Analiz verməyə necə hazırlaşmalısız? - Düzgün qaydalar

Analiz verməyə necə hazırlaşmalısız? - Düzgün qaydalarBir çox xəstəliklərin diaqnostikası zamanı müxtəlif analizlərdən istifadə olunur. Analizlərin düzgün nəticələri nümunələrin düzgün yığılmasından və verilməsindən asılıdır. Analizin cavabının düzgün çıxması üçün müəyyən qaydalara riayət edilməlidir.
Həkim-reanimatoloq Şahin Məmmədov "Facebook"da bu barədə tövsiyələr verib.

Analizi qandan vermək istəyənlər aşağıdakılara diqqət etməlidir:
- Ən azı 12 saatlıq tam ac olmaq lazımdır. Axşam yeməyi yüngül olmalıdır. Koffeinli içkilər (kola, tünd çay, enerji içkiləri, kofe və s.) olmaz. Həmçinin yerkökü, balqabaq, sitrus meyvələri yemək olmaz. Biokimyəvi analiz verəcəksinizsə, axşam yeməyi ümumiyyətlə məsləhət görülmür.
- Analiz verməmişdən qabaq 3 gün ərzində yağlı qidalardan imtina etməlisiniz.
- Analizdən qabaq 2 gün ərzində alkoqollu içkilər, isti vanna, sauna və fiziki yüklənmə olmaz.
- Əgər sizdən həm də rentgen tələb olunursa, əvvəlcə rentgendən keçməməlisiniz. Qan analizi bütün müayinələrdən və terapevtik prosedurlardan - masaj, iynə vurulması və s. öncə olmalıdır. Həm də labaratoriya önündə növbə olmasa belə, ilk növbədə qan analizi verilməlidir. Analizdən ən azı 15 dəqiqə öncə dincəlməlisiniz. Laboratoriyanın 1-ci mərtəbədə olması daha yaxşı olar. Belə olan halda pasiyent pilləkənləri qalxmaq məcburiyyətində qalmaz.
- Analiz verdiyiniz gün dişləri yumaq, saqqız çeynəmək olmaz.
- Hormon analizi veriləcəksə, 1 ay əvvəldən bütün hormonal preparatlar dayandırılmalıdır (həkim icazə verirsə).
- Qalxanvari vəz hormonu analizindən əvvəl 3 gün ərzində yod tərkibli preparat, yodla zəngin qida, qoz, yodlaşdırılmış duzdan istifadə olmaz.
- Hipofiz və cinsi hormon analizi veriləcəksə, analizdən qabaq 2 gün ərzində cinsi əlaqə olmaz.
Həkim əlavə edib ki, qeyd olunan qaydalara riayət olunmazsa, analizləri təkrar vermək lazım olacaq, yaxud pasiyentə düzgün olmayan müalicə tətbiq olunacaq.(milli.az)


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1521   Tarix: 27 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA

Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə

27.10.2026 903
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23.10.2026 966
.

Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Video

"Baku Med" verilişinin budəfəki buraxılışında fəqərələrarası disk yırtığı, artroz və üz sinirinin iflici mövzuları müzakirə olunub. Fəqərələrarası disk yırtığı hansı hallarda əməliyyat tələb edir?. Disk yırtığı ağrısız inkişaf edə bilərmi?. Artrozun müalicəsində fizioterapiyanın rolu nədir?

07.11.2026 281
.

Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz

24.10.2026 709
.

İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?

Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb

13.10.2026 823
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18.10.2026 927
.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25.10.2026 791
.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmaya töhfə verə bilər. Üzümün əsas üstünlüklərindən biri antioksidantlarla zəngin olmasıdır

01.11.2026 552
.

İmmuniteti gücləndirməyin ən asan yolu - Həkim bu meyvəni xüsusi tövsiyə etdi

İmmuniteti gücləndirmək üçün mövsümi meyvə və giləmeyvələrdən istifadə etmək tövsiyə olunur. Bu barədə tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov " "ya açıqlamasında danışıb. Həkimin sözlərinə görə, immunitetin möhkəmləndirilməsinə qışda deyil, yay aylarından başlamaq daha məqsədəuyğundur

08.11.2026 261
.