Dənizdən meyiti tapılan tələbənin atası DANIŞDI: "Deyilənlər yalandı" - FOTO

Dənizdən meyiti tapılan tələbənin atası DANIŞDI: "Deyilənlər yalandı" - FOTOÖtən gün mart ayının əvvəlindən itkin düşən Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin tələbəsi İlkin Qənbərlinin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, onun nəşi Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində dənizdə aşkar edilib.

Qeyd edək ki, meyiti tapılan tələbənin evdən qaçdığı, daha sonra özünü dənizə ataraq intihar etdiyi iddia olunur.

Modern.az-ın əməkdaşı itkin düşdükdən təxminən bir ay sonra meyiti tapılan tələbənin ailəsi ilə əlaqə saxlayaraq, iddialara aydınlıq gətirməyə çalışıb.

Mərhumun atası, Emil Qənbərli övladının evdən qaçması barədə deyilənlərin yalan olduğunu söyləyib.

"İlkin heç yerə qaçmayıb, evdən universitetə gedib, ondan sonra geri qayıtmayıb. Niyə öldüyünü bilmirik, hazırda araşdırma gedir", - deyən E.Qənbərli oğlunun canına qəsd etməsinə səbəb olacaq problemlər yaşamadığını vurğulayıb.

O, həmçinin İlkinin Polşaya getməyə hazırlaşması haqda tələbə yoldaşlarının səsləndirdiyi fikirlərə də münasibət bildirib və bu barədə məlumatsız olduğunu söyləyib.

BDU-nun bundan öncə yaydığı məlumatda İlkin Qənbərlinin 5 qat ölkə çempionu və bir sıra beynəlxalq turnirlərin qalibi olduğu vurğulanmışdı. Lakin Güləş Federasiyasından verilən xəbərə görə, İlkin Qənbərli bu idman növü ilə məşğul olsa da, milli komandaya yüksələ bilməyib və beynəlxalq turnirlərdə qalib olmayıb.

İlkin tələbə yoldaşlarına və müəllimlərə dünya çempionu olduğunu, onun qazandığı uğurlara qiymət verilmədiyini, buna görə də karyerasını və təhsilini Polşada davam etdirmək niyyətində olduğunu deyib. O, sonuncu dəfə martın əvvəlində tələbə yoldaşları ilə görüşüb, daha sonra yoxa çıxıb.

Dənizdən meyiti tapılan tələbənin atası DANIŞDI: "Deyilənlər yalandı" - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1634   Tarix: 28 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

TOP MP3