Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri bölmələrimizə qarşı təxribat törətməyə cəhd göstərib - RƏSMİ

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri bölmələrimizə qarşı təxribat törətməyə cəhd göstərib - RƏSMİAzərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 26 mart tarixli həqiqəti əks etdirməyən və birtərəfli açıqlaması ilə bağlı təəssüfünü bildirir.

Bu barədə BiG.AZ-a Müdafiə Nazirliyindən bildirilib.
Martın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə telefon danışığı zamanı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca yaranmış vəziyyət müzakirə edilmişdir. Söhbət zamanı Azərbaycan tərəfi bəyan etmişdir ki, məntəqələrdə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır.
Lakin buna baxmayaraq martın 26-sı səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.
Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiqdir və onun heç bir müddəasını pozmayıb.
Təəssüflə qeyd edirik ki, həmin bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməmişdir. Buna görə bəyanatın müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır.
Müdafiə Nazirliyi bildirir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin bu açıqlaması ikitərəfli əlaqələrin mahiyyətinə və 2022-ci il 22 fevral tarixində iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə ziddir.
Azərbaycan ərazisində "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur. Açıqlamada qeyd edilən kəndin adı Furux deyil, Fərruxdur.
Yuxarıda qeyd edilənlərlə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyini üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılmasını təmin etməyi, Azərbaycan silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verməməyi, "Dağlıq Qarabağ" ifadəsi işlətməməyi və Azərbaycanın ərazilərinin adını düzgün olaraq göstərməyi xahiş edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 828   Tarix: 26 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ-ın Hind okeanında saxladığı 30 dənizçi Pakistanın vasitəçiliyi ilə İrana qaytarılacaq

ABŞ-ın saxladığı gəmidə olan İran vətəndaşları Pakistanın vasitəçiliyi ilə ölkələrinə qaytarılacaq. APA xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar "X" hesabında bildirib. Onun sözlərinə görə, Hind okeanında ABŞ tərəfindən ələ keçirilən "Davina" tankerində ola

14:15 139
.

Ariana Grande LGBTİ+ gənclərə dəstək üçün yeni fond yaratdı

Ariana Qrande LGBTİ+ hüquqlarının müdafiəsi və xüsusilə trans gənclərin dəstəklənməsi məqsədilə yeni təşəbbüsə start verdiyini açıqlayıb. xarici mətbuata istinadən xəbər verir ki, müğənninin təsis etdiyi "Brighter Days Ahead Foundation" adlı fondun əsas məqsədi kuir icmaların görünürlüyün

17:00 100
.

Əl-qolunu bağlayaraq "Prius"un baqajında Bakıya gətirdilər

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda ittiham edilən şəxslərə hökm oxunub. Bizim.Media xəbər verir ki, məhkəmənin hökmü ilə paytaxt sakini 1987-ci il təvəllüdlü Rəşad Knyazov 9, qardaşı 1990-cı il təvəllüdlü Urfan isə 8 il 6 ay həbsə məhkum edilib. Araşdırmalarla müəyyən edilib ki, onla

14:45 160
.

Terror hazırlığında şübhəli bilinən üç nəfər tutuldu

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Adıgey Respublikası, Tümen və Krasnodar vilayətlərində terror aktları hazırlamaqda şübhəli bilinən üç nəfəri saxlayıblar. xəbər verir ki, bu barədə RİA Novosti-yə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib. Məlumata görə, saxlanıla

12:54 166
.

Azərbaycanda bu internet provayderləri bağlandı - SİYAHI

Bu ay Azərbaycanda 3 internet operator və provayderinin uçotu ləğv edilib. -ın məlumatına görə, sözügedən şirkətlər "Bynet" MMC, "Tele5" MMC, "Q-net" MMC-dir. Uçotların ləğv edilmə səbəbi bu operator və provayderlərin fəaliyyətini dayandırımasıdır. "Bynet" MMC-ni

17:15 104
.

Vens: İrana bir sent də verməyəcəyik

ABŞ-ın vitse-prezidenti Cey Di Vens ABŞ və İran arasında mümkün razılaşmanın yalnız iki ölkə ilə məhdudlaşmayacağını, regiondakı bir sıra dövlətləri də əhatə edəcəyini bildirib. xəbər verir ki, bu barədə o, amerikalı jurnalist Meqan Kelliya verdiyi müsahibədə danışıb. Vensin sözlərinə görə, nəzərdə tutula

16:30 123
.

"İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə ev dustaqlığına buraxılmayıb

Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Prosesd

15:45 148
.

Ermənistandan etiraf: Rusiya məhdudiyyətləri iqtisadiyyata təsir edir

Rusiyanın bəzi Ermənistan mallarının idxalına tətbiq etdiyi məhdudiyyətlər Ermənistanın ümumi daxili məhsulunun (ÜDM) təxminən 1,5-2 faizini təşkil edən məhsullara təsir edir. xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Bankının Pul Siyasəti Departamentinin rəhbəri Vazgen Poqosyan tənzimləyici qurumu

11:59 141
.

Əməkdar artist: "Ərimin üzünü nişanlanandan 4 ay sonra gördüm"

Əməkdar artist Mətanət İsgəndərli səsləndirdiyi fikirlərlə diqqət çəkib. xəbər verir ki, sənətçi keçmiş dövrlərdə ailə qurmağa münasibətin fərqli olduğunu bildirib. Onun sözlərinə görə, həmin illərdə gənclər evliliyə bugünkü kimi yanaşmır, bu məsələdə əsas qərarı valideynlər verirdi. Mətanət İsgəndərl

11:45 199
.

TOP MP3