İki dəfə ailəsi dağıldı, intim videosu yayıldı - FOTO
Bu gün məşhur reper Anar Nağılbazın doğum günüdür.
Kulis.az bu münasibətlə reper haqda maraqlı 10 faktı təqdim edib.
1. Anar Nağılbaz 1974-ci il, martın 28-də Bakıda keçmiş millət vəkili Rizvan Cəbiyevin ailəsində dünyaya gəlib.
2. Atası onun jurnalist olmasını istəyirdi. Lakin Anar öz istəyi ilə Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissorluğu fakültəsinə qəbul olub.
3. 1990-cı ildə rep karyerasına başlayıb. İlk dəfə Krımda Artek düşərgəsində rep deyib və Azərbaycanın ilk reperi kimi tarixə düşüb.
4. Anar bir müddət ədəbi yaradıcılıqla da məşğul olub. Nağıllar yazır və bu səbəblə də özünə Nağılbaz təxəllüsü götürür. O, bu təxəllüsünün səbəbini bu cür izah edirdi: "Hər kəsə aşılamaq istəyirdim ki, hər bir kəs öz həyatının nağılının bazı olmalıdır. Həm də bir nağılçı kimi məişətdə, cəmiyyətdəki nağıllarımızı rep diliylə, şeir diliylə yaradırdım".
5. Anar Nağılbaz həm də teatr səhnələrində öz istedadını göstərib. Onun "Meşə nağılı" tamaşasında Mixail Qorbaçovu donuz, Azərbaycanı isə qurd obrazı kimi canlandırmağı tamaşaçılara həddən artıq maraqlı gəlmişdi.
6. Bundan başqa Anar Nağılbaz kino sahəsinə də daxil olub. Onun diplom işi sayılan "Bakı oğrusu" filmi konsertlərdən yığdığı pulların sayəsində ekranlaşdırılmışdı.
7. Anar Nağılbazın şəxsi həyatı da yaradıcılığı kimi xeyli müzakirə mövzusuna çevrilmişdi. Reper ilk dəfə 2000-ci ildə bir milyarderin qızı ilə nişanlanıb. Amma bu münasibət uzun müddət davam etməyib. Hər iki tərəfin razılığı ilə nişan pozulub. Daha sonra Anjelika adlı bir xanımla sevgili olan Anar Nağılbaz onunla ailə qurmaq istəyir. Lakin qızın ailəsi toy günü bu izdivaca razı olmur. Anjelikanın ailə üzvləri toy məclisində iştirak etmir. Anarla Anjelika bütün çətinliklərə baxmayaraq, toyu keçirirlər. Lakin ailəni saxlamaq mümkün olmur. Anarın içkiyə qurşanması hər şeyi məhv edir. Anjelika iki övladını da götürüb Anarı tərk edir.
8. Reper 2015-ci ildə Azərbaycanı tərk edib Çexiyada mühacir həyatı yaşayıb. 2018-ci ildə yenidən vətənə qayıdan Anar Nağılbaz mediadan gizli şəkildə toy eləyir, Aytən adlı xanımla evlənir. Lakin bu səfər də onun ailə həyatı uğurlu olmur. Rəsmi nikahdan sonra Aytən xanım Anar Nağılbazı tərk edib Bakıdan gedir. Reperin anasının müsahibəsində dediyinə görə, onun gəlini xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
9. Üst-üstə ağır günlər yaşayan və sosial linçə məruz qalan Anar Nağılbazın 2017-ci ildə internetdə porno videosu yayılmışdı. Və bu hadisədən sonra ağır stres keçirən Anar Nağılbaz media nümayəndələri ilə görüşdə göz yaşlarını saxlaya bilməmiş və videodakı şəxsin özünün olmadığı, ona şantaj etdiklərini demişdi.
10. Anar Nağılbaz bu hadisədən cəmi bir il sonra, 2018-ci ildə dünyasını dəyişdi. Hələ də çoxları elə düşünür ki, yayılan video Anar Nağılbazın ölümünə səbəb olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1988 Tarix: 28 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMaykl Kerrik "Mançester Yunayted"dən gedir?
"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual
09.11.2026 283 Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs
10:17 138 Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq
Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar
09.11.2026 231 İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ
Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu
09.11.2026 308 Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı
09.11.2026 219 Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü
Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb
11:16 9 Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı
Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil
09.11.2026 263 XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün vəfatının ildönümüdür. Düny
10:10 115 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində
09.11.2026 279