Ana südü sarılığı nədir?

Ana südü sarılığı nədir?Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Aygün Rüstəmxanlı Sarılıq xəstəliyi ilə bağlı müsahibə verib.

Lent.az həmin müsahibəni təqdim edir:

- Aygün xanım, ana südü sarılığı nədir ?

- Ana südü sarılığı (Arias hiperbilirubinemiya, yenidoğulmuşların hiperbilirubinemiyası) ana südünün tərkibində bəzi maddələrin artıqlığı və ya ana südünün azlığı ilə bağlı ortaya çıxan sarılıqdır. Adətən öz-özünə keçib gedir, lakin həkim nəzarətində olmaq çox önəmlidir. Uzanmış sarılıqlı körpələrin müalicəsiylə yanaşı, onların lazım gəldikdə davamlı monitorinqi də vacib məsələdir. Müalicəyə gecikdirilməməklə yanaşı lazımsız və erkən müdaxilələr də əhəmiyyətsiz və zərərli ola bilər.

- Hansı halda yenidoğulmuş körpələrdə sarılığa rast gəlinir?

- Sarılıq yenidoğulmuşlarda tez-tez rast gəldiyimiz bir simptomdur. Bətndaxili infeksiyalar zəminində yaranmış qan parcalanması, yenidoğulmuş xolestazı, yenidoğulmuşun sidik yolu infeksiyası, mümkün ola biləcək hər hansı bir mexaniki proseslər, inkişaf qüsurları, irsi və metabolik, endokrin xəstəliklər yenidoğulmuşda yaranmış sarılıq səbəbi olaraq qiymətləndirilir. Bu əlamətin hansı səbəbdən yaranmasını həkimlər diqqətdə saxlamalı və ailələri məlumatlandırmalıdılar.
Fizioloji və keçici dövr müxtəlif infeksiyalara bağlı xəstəliklərdə, dərman müalicəsi qəbul edənlərdə, düzgün və yetərli qidalandırılmayan körpələrdə, vaxtından erkən doğulmuşlarda daha çox və dəyişkən ola bilər.
Vaxtında doğulmuşların təqribən yarısında, vaxtından erkən doğulmuşların isə 70-80%-də sarılıq görülə bilər.

-Hansı sarılıqlara pataloji sarılıq deyilir?

- Patoloji sarılıq uşaq doğuduqdan dərhal sonra inkişaf edir. Bəzi laborator və kliniki əlamətlər olduqda pataloji sarılığın olması ehtimalı ilə müayinələr aparılmalıdır.
Qan müayinəsində bilirubin səviyyəsi 5 mg/dl olarsa, bu zaman dəridə gözlə görülə biləcək sarılıq müşahidə olunacaq. Bu rəqəm ilk gündən təyin olunsa, yenidoğulmuş körpənin sarılığının dəyərləndirilməsi üçün hansı risk qrupu daşıdığı müəyyənləşməlidir. Yüksək, orta və aşağı risk qruplu yenidoğulmuşlar bilirubin izlənməsi üçün tərtib olunmuş xüsusi cədvəllərə əsasən nəzarətə götürülməlidir.

- Bu zaman ailələr nəyə diqqət etməlidilər?

- Qeyd edim ki, sarılığın müalicəsinə bəzən ilk gün, ilk saatlardan, bəzən isə evə yazıldıqdan da sonra müayinə zamanı qan təhlillərinə əsasən başlanıla bilər.
Ailələr əsasən körpənin yetərli qidalanması, aktivliyi, fizioloji aktların-sidik və nəcis ifrazının adekvatlığı, nəcisin rəngi, sayı və s. diqqət etməlidilər. Onlar həkimin təyin etdiyi vaxtdan gec olmayaraq körpəni müayinəyə aparmalıdılar.

- Müalicə zamanı önəmli məqam hansılardır?

- Yenidoğulan körpələrdə sarılığın erkən təyin olunması və nəzarətdə saxlanılması olduqca vacibdir. Sarılığın müalicəsində daha çox fototerapiyadan istifadə olunur. Bunun körpə üçün ziyansız olduğu və fəsadın olmayacağını həkim hər bir ailəyə izah etməlidi. Məsələn, 20 günlük, fiziki inkişafı, çəki artımı, aktivliyi normal olan körpənin sarılığı var və eyni zamanda nəcis rəngsizdir (axolikdir). Bu hal diqqətdən yayınarsa, sağalması mümkün olmayan vəziyyət yarana bilər. Anadangəlmə xəstəlik olan "Biliar atreziya" diaqnozu iki ay gecikdirilərsə, xəstənin xilası üçün erkən icra olunmalı "Kasai" əməliyyatı da gecikmiş olacaq. Göründüyü kimi nəcisin rəngsizliyi istiqamətvericidir. Bu kimi hallarda xəstələrin müalicəsində fototerapiya və digər müalicələr faydasız olacaqdır.
Körpənin izləmində, fizioloji çəki itkisinin vaxtında bərpası, nəcis ifrazının sutkalıq sayının 3-4, sidik ifrazının 4-6 dəfə olması düzgün və yetərli qidalanmasına dəlalət edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1435   Tarix: 28 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində

09.11.2026 279
.

Əməliyyatı illərlə cərrah yox, xadimə edib - Özəl xəstəxanada QALMAQAL

Türkiyənin Giresun şəhərində fəaliyyət göstərən özəl xəstəxana ilə bağlı qalmaqallı iddia ortaya çıxıb. yerli mediaya istinadən xəbər verir ki, xəstəxanada təmizlik işçisi kimi çalışan şəxsin tibbi təhsili olmadığı halda əməliyyatlarda iştirak etdiyi və həkim, eləcə də əməliyyat tibb bacısı kimi xəstələr

09.11.2026 375
.

Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq

Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n

09.11.2026 221
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 286
.

Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı

Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda

09.11.2026 295
.

Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər - Onların acı taleyi

Səsləri ilə milyonların qəlbini fəth edən, ifaları ilə Azərbaycan musiqi tarixində silinməz iz qoyan bəzi sənətçilərin yaradıcılıq yolu gözlənilmədən yarımçıq qalıb. Kimisi ağır xəstəlik, kimisi səs tellərində yaranan problemlər, kimisi isə həyatında üzləşdiyi çətinliklər səbəbindən əvvəlki kimi oxuma

09.11.2026 319
.

Şoular, kuboklar və ya qalmaqallar: ulduz futbolçuların milli komandalardakı vida oyunları necə olub?

Ronaldo Jorje Jesuşla mübahisəsindən sonra Portuqaliya milli komandasından getdi. Kriştiano Ronaldo rəsmi olaraq Portuqaliya milli komandasında kryerasını başa vurduğunu elan edib. 41 yaşlı futbolçu milli komandada rekord sayda - 234 oyun keçirib, 146 qol vurub, Avropa çempionatını və iki Millətlər Liqasın

09.11.2026 284
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

09.11.2026 211
.

Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib

09.11.2026 229
.