenti Vladimir Putinə heç bir şəkildə təsir etməyəcək.
Aven eyni zamanda, Putinin yaxın çevrəsi ilə yaxınlığının olması, Rusiyada bizneslə məşğul olmaq üçün prezidentlə əlaqə saxlamağın tələb edilməsi və Kremldən zəng gələrkən cavab verməkdən başqa çarəsinin olmaması ilə bağlı iddiaları təkzib edib.
Qeyd edək ki, bundan əvvəl rusiyalı milyarder Mixail Fridman "Bloomberg"ə müsahibəsində bloklanmış hesablarına görə düşdüyü acınacaqlı vəziyyətdən şikayətlənib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 985 Tarix: 25 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs
10:17 178 Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq
Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn
09.11.2026 222 Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n
09.11.2026 224 "Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi
"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"
09.11.2026 297 İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - Video
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ səfəri ilə bağlı videoçarx paylaşılıb. xəbər verir ki, paylaşıma dövlətimizin başçısının "Türkiyə-Azərbaycan birliyi əbədidir" sitatı əlavə edilib. Həmin paylaşımı təqdim edirik. Paylaşım
10:57 136 İlham Əliyev Ərdoğana başsağlığı verdi
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Əziz Qardaşım. İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarə
12:02 0 Almaniyada 13 min ildir "yatan" vulkan oyanır: Püskürmə bütün Avropada hiss olunacaq
Almaniyanın qərbində yerləşən və uzun müddət sönmüş hesab edilən Laax vulkanında aktivlik əlamətləri qeydə alınır. Alimlər mümkün güclü püskürmənin təkcə Almaniyaya deyil, Mərkəzi Avropanın böyük hissəsinə ciddi təsir göstərə biləcəyini bildirirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "Twoja Pogoda"
11:45 68 Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi
Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə
09.11.2026 308 Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Hindistanın Bihar ştatının qanunverici məclisinin deputatı Anant Sinqh qızının toyuna 400 min nəfərədək qonaq dəvət etməyə hazırlaşır. Mərasim noyabrın 25-nə planlaşdırılıb. NDTV-yə istinadən xəbər verir ki, deputatın qızı Şivanqi Rişikeş Kumarla ailə quracaq. Toy Sinqhin doğma kəndində keçiriləcək v
12:00 22