Səfir: "Azərbaycanda Hindistan məhsulları və xidmətləri üçün yaxşı imkanlar mövcuddur"
Hindistanın Azərbaycanla iqtisadi əlaqələrini şaxələndirməsi üçün böyük potensial var, belə ki, Azərbaycanda Hindistan məhsulları və xidmətləri üçün yaxşı imkanlar mövcuddur.
"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən "Best of India" - Hindistan məhsullarının ən böyük eksklüziv Ticarət Sərgisinin açılışında Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna qeyd edib.
Onun sözlərinə görə, pandemiyaya baxmayaraq, iki ölkə arasında iqtisadi əlaqələr genişlənməkdə davam edir. O, 2021-ci ildə Hindistan və Azərbaycan arasında ümumi ticarət dövriyyəsinin 2020-ci illə müqayisədə 27 % artdığını və bu sərginin iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
B.Vanlalvavna tədbirin Hindistanın müstəqilliyinin 75-ci ildönümünü münasibətilə Azadi Ka Amrit Mahotsav təşəbbüsü çərçivəsində keçirilən geniş tədbirlər silsiləsinin bir hissəsi olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Yun və Yun Məhsullarının İxracının Təşviqi Şurasının sədri Sanjeev Dhir Hindistanın yun məhsulları üçün Azərbaycanda böyük potensialın olduğunu bildirib. O vurğulayıb ki, Hindistan məhsulları həm keyfiyyət, həm də kəmiyyət baxımından qlobal miqyasda rəqabətədavamlı olduğundan bu bazarda Hindistanın yun və digər tekstil məhsullarının, eləcə də əl işləri məmulatlarının payını artırmaq olar.
Sərginin 9 günü ərzində Hindistanın 60-a yaxın şirkəti düyü, çay, ədviyyatlar, hədiyyələr, əl işləri, ev mebeli kimi yüksək keyfiyyətli məhsul və xidmətlərini nümayiş etdirəcək. Sərgi 2022-ci ilin martın 26-dan aprelin 3-dək saat 11:00-dan 19:00-dək davam edəcək. Sərgiyə giriş ödənişsizdir.
Əsl Hindistan çayının dadına baxılması üçün sərgi salonunda Səfirlik tərəfindən təşkil olunan stend çoxlu sayda ziyarətçi cəlb edir. Sərgidə Hindistan turizmi, mədəniyyəti, eləcə də Hindistanda investisiya imkanlarına dair təqdimat videoları da nümayiş etdirilib. Sərginin açılış günündə ziyarətçi sayı gözləniləndən qat-qat çox idi. Ənənəvi hind rəqsləri, Bollivud mahnıları ifaları və xına (Mehndi) stendləri böyük marağa səbəb olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 690 Tarix: 26 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlmaniyada 13 min ildir "yatan" vulkan oyanır: Püskürmə bütün Avropada hiss olunacaq
Almaniyanın qərbində yerləşən və uzun müddət sönmüş hesab edilən Laax vulkanında aktivlik əlamətləri qeydə alınır. Alimlər mümkün güclü püskürmənin təkcə Almaniyaya deyil, Mərkəzi Avropanın böyük hissəsinə ciddi təsir göstərə biləcəyini bildirirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "Twoja Pogoda"
11:45 45 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində
09.11.2026 285 Eniş anında iki paraşüt toqquşdu - Ölənlər var - Fotolar
ABŞ-nin Kaliforniya ştatında yerləşən "Skydive Elsinore" mərkəzində dəhşətli aviasiya hadisəsi baş verib. Eniş zonasına yaxınlaşarkən havada toqquşan iki təcrübəli paraşütçü ağır xəsarətlər alaraq həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, 56 yaşlı Corciya Cin və 29 yaşlı Lev
10:30 149 Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı
Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus
09.11.2026 292 İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ
Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu
09.11.2026 317 Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda
09.11.2026 310 Əməliyyatı illərlə cərrah yox, xadimə edib - Özəl xəstəxanada QALMAQAL
Türkiyənin Giresun şəhərində fəaliyyət göstərən özəl xəstəxana ilə bağlı qalmaqallı iddia ortaya çıxıb. yerli mediaya istinadən xəbər verir ki, xəstəxanada təmizlik işçisi kimi çalışan şəxsin tibbi təhsili olmadığı halda əməliyyatlarda iştirak etdiyi və həkim, eləcə də əməliyyat tibb bacısı kimi xəstələr
09.11.2026 391 İzmirdəki partlayışda ölənlərin sayı artıb
Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını
09.11.2026 395 Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı
Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri
09.11.2026 309