DYP sürücülərə müraciət etdi

DYP sürücülərə müraciət etdiDaxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Novruz bayramı ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər edən əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə bağlı müraciət yayıb.

BiG.AZ müraciət mətnini təqdim edir:

"Novruz bayramı ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması avtomobil yollarında nəqliyyat vasitələrinin sıxlığının və hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artırmasına səbəb olmuş, bu, eləcə də son günlər havaların qeyri-sabit keçməsi isə yollarda qəza ehtimalının yüksəlməsinə təsirsiz ötüşmətib.

Tətil günlərinin yol qəzası nəticəsində yaranan arzuolunmaz hadisələr fonunda bitməməsi üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək onlardan təhlükəsizlik qaydalarına əməl etməyi, yorğun, yuxusuz və ya sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etməkdən çəkinməyi və belə hallara yol verən sürücülərə qarşı biganə qalmamağı xahiş edir.

Xüsusilə sürücülərə xitab edərək onları yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə, nümunəvi davranışla digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə qarşı isə səbrli və təmkinli olmağa çağırırıq. Uzaq məsafə qət edən sürücü və sərnişinlər qısa müddətli istirahət üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 784   Tarix: 26 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah hava necə olacaq?

Sentyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-20 isti

01.09.2026 170
.

"ŞƏT-in gücü coğrafi mövqe, əhali, iqtisadi faktorlar baxımından malik olduğu miqyasdadır" - millət vəkili Rizvan Nəbiyev

Azərbaycan 2016-cı ildən ŞƏT-in dialoq tərəfdaşıdır və son illərdə təşkilatla əlaqələri daha da dərinləşdirir. Məlum olduğu kimi, Bişkekdə "ŞƏT plyus " formatında yüksək səviyyəli görüş start götürüb. Millət vəkili Rizvan Nəbiyev görüşlə bağlı BİG.AZ-a geniş açıqlama verib:. "Azərbaycanı

01.09.2026 212
.

Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi

Aparıcı Lamiyyə Ələkbərova yeni kanalda fəaliyyətə başlayıb. Axşam.az-ın əldə etdiyi məlumata görə, aparıcı TMB kanalında icraçı direktor vəzifəsinə dəvət olunub. O, bir neçə gündür yeni vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, Lamiyyə Ələkbərova 1995-2006-ci illərdə Azərbaycan Dövlət Televiziyasınd

01.09.2026 257
.

Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri sentyabrın 1-də başa çatıb. AZƏRTAC-a istinadən xəbər verir ki, "Manas" Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanı

01.09.2026 158
.

Bişkekdə diplomatik şahmat: Prezident İlham Əliyevin ŞƏT sammitində görüşləri Azərbaycana nə vəd edir?

Azərbaycan Prezidentinin Bişkek diplomatiyası: sülhdən nəqliyyat dəhlizlərinə, regional əməkdaşlıqdan yeni iqtisadi imkanlara qədər.Bişkek son iki gündə yalnız Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edən şəhər deyil, həm də Avrasiya siyasətinin mühüm diplomatik mərkəzlərindən birinə çevrilib

01.09.2026 202
.

Türkiyə-Özbəkistan-Qırğızıstan: Türk dünyasının yeni iqtisadi üçbucağı

"Türk dünyasında son illərdə siyasi və diplomatik münasibətlərlə yanaşı, iqtisadi əlaqələrin də sürətlə inkişaf etdiyi müşahidə olunur. Türkiyə, Özbəkistan və Qırğızıstan arasında mövcud əməkdaşlıq bu prosesin mühüm istiqamətlərindən biri kimi diqqət çəkir. Üç ölkənin coğrafi mövqeyi, iqtisadi potensial

01.09.2026 183
.

Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı

Ukraynanın Rusiyanın qərbinə endirdiyi zərbələr zamanı bir dron qısa müddətə Estoniyanın cənub-şərq hava məkanına daxil olub və bununla əlaqədar hava təhlükəsi barədə xəbərdarlıq elan edilib. xəbər verir ki, bu barədə ERR məlumat yayıb. Məlumata görə, NATO-nun hava hücumundan müdafiə missiyası çərçivəsind

01.09.2026 155
.

Rusiyanın Kiyevə gecə hücumu nəticəsində 8 nəfər ölüb

Rusiya qüvvələri sentyabrın 1-nə keçən gecə Kiyev və Kiyev vilayətinə genişmiqyaslı raket və dron hücumu həyata keçirib. xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hücum nəticəsində Kiyevdə 8 nəfər həyatını itirib, 3-ü uşaq olmaqla 5 nəfər yaralanıb. Məlumata əsasən

01.09.2026 147
.

Axtarışda olan şəxs nahar üçün polislərin restoranına gəldi

ABŞ-da polis əməkdaşları axtarışda olan cinayətkarla nahar zamanı təsadüfən qarşılaşıblar. xarici mediaya istinadla bildirir ki, polislər daim getdikləri restoranda əvvəllər iki dəfə saxlamağa çalışdığı şəxslə rastlaşıblar. Kişi şərti vaxtından əvvəl azadlığa buraxılma qaydalarını pozduğuna görə axtarışd

01.09.2026 173
.