Bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 103-cü ildönümüdür

Bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 103-cü ildönümüdürMartın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.

Artıq 25 ildir ki, ölkəmizin təhlükəsizlik orqanlarının əməkdaşları 28 martı peşə bayramı günü kimi qeyd edirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.
Ölkəmizdə milli təhlükəsizlik orqanının tarixi 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin təşkil olunması ilə başlayıb. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib.

Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya ("ÇK") adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Yetmiş illik sovet hakimiyyəti dövründə respublikamızda fəaliyyət göstərən dövlət təhlükəsizliyi orqanının vəzifəsi, əsasən, mövcud quruluşu qorumaq, həmin totalitar rejimin ideologiyasına zidd düşüncə tərzinin yayılmasının qarşısını almaq olub.

Uzun müddət bu xüsusi xidmət orqanında milli kadrların yüksək vəzifə tutmasına imkan verilməyib. Yalnız gənc yaşlarından özünün yüksək intellekti, təşkilatçılıq və idarəçilik bacarığı, fitrətən kəşfiyyatçı istedadı ilə böyük nüfuz və etimad qazanan ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət təhlükəsizliyi orqanında rəhbər vəzifələr tutduqdan sonra şəxsi heyətdə yerli və milli kadrların sayının artırılması, onların irəli çəkilməsi, eyni zamanda, azərbaycançılıq ruhunda tərbiyə edilməsi mümkün olub.

Ümummilli lider Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlandı. Həyatının 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr edən ümummilli lider o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaratdı, milliləşdirmə siyasətinin əsasını qoydu və bu məqsədə nail oldu. Ulu öndərin əsasını qoyduğu bu siyasət müstəqil Azərbaycanda dünya tərəfindən qəbul edilən və əlbəttə ki, təqdir olunan sabitliyin bərqərar olmasında müstəsna rol oynadı.

Bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin əldə olunması Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Ölkədə güclü ordu quruculuğu siyasəti yürüdən dövlətimizin başçısının uğurlu islahatları sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. Təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşan Prezident İlham Əliyev bu sahədə struktur islahatlarının aparılmasını da diqqət mərkəzində saxlayır. Bu islahatların mühüm tərkib hissəsi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması, ilk növbədə, xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib. Bu islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin olunmasına, terrorçuluğa və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb.

Təsadüfi deyil ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğul olan onlarla silahlı dəstə zərərsizləşdirilib, onların tərkibinə daxil olanlar cinayət məsuliyyətinə cəlb edilib. Bu dövrdə transmilli cinayətkarlıqla mübarizə sahəsində də ciddi uğurlar qazanılıb. Son illərdə ölkə ərazisindən tranzit daşınması planlaşdırılan tonlarla narkotik maddə aşkarlanaraq dövriyyədən çıxarılıb, kibertəhlükəsizliyin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlar həyata keçirilib.

Ölkəmizdə təhlükəsizlik orqanlarına göstərilən yüksək diqqət və qayğı göstərir ki, təhlükəsizlik mühitinin formalaşması, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsi Azərbaycan dövlətinin fəaliyyətinin mühüm tərkib hissəsidir.

Azərbaycanın təhlükəsizlik orqanları builki peşə bayramlarını unudulmaz hisslərlə - Qələbə əhval-ruhiyyəsi ilə qeyd edirlər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında və şanlı Qələbənin qazanılmasında, eləcə də işğaldan azad edilən ərazilərimizdə təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının özünəməxsus payı var.

Müharibənin başa çatmasından sonra da milli təhlükəsizlik orqanları işğaldan azad olunmuş ərazilərdə xidməti fəaliyyəti uğurla davam etdiriblər. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" 2020-ci il 29 oktyabr tarixli Fərmanına uyğun olaraq, qısa müddətdə Dövlət Təhlükəsizliyi Xidmətinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlayıb. 2020-ci ilin dekabrında Azərbaycan Respublikası DTX-nin Şuşa rayon idarəsinin yeni inzibati binasının təntənəli açılışı və həmin mərasimin davamı olaraq, DTX-nin Mədəniyyət mərkəzi tərəfindən məşhur Cıdır düzündə 30 ildən sonra ilk dəfə möhtəşəm konsert proqramının təşkili təkcə xüsusi xidmət orqanlarının şəxsi heyətinə deyil, hər bir azərbaycanlıya unudulmaz hisslər bəxş etdi.

Azərbaycanın təhlükəsizlik orqanlarının əbədiyaşar lideri, xalqımızın ulu öndəri Heydər Əliyev deyirdi: "Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun". Bu gün peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən Azərbaycan dövlət təhlükəsizliyi və xüsusi xidmət orqanlarının əməkdaşları peşəkarlıq və müasir iş üslubu ilə çalışaraq xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyur, milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə xalqımıza və dövlətçiliyimizə sədaqət və əsl vətənpərvərlik nümunələri göstərirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 663   Tarix: 28 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bişkekdə mühüm görüş: Azərbaycan və Ermənistan arasında dialoq davam edir

Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində bir sıra mühüm görüşlər keçirilib. Onların arasında ən çox diqqət çəkən görüşlərdən biri Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş olub. Hər iki lider ŞƏT Zirvə toplantısınd

01.09.2026 177
.

Məşhur müğənni idman zalından çıxanda GÜLLƏLƏNDİ

Hindistanın Uttar-Pradeş ştatında silahlılar məşhur müğənni Ankit Baliyanı güllələyiblər. xarici KİV-ə istinadla bildirir ki, hadisə avqustun 26-da axşam saatlarında Şamli şəhərindəki idman zalının yaxınlığında baş verib. Müğənni aldığı yaralardan həyatını itirib. İki motosikletdə olan dörd nəfər silahlarda

01.09.2026 209
.

İlham Əliyev Bişkekdə Vladimir Putin ilə söhbət etdi - FOTO - VİDEO

Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə ayaqüstü söhbəti olub. həmin görüşdən fotoları təqdim edir:

01.09.2026 339
.

Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir

Sentyabrın 1-də Qırğızıstanın Qırğızıstanın paytaxti Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti öz işinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib. "ŞƏT-i

01.09.2026 211
.

Dörd dəfə evləndi, üç dəfə boşandı: Sevgidə bəxti gətirməyən dünya ulduzları

Dünya şöhrəti, uğurlu karyera və milyonlarla pərəstişkar şəxsi həyatda xoşbəxtlik demək deyil. Şou-biznesin ən tanınmış qadınlarından bəziləri peşəkar sahədə zirvəyə yüksəlsələr də, sevgi münasibətlərində eyni uğuru qazana bilməyiblər. şəxsi həyatında ardıcıl uğursuz münasibətlər və boşanmalar yaşaya

01.09.2026 188
.

Avropada transfer pəncərəsi bağlanır: Həlledici saatlar başladı

Avropanın əsas futbol çempionatlarında yay transfer pəncərəsi başa çatmaq üzrədir. xəbər verir ki, İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa klubları transferin son günündə heyətlərini gücləndirmək üçün son cəhdlərini edirlər. Avropanın əsas liqalarında transfer pəncərəsinin bağlanma vaxtlar

01.09.2026 175
.

Xaricə investisiya yalnız kapital ixracı deyil, Azərbaycan biznesinin böyümə strategiyasıdır

"Müasir iqtisadi şəraitdə yerli şirkətlərin və sahibkarların xarici ölkələrə investisiya yatırması yalnız kapitalın başqa bazara çıxarılması kimi qiymətləndirilməməlidir. Bu, eyni zamanda biznesin böyüməsi, yeni bazarlara çıxış, risklərin şaxələndirilməsi və beynəlxalq təcrübənin əldə olunması baxımında

01.09.2026 388
.

Bir stəkan "İstisu"nun diplomatiyası - KÖŞƏ YAZISI

Bəzən diplomatiyanın ən təsirli cümlələri rəsmi bəyanatlarda səslənmir. Bəzən bir stəkan su, bir təbəssüm, bir səmimi jest dövlətlər arasında uzun-uzadı danışıqlardan daha çox söz deyir. Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında yaşanan həmin qısa, amma mənas

01.09.2026 306
.

Günəş partlayışları və maqnit qasırğası riski: Sentyabrın ilk günləri üçün proqnoz

Sentyabrın 1-də və 2-də Günəşdə partlayış fəallığının əsasən aşağı səviyyədə olacağı gözlənilsə də, güc miqyasına görə sondan əvvəlki - M sinfinə aid partlayışların baş vermə ehtimalı var. TASS-a istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. Qurumun məlumatında qeyd olunu

01.09.2026 213
.